Miras başliq header miras



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə29/31
tarix15.03.2018
ölçüsü0,75 Mb.
#31967
1   ...   23   24   25   26   27   28   29   30   31

72 MİRAS   SENTYABR   SEPTEMBER

FORuM   fORUM



On 24th May, 2012 “Azerbaijani-Northern Cyprus Youth Fo-

rum” dedicatd to 28 May Republic Day was coorganized by 

Eastern Mediterranean University, its Azerbaijan Association 

and  MIRAS  Social  Organization  in  Support  of  Studying  of 

Cultural Heritage in initiative of MP of the Azerbaijan Repub-

lic, Gular Ahmadova in Qazimağusa City of the North Cy-

prus. The forum was realized under “I Am Sample For Youth” 

slogan and within the framework of “My Land in the World”.

President  of  North  Cyprus  Turk  Republic,  Dervish  Eroglu 

made a speech at the forum. The President stressed Azerbaijan 

is brotherhood country for the Turkish Republic of Northern 

Cyprus (TRNC), Cyprus Turks’ treating sensitively any issue 

on Azerbaijan, Azerbaijan’s being a country strengthened day 

by day and its position and important role of Azerbaijan in 

elimination of embargos applied to TRNC. 

Chairman of Azerbaijani Students Association, Elchin Suley-

manov and rector of Eastern Mediterranean University, Prof. 

Abdullah Oztoprag said Azerbaijani students play active role 

in social life of the university and TRNC and act productively 

in propagation of Azerbaijanism ideals. 

Speeches of MPs of the Azerbaijan Republic, Gular Ahmadova 

and  Sadagat  Valiyeva  were  welcomed  with  great  interest  by 

the forum participants. The MPs made wide exchange of views 

around cares and problems of the Azerbaijani students within 

the framework of the forum. 

One of the organizers, chairman of MIRAS Social Organiza-

tion, Dr. Fariz Khalilli noted Azerbaijani state implemented 

large scale work in the domain of investigation, preservation 

Azərbaycan Respublikasının millət vəkili Gülər Əhmədovanın 

təşəbbüsü və Doğu Akdeniz Universiteti, oradakı Azərbaycan 

Cəmiyyəti  və  MİraS  İctimai  Birliyinin  birgə  təşkilatçılığı 

ilə  may  ayının  24-də  Şimali  Kipr  Türk  Cümhuriyyətinin 

Qazimağusa  şəhərində  Azərbaycanın  28  may  Respublika 

gününə həsr olunmuş Azərbaycan və Şimali Kipr Gənclərinin 

birgə  Forumu  keçirilmişdir.  “Dünyada  Mənim  Vətənim” 

layihəsi  çərçivəsində  baş  tutan  Forum  “Mən  örnək  gəncəm” 

devizi altında reallaşmışdır.

Forumda Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Dərviş 

Əroğlu  çıxış  etdi.  Cənab  Əroğlu  öz  nitqində  Azərbaycanın 

Şimali  Kipr  Türk  Cümhuriyyəti  üçün  qardaş  ölkə  olduğunu, 

Kipr  türkünün  Azərbaycanla  bağlı  hər  məsələyə  çox  duyarlı 

davrandığını, Azərbaycanın hər keçən gün güclənən və sayqın 

bir  mövqəyə  gəlmiş  ölkə  olduğunu  və  Şimali  Kipr  Türk 

Cümhuriyyətinə  tətbiq  edilən  embarqoların  qaldırılmasında 

artıq önəmli rol oynaya biləcəyini xüsusi vurğu ilə qeyd etdi.

Azəbyacanlı  Tələbələr  Birliyinin  sədri  Elçin  Süleymanov  və 

Doğu  Akdeniz  Universitetinin  rektoru  Prof.Dr.  Abdullah  Öz-

toprak  azərbaycanlı  tələbələrin  universitetin  və  Şimali  Kipr 

Türk  Cümhuriyyətinin  ictmai  həyatında  fəal  iştirak  etdiyini, 

azərbaycançılıq ideyalarının təbliği sahəsində səmərəli fəaliyyət 

göstərdiklərini bildirdilər. 

Azərbaycan  Respublikasının  millət  vəkilləri  Gülər  Əhmədova 

və Sədaqət Vəliyevanın çıxışları Forum iştirakçıları tərəfindən 

böyük maraqla qarşılandı. Millət vəkilləri Forum çərçivəsində 

azərbaycanlı tələbələrin qayğıları və problemləri ilə bağlı geniş 

fikir mübadiləsi apardılar.

Azərbaycan və Şimali Kipr 



GƏNCLƏRİNİN BİRGƏ FORUMU

  

Azerbaijan-North Cyprus youth Forum




SENTYABR   SEPTEMBER     MİRAS 73

FORuM   fORUM



and propagation of cultural heritage and MIRAS does socially 

active work in this line. 

Prof. Dr. Gafar Jabiyev stated Azerbaijan is a country known 

for old history and rich culture along with being only oil coun-

try  worldwide  and  important  transportation  corridor  for 

Europe  and  Asia.  The  speaker  shared  detailed  information 

on large-scale explorations to be held together with scientists 

abroad in the monuments of all stages of history in Azerbaijan, 

monumental  scientific  work  displayed  last  years  by  historian 

scientists. 

Ali Panahov, chairman of Baku City Nizami branch of Youth 

Union of New Azerbaijan Party (YAP) and department head 

of MIRAS Organization, Shola Bayramova gave comprehen-

sive information to the forum participants on succcessful youth 

policy implemented in Azerbaijan.

The questions of the youth students were responded within the 

scope of the forum and an exhange of views was held on the 

problem which they raised.

A joint declaration defined basic directions of future activities 

of Azerbaijan and TRNC youth was adopted at the forum.

Forumda MİraS İctimai Birliyinin sədri, Dr. Fariz Xəlilli son 

illər mədəni irsin araşdırılması, qorunması və təbliği sahəsində 

Azərbaycan  dövlətinin  genişmiqyaslı  işlər  gördüyünü, 

“MİraS”ın da bu işlərdə ictimai fəallıq göstərdiyini qeyd etdi. 

Prof.Dr. Qafar Cəbiyev Azərbaycanın dünyada təkcə neft ölkəsi, 

Avropa və Asiya üçün önəmli nəqliyyat dəhlizi kimi tanınması 

ilə yanaşı, onun həm də qədim tarixi və zəngin mədəniyyəti ilə 

tanınan bir ölkə olduğunu qeyd etdi. O, Azərbaycan ərazisində 

tarixin bütün mərhələlərinə aid abidələrdə xarici ölkə alimləri 

ilə  birlikdə  aparılmaqda  olan  genşmiqyaslı  tədqiqatlar,  tarixçi 

alimlərin son illər ərsəyə gətirdiyi sanballı elmi əsərlər barəsində 

geniş məlumat verdi.

Bakı  şəhəri,  Nizami  rayon  YAP  Gənclər  Birliyinin  sədri  Əli 

Pənahov və MİraS İctimai Birliyinin şöbə müdiri Şölə Bayra-

mova  Azərbaycanda  həyata  keçirilən  uğurlu  gənclər  siyasəti 

barəsində Forum iştirakçılarına ətraflı məlumat verdilər.

Forum  çərçivəsində  tələbə  gənclərin  sualları  cavablandırıldı, 

onların qaldırdığı problemlər ətrafında fikir mübadiləsi aparıldı.

Forumda  Azərbaycan  və  Şimali  Kipr  Türk  Cumhuriyyəti 

gənclərinin  gələcək  fəaliyyətlərinin  əsas  istiqamətlərini 

müəyyən edən birgə Bəyannamə qəbul edildi.




Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə