Mister hemferin xatiRƏLƏRİ



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə23/25
tarix26.08.2018
ölçüsü0,85 Mb.
#64324
1   ...   17   18   19   20   21   22   23   24   25

 
96 
qurbanlarımızı  əlimizdən  alırlar”.  Sonra  isə  daş,  ağac 
və  bıçaqla  bir-birini  qətlə  yetirirlər.  Bu  hadisə  zamanı 
hindu  məhəlləsindən  olan  bir  neçə  nəfər  bə`zi 
əlamətlərdən 
bu 
fitnənin 
ingilislər 
tərəfindən 
hazırladığını  başa  düşürlər.  Sonradan  da  hamıya 
mə`lum oldu ki, fitnə salan ingilislərdir”. 
Məqaləni yazan müxbir ingilislərə xitabən deyir: ”Biz 
sizin,  qurban  bayramında  müsəlmanlara  necə  zəhər 
içirtdiyinizi  çox  yaxşı  bilirik”.  İngilislər  bu  cür  saysız-
hesabsız fitnə və zülmlərlə müsəlmanları məhv etməyə 
çalışırlar.  
İngilislər daha sonra, silahlı cihadın vacib olmadığını 
iddia edən, İslam pərdəsi altında müsəlmançılığa qarşı 
mübarizə  aparan  yeni-yeni  düşmənlər  yetişdilər. 
Bunlardan Sir Seyid Əhməd, Qulam Əhməd Qudiyani, 
Abdulla  Qəznəvi,  İsmayıl  Dehləvi,  Nazir  Hüseyn 
Dehləvi,  Sadiq  Həsən  xan  Pehunalı,  Rəşid  Əhməd 
Kəpkuhi, Ustad Vahid Heydər Abidi, Əşrəf Əli Tehnəvi 
və  Şah  Əbdul  Əzizin  nəvəsi  Məhəmməd  İshaq  kimi 
şəxsləri  dəstəkləyərək,  yeni  firqələr  qurdular  və  bu 
firqələrə  müsəlmanları  cəlb  etməyə  başladılar.  Bu 
firqələrin 
ən 
məşhuru 
1879-cu 
ildə 
qurulan 
“Qudiyani”lik  cərəyanı  oldu.  Bu  cərəyanı  tə`sis  edən 
Qulam Əhməd Qudiyaninin nəzərinə görə, top, tüfəng 
və  qılıncla  cihad  etmək  vacib  deyildir;  əsl  cihad  dillə, 
tövsiyə və nəsihətlə olmalıdır.  
Qulam Əhməd, İsmaili firqəsindən dönmüş bir dinsiz 
idi.  O,  1908-ci  ildə  vəfat  etmişdir.  İngilislər  onu  pulla 
satın  alaraq  əvvəlcə  müctehid,  sonra  Mehdi  imam 
zaman,  sonra  İsa  Məsih  və  nəhayət  peyğəmbər 


 
97 
olduğunu  iddia  etməsinə  şərait  yaradaraq,  onun  yeni 
bir  din  gətirdiyini  e`lan  etdilər.  O,  Hindistan  xalqına 
“mənim  ümmətim”  deyə  müraciət  edirdi.  Hər  yerdə 
Qur`ani-Kərimdəki  bir  çox  ayələrin  ona  aid  olması, 
onun  Məhəmməd  peyğəmbərin  mö`cüzələrindən  daha 
çox  mö`cüzəyə  malik  olması  haqda  təbliğat  aparılırdı. 
Ona  inanmayanları  isə,  kafir  adlandırırdılar.  Onun 
fikirləri  Rəcəb  və  Bombey  şəhərlərində  cahil  xalq 
arasında  yayılırdı.  Bu  gün  də  Avropa  və  Amerikada 
Əhmədiyyə adı altında Qudiyanilik cərəyanı açıq-aşkar 
yayılmaqdadı.  
İngilislərə  xidmət  etməyin  günah  və  kafirlərə  qarşı 
silahlı  cihadın  vacib  olduğunu  söyləyən  müsəlmanlar 
tə`qib  olunaraq  cəzalandırılırdı.  Bu  mövzuda  olan 
kitablar  toplanaraq  yandırılırdı.  Ələ  ala  bilmədikləri 
alimləri,  müsəlmanların  yaddaşlarında  qəhrəman  kimi 
qalacaqlarından  ehtiyat  edərək  e`dam  etmirdilər.  And-
aman 
adasındakı 
zindanda 
müddətsiz 
olaraq, 
azıdlıqdan məhrum edirdilər.  
I-ci  Dünya  Müharibəsindən  sonra  İstanbulu  işğal 
etdikləri zaman osmanlı alim və paşaları Malta adasına 
sürgün  etmişdilər.  İslama  qarşı  olan  düşmənçiliklərini 
müsəlmanlar başa düşməsin deyə, Hindistanın “Darül-
hərb” yox, “Darül-İslam” olduğuna dair fitvalar vermiş 
və  bu  fitvaları  hər  yana  yaymışdılar.  Alim  adı  ilə 
yetişdirdikləri 
münafiqlərin 
əli 
ilə 
“osmanlı 
sultanlarından  xəlifə  olmaz,  xəlifə  Qureyş  tayfasından 
olmalıdır”  fikrini  yayır,  dəlil  olaraq,  bu  hədisi  əsas 
gətirdilər:  “Xəlifə  Qureyş  qəbiləsindən,  onların 
övladlarından olacaqdır”. 


 
98 
Dini  tədrisi  ləğv  etmək,  İslamı  daxildən  parçalayıb 
dağıtmaq  üçün  Əliqərhdə  İslam  elmlərinin  öyrənildiyi 
“Əliqərh” universitetini açdılar. Burada dinlə mübarizə 
aparmaq  və  İslama  arxadan  zərbə  vurmaq  üçün 
zahirdə  müsəlman,  həqiqətdə  isə  düşmən  kadrlar  olan 
din  adamları  yetişdirirdilər.  Tələbələrin  içərisindən 
dinsizliyinə, 
şöhrətpərəstliyinə, 
satqınlığına 
və 
ingilislərin  mənafeyinə  sadiq  olmalarına  arxayın 
olduğu  şəxsləri  seçib  İngiltərəyə  göndərirdilər.  İslamı 
sarsıdıb  zəiflətdikdən  sonra,  müsəlmanlara  rəhbərlik 
etmək üçün həmin şəxsləri iş başına gətirirdilər. Əyyub 
xan  da  bunlardan  biri  idi.  O,  Əli  Çinnahın  yerinə 
Pakistan dövlət başçısı oldu. 
İngilislər  II-ci  Dünya  Müharibəsindən  qalib  çıxmış 
kimi  görünsələr  də,  həqiqətdə  məğlub  olmuşdular. 
Çünki  özlərinə  “üzərində  günəş  batmayan  ölkə”  adı 
verdikləri  halda,  “üzərində  günəş  doğmayan  ölkə” 
halına 
düşmüşdülər. 
Müstəmləkələrinin 
çoxunu 
itirmiş, tükləri yolunmuş toyuq kimi görsənirdilər.  
Pakistanın  dövlət  başçısı  tə`yin  etdikləri  Əli  Çinnah 
məzhəbcə şiə, həqiqətdə isə ingilis tərəfdarı idi. 1972-ci 
ildə  vəfat  etdikdən  sonra  yerinə  masson  Əyyub  xan, 
onun yerinə isə qızılbaş Yəhya xan gəldi. O, Hindistan-
Pakistan  müharibəsində  məğlub  oldu,  Pakistan 
torpaqları əldən getdikdən sonra isə həbs edildi. Yəhya 
xandan  sonra  hakimiyyəti  Zülfüqar  Əli  Buhutto  təhvil 
aldı. O da İngiltərədə təhsil almış casus idi. 1974-cu ildə 
müxaliflərin  öldürülməsinə  əmr  verildiyi  üçün  e`dam 
edildi. Zülfüqar Əli Buhuttonu devirərək, yerinə keçən 
Ziya-ül  Həqq  İslam  düşmənlərinin  müsəlmanlar  üçün 


 
99 
nələr  düşündüklərini,  İslamı  məhv  etmək  istəklərini 
anlayaraq,  onların  əmrlərin  icra  etməkdən  imtina  etdi; 
ölkəsinin  inkişafı  üçün  çalışdı;  millətin  həqiqi  rifah  və 
səadətə  mənbəyinin  İslam  olduğunu  çox  yaxşı  bildiyi 
üçün  qanunların  şəriətə  uyğun  tə`sis  edilməsi  üçün 
Pakistan 
əhalisinə 
müraciət 
etdi. 
Keçirilən 
referondumda  Pakistan  əhalisi  bu  çağırışa  yekdilliklə 
müsbət rə`y verdi. İngilislərin yetişdirdiyi canilər Ziya-
ül  Həqqi  terror  vasitəsilə  qətlə  yetirdilər.  Sonra 
hakimiyyətə gələn Əli Buhuttonun qızı Binəzir Buhutto 
dövlətinin, millətinin və İslamın əleyhinə etdiklərindən 
əlavə,  Ziya-ül  Həqqin  hakimiyyəti  dövründə  həbs 
olunmuş bütün cani və xainləri azad etdi. Onları mə`sul 
vəzifələrə 
tə`yin 
etdikdən 
sonra 
Pakistanda 
qarşıdurmalar  başlandı.  İngilislərin  müsəlmanlar  üçün 
gördükləri yuxular yenidən çin çıxmağa başladı. I və II-
ci  Dünya  Müharibələrindən  sonra  bir  çox  ölkələrdə 
xain 
planlarını 
yerinə 
yetirmək 
üçün, 
öz 
mənafelərindən  çıxış  edən  şəxsləri  iş  başına  gətirdilər. 
Bu dövlətlərin müstəqil dövlət atributları- himni, gerbi, 
bayrağı  və  milli  pul  vahidləri  olsa  da,  dini  azadlıqları 
olmadı.  Son  üç  əsrdə  İslam  aləmi  harada  tənəzzülə 
uğramışsa, orada ingilislərin əli vardır.  
Osmanlı 
dövləti 
dağıdıldıqdan 
sonra 
onun 
hakimiyyəti altında ərazilərdə böyüklü-kiçikli 23 dövlət 
quruldu.  Səbəbi  də  müsəlmanların  güclü  bir  dövlətə 
malik  olmasının  qarşısını  almaq  idi.  İslam  ölkələri 
adlanan  bu  dövlətlərin  arasında  müntəzəm  olaraq, 
düşmənçilik  və  qarşıdurmalar  yaratdılar.  Bu  kimi 
ixtilaflar  həmin  ərazilərdə  bu  günə  kimi  davam 


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə