92
mərkəzi” adını vermişdilər. 1925-ci ildə Hindistana
səfər edən fransız Marsello Pernau nəşr etdiyi kitabında
belə
yazır:
”Hindistanın
birinci
şəhəri
olan
Kalkudadakı səfalətli həyat Paris və Londonun
ətrafındakı bataqxana məhəllələri ilə belə müqayisə
edilməyəcək səviyyədə idi. Küçələrdə insanlar və
heyvanlar bir-birinə qarışmış, uşaqlar ağlayır, xəstələr
inildəyirdi. Onların yanında spirtli içki içib məst olmuş
insanlar ölü kimi yerdə uzanıb qalmışdılar. İnsan bu
qədər ac, zəlil, və zəif vücudları seyr edərkən, istər-
istəməz öz-özünə bunların nə iş görə biləcəyini
fikirləşir. Nicatlarını fabriklərdə işləməkdə görən
insanların ağır iş şəraiti müqabilində aldıqları məvacib,
ehtiyaclarının cüz`i hissələrini belə ödəmirdi. Dünyanın
heç bir yerində insan həyatına qarşı olan diqqətsizlik
burada olduğu qədər deyildi. Fəhlə öldükdə, nə olsun?
sabah yerinə başqa birisi gələr-deyirdilər. İngilislərin
burada düşündükləri yeganə şey istehsalı çoxaltmaq,
maksimum mənfəət əldə etmək və bütün qazancları
İngiltərəyə yönəltmək idi”.
ABŞ-ın keçmiş Xarici İşlər Naziri Vilyam Cenninq
Brayn ingilis hökumətinin Rusiyadan daha zalım və
daha alçaq olduğunu bildirmişdi. O, “Hindistanda
ingilis hakimiyyəti” adlı kitabında belə qeyd etmişdir:
”Hindistan əhalisinə rifah və saədət bəxş etdiyini iddia
edən ingilislər, hakim olduqları müddət ərzində
milyonlarla hindilini məzara göndərmişlər. Məhkəmə
və inzibati orqanlarını tə`sis etdiklərini hər yerdə
öyünərək söyləyən bu millət, rəsmi bir soyğunçuluqla
Hindistanı talan etmişdir. ”Soyğunçuluq” kəlməsi bir
93
az ağır səslənsə də, ingilis idarə üsulunun rəftarını
başqa cür izah etmək mümkün deyildir. Xristianlıq
adından çıxış edən ingilis qansoranları əsarət zinciri
altında inildəyən hind müsəlmanlarının fəryad səsini
eşitmək istəmirdi”.
Mister Hodbert Kambton “Hindlinin həyatı” adlı
kitabında belə yazır: ”Ağaları (ingilislər) hindliyə zülm
edir, o isə hər şeyi yox oluncaya, ölüncəyə qədər
işləməkdə, ona xidmət etməkdə davam edir“. Bu sözlər
insaflı xristianların ingilis vəhşiliyini aşkar edən
yazılardan
bir
nümunədir.
İngilislərin
digər
müstəmləkələrində
işlədilən
hindli
müsəlman
fəhlələrin vəziyyəti daha dözülməz idi. 1834-cü ildən
ingilis istehsalçıları afrikalı zəncilərin yerinə hindli
işçiləri işlətməyə başladılar. Hindistandan Şimali
Afrika müstəmləkələrinə minlərlə hindli müsəlman
aparıldı. Qul adı verilən bu işçilərin vəziyyəti kölələrin
vəziyyətindən daha ağır idi. Bunlar “razılaşdırılmış iş
rejimi” deyilən bir üsul ilə hindliləri işlədirdilər. Buna
görə də qul adlanan insanlar beş il müddət ərzində nə
evlənə, nə də iş yerlərini tərk edə bilərdilər. Gecə-
gündüz qırmanc altında işləmək məcburiyyətində
idilər. Bundan əlavə, hər il vergi qismində üç ingilis
qızılı verməli idilər. Bu deyilənlər “Labour in India”
“Post-Lecturer in the University of New-York” yazıları
ilə bütün dünyaya e`lan edilmişdi.
Qandi öz təhsilini İngiltərədə bitirərək, Hindistana
dönmüşdü. O, xristianlaşmış bir hindli, Porbandar
şəhərinin baş keşişinin oğludur. 1893-cü
ildə
Hindistandakı bir ingilis şirkəti onu Şimali Afrikaya
94
göndərmişdi. Qandi oradakı hindlilərin nə qədər ağır
və dözülməz şəraitdə işlədiklərini müşahidə etdikdən
sonra ingilislərlə mübarizəyə başlamışdı. İngilislər
tərəfindən yetişdirilmiş, hətta xristianlaşdırılmış bir
şəxsin oğlu olduğu halda, ingilis zülmünə qarşı
mübarizə aparmaq ona şöhrət qazandırmışdı.
İngilislərin bütün İslam aləmində tətbiq etdikləri
siyasətin təməli və əsli bu üç kəlmədən ibarətdir-
parçala, dinlərini məhv et və hakim ol! Onlar bu
siyasəti
həyata
keçirmək
üçün
heç
nədən
çəkinməmişlər. İngilislərin Hindistanda başladığı ilkin
proses özlərinə xidmət göstərə biləcək şəxsləri
axtarmaq olmuşdu. Onlar bu şəxsləri tapdıqdan sonra
yavaş-yavaş fitnə alovunu alışdırmağa başlamış və
müsəlmanların
hakimiyyəti
altında
yaşayan
hindulardan istifadə etmişdilər. Hindulara Hindistanın
həqiqi
sahibi
olduqlarını,
hindu
torpaqlarının
müsəlmanlara qurban verildiyini və buna qarşı çıxmaq
lazım gəldiyini təlqin edərək, bu yolla onları öz
tərəflərinə çəkmişdilər. Onların içərisindən muzdlu
əsgərlər götürürdülər. Kraliça Yelizavettanın əmri ilə
orduda quruculuq işləri aparılarkən, hindu cəhaləti ilə
ingilisləri birləşdirən ümumi bir maraq İslama olan
düşmənçilik və sərvət hərisliyi idi. Müsəlman valiləri
ilə hindu başçıları arasında döyüşlər başlandı.
Müsəlmanların içərisindən mə`nəvi cəhətdən zəif
olanlar müxtəlif yollarla satın alındı. Krallıqda müşavir
işləmiş (Hindistan təşkilatı üzərində) mə`sul olan
ingilis Sir Con Straçey müsəlman-hindu münaqişəsi
barəsində bunları demişdir: ”Hakim olmaq və təfriqə
95
salmaq üçün lazım olan hər bir şey hökumətimizin
siyasətində mövcuddur. Hindistandakı siyasətimizin
ən böyük yardımçısı qarşı-qarşıya duran iki düşmənin
mövcud olması idi. Bu düşmənçiliyi qızışdıran
ingilislər 1750-ci ildən 1870-ci ilə qədər davamlı olaraq,
hinduları
dəstəklədilər
və
onlarla
bərabər
müsəlmanların kütləvi şəkildə qırılmasında iştirak
etdilər. 1858-ci ildə isə hinduları müsəlmanların
üzərinə qaldıraraq, bu mənzərəni kənardan yüksək
zövqlə izləməyə başladılar. Hindistanda o vaxta qədər
inək kəsmək üstündə heç vaxt qanlı hadisələr baş
verməmişdi; amma bu hadisədə minlərlə müsəlmanın
nahaq qanı axıdıldı, minlərlə ev, məscid və mədrəsələr
yandırıldı. Bu qarşıdurmanı qızışdırmaq üçün ingilislər
müsəlmanların arasında “Bir inək kəsmək yeddi qoyun
kəcməkdən daha üstündür”, hindlilər arasında isə
“tanrını (inək) ölümdən qurtarmağın savabı var”
fikirini yaymağa başdılar. Bu ixtilaflar ingilislər
Hindistandan çəkiləndən sonra da davam etdirilmişdir.
Buna misal olaraq, İranda Müsəddiq hərəkatı zamanı
nəşr olunan “İttilaat” jurnalından oxuduğum bir
məqaləni nəzərinizə çatdırmaq istərdim. “Qurban
bayramı günü əmmaməli, əbalı iki müsəlman qurban
kəsmək üçün bir inək alırlar. Hinduların məhəlləsindən
keçərkən, bir hindu onların qarşısına çıxaraq, inəyi hara
apardıqlarını soruşur. Müsəlmanlar isə qurban
kəsəcəklərini söyləyirlər. Bunu eşidən hindu tez hay-
küy salmağa bşlayır; qışqıraraq əhalini köməyə çağırır:
”Ey camaat! Müsəlmanlar tanrımızı qurban kəsməyə
aparırlar”. Müsəlmanlar isə: ”Ey müsəlmanlar hindular
Dostları ilə paylaş: |