MiRZƏ ŞƏFİ ŞƏrq qərb araşdirmalarinda



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə19/54
tarix14.06.2018
ölçüsü2,91 Kb.
#48870
1   ...   15   16   17   18   19   20   21   22   ...   54

    Nəzakət Əliyeva 
 
 
78 
Ə.Ə.Səidzadə  isə  göstərir  ki,  həmin  misralarla 
başlayan şeir Mirzə Şəfiyə deyil, Füzuliyə məxsusdur. 
Füzulini yaxşı tanıyan Bodenştedt burada da səhvə yol 
vermişdir. 
Y.Mundekin  fikrincə  Mirzə  Şəfinin  şairlik 
istedadı,  zövqü  və  yaradıcılıq  işi  haqqında  dünya 
şərqşünaslığında  ən  müfəssəl  məlumat  verən 
F.Bodenştedtdir.  F.Bodenştedt  Mirzə  Şəfidə  özünü 
Allaha  qarşı  qoymaq  meyllərini,  onun  fəlsəfi 
müdrikliyini  göstərir.  Bəs  belə  olduğu  təqdirdə 
Azərbaycan  şairinin  alman  dilinə  tərcümə  olunmuş 
əsərlərindəki  bəzi  dini  əlamətlər  haradandır? 
Y.Mundek qeyd edir ki, «Mirzə Şəfi irsinə» dini ruhu 
F.Bodenştedt  özü  əlavə  etmişdir.  Onu  məşhurlaşdıran 
şair,  səyyah  dramaturq,  professor  F.Bodenştedt  1849-
1850-ci  illərdə  dərc  etdirdiyi  üç  cildlik  «Şərqdə  min 
bir  gün»  əsəri  ilə  özünə  ölməz  abidə  qoymuşdur. 
Bundan  sonra  naşirlərin  təşəbbüsü  ilə  1851-ci  ildə 
«Mirzə Şəfi nəğmələri» kitabı çıxmış və 1881-1922-ci 
illərdə  həmin  kitab  149  dəfə  nəşr  edilmişdir.  1922-ci 
ildən bəri «Nəğmələr» dərc edilmir. 
Mirzə  Şəfi  nəğmələri  əsas  Avropa  dillərinə, 
ruscaya,  hətta  yəhudi  dilinə  tərcümə  olunmuşdur. 
Y.Mundek  M.Şəfi  Vazehin  həyatı  haqqında  Sovet 
ensiklopediyasında,  A.Berjenin  məqaləsində  və  son 
əsərlərdə verilən məlumatı təhlil edir. Y.Mundek daha 
sonra  bildirir  ki,  F.Bodenştet  nəinki  Mirzə  Şəfinin 
bədii  əsərləri,  hətta  həyatı  haqqında  da  başqa 
mənbələrə nisbətən bəzi dəqiq faktları qeyd etmişdir. 


Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
79 
1889-cu  ildə  F.Bodenştet  özünün  70  illik 
yubileyində  (O,  1819-cu  ildə  Hannover  yaxınlığında 
Peynedə  doğulmuşdur)  demişdir  ki,  «Şərqdə  min  bir 
gün» kitabında öz müəlliminə sadiq qalmışdır. Guya o 
öz  müdrik  müəlliminin  yolu  ilə  gedərək,  onun 
fikirlərinə  sadiq  qalaraq  çoxlu  şeirlər  yazmışdır. 
Bundan  hələ  xeyli  əvvəl,  1874-cü  ildə  F.Bodenştedt 
«Mirzə  Şəfi  nəğmələrdə  və  həqiqətdə»  məqaləsində 
yazmışdır ki, o, Mirzə Şəfinin bir obraz kimi təcəssüm 
etmişdir. 
F.Bodenştedtin  bu  iddiaları  doktor  Samyel 
Conson  və  şotland  şairi  Makfersonun  böyük  etirazına 
səbəb  oldu.  Bu  etiraz  və  mübahisələr  Qərbdə  geniş 
miqyas  aldı.  Mübahisənin  məğzi  ondan  ibarət  idi  ki, 
Mirzə Şəfi şeirlərini bədii gücünə qiyməti yalnız Göte 
kimi  «Qərb-Şərq  divanı»  müəllifi  verə  bilərdi. 
F.Bodenştedtin  şairlik  istedadının  zəifliyi  isə  çoxdan 
məlum  idi.  Sonralar  Almaniyada  belə  bir  vəziyyət 
yarandı  ki,  hətta  F.Bodenştedtin  özü  yazdığı  şeir, 
dram,  novellaların  orijinallığına  hamı  şübhə  ilə 
yanaşdı. 
«XIX  əsr  alman  ədəbiyyatı  tarixi»  əsərinin 
(Berlin,  1899,  I  nəşr)  müəllifi  Pixard  Meyer 
F.Bodenştedti ittiham etməyə məcbur oldu. 
1961-ci  ildə  Ernes  Algerin  Ştutqartda  çap 
olunmuş  «XIX  əsrdə  alman  ədəbiyyatı»  əsərində 
F.Bodenştedtin 
xidməti 
(Puşkin, 
Lermontov 
şeirlərinin,  Xəyyam  rübailərinin,  Şekspir  sonetlərinin 
tərcüməsi)  yüksək  qiymətləndirilsə  də,  Mirzə  Şəfi 
irsini kölgədə qoymağa çalışmışdır... 


    Nəzakət Əliyeva 
 
 
80 
Ulu  öndər  Heydər  Əliyevin  “Biz  tariximizi, 
ədəbiyyatımızı 
yenidən 
yazmalıyıq” 
deməsi 
M.Ş.Vazeh  yaradıcılığını  orijinal  şəkildə,  yeni  tərzdə  
işlənməsinə imkan verir. Ədəbi üfüqün sonsuzluğunda 
Mirzə  Şəfi  Vazeh  Kərbəlayi  Sadıq  oğlunun 
poeziyasının  Avropaya  inteqrasiya  olunduğu  sevinc 
doğurur.  Aydın  olur  ki,  Şərq  təfəkkürü,  həmişə  Qərb 
təfəkkürünü 
reallığa 
yönəltmişdir. 
Dünya 
mədəniyyətinin  korifeylərinin  Mirzə  Şəfi  Vazehə 
heyranlığı da bununla bağlıdır... 
 
 
MİRZƏ ŞƏFİNİN MAARİFÇİLİYİ 
 
Dövründən,  ictimai-sosial  və  siyasi  hadisələrin 
mürəkkəbliyindən 
asılı 
olmayaraq 
Azərbaycan 
ədəbiyyatında  maarifçilik  poeziyadan  -  Nizamidən 
başlamış, Nəsimi maarifçiliyi özünü təsdiqləmək üçün 
«Ənəlhəq»  deyib  üsyan  etmiş,  bu  Füzulidə  yüksək 
zirvəyə  çatmış  Xətaidə  formalaşmış,  XIX  əsrdə 
əvvəlki mütəfəkkirlərdən fərqli olaraq A.A.Bakıxanov 
və  M.Ş.Vazeh  kimi  təşəkkül  dövrü  realist 
maarifçilərini  yetirmişdir.  Bu  hər  iki  şəxsin 
maarifçiliyi  onların  müəllimliyini  də  özlərində  ehtiva 
edir... 
Maarifçilik,  sadəcə  olaraq  maarifi  xalq  kütlələri 
arasında yaymaqdan ibarət deyildir. Maarifçilik, tarixi 
inkişafın  müəyyən  mərhələlərində  yaranan  və 
müəyyən  siniflərin  mənafeyinə  xidmət  edən  siyasi  və 
ictimai bir hərəkatdır. 


Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
81 
Maarifçilik, 
ümumiyyətlə, 
təhkimçilik 
hüququnun  və  onun  iqtisadi,  ictimai,  hüquq 
sahələrində doğurduğu nəticələrin əleyhinə çıxan və bu 
ictimai,  quruluşun  məngənəsində  əzilən  xalq 
kütlələrinin,  xüsusilə  aşağı  təbəqənin  hüququnu 
müdafiə  edən  bir  hərəkat  kimi  tarixdə  məlumdur. 
Əlbəttə, bu hərəkatın məramnaməsində avam kütlələri 
maarifləndirmək və bu yolla onlara öz hüququnu başa 
salıb  onları  oyatmaq  əsas  yer  tutur  ki,  maarifçilik  də 
bununla əlaqədardır. 
1840-cı 
ildə 
M.F.Axundov 
Tiflis 
qəza 
məktəbində  tatar  (Azərbaycan)  dili  müəllimliyi 
vəzifəsindən  istefaya  çıxarkən  öz  yerinə  köhnə 
müəllimi Mirzə Şəfini məsləhət görmüşdür. 1840-cı il 
mayın  3-də  Tiflis  qəza  məktəbinin  ştatlı  nəzarətçisi 
X.Abovyan Zaqafqaziya məktəbləri direktoruna raport 
verir;  bu  raportda  tatar dili  üzrə  azad  edilmiş  vəzifəni 
Elisavetpol  müsəlmanlarından  Mirzə  Şəfi  Sadıq 
oğlunun tuta biləcəyi tövsiyə edilir. X.Abovyan həmin 
raportda  Mirzə  Şəfini  yaxşı  bir  alim  və  pedaqoq  kimi 
səciyyələndirir  və  məktəbə  onun  böyük  xeyir 
verəcəyini  xüsusi  olaraq  qeyd  edir.  Lakin  rəisliyin 
sərəncamına  görə  həmin  vəzifəni  tutmaq  üçün  Mirzə 
Şəfi  imtahan  verməli  olur.  Təşkil  edilmiş  imtahan 
komissiyası Mirzə Şəfinin gözəl biliyə malik olduğunu 
etiraf  edir.  Bütün  bunlara  baxmayaraq  uzun  əzab-
əziyyətdən,  süründürmədən  və  1841-ci  il  yanvar 
ayında  Mirə  Şəfiyə  and  içdirdikdən  sonra  o  öz 
vəzifəsini  ifa  etməyə  başlamışdır.  Mirzə  Şəfi, 
X.Abovyanın  ümid  və  etimadını  tamamilə  doğrultdu. 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə