|
Mm-dən mühazirələrin kanspektiDəmir yolunun layihələndirilməsinə olan əsas tədbirlər
|
səhifə | 72/79 | tarix | 23.12.2023 | ölçüsü | 1,17 Mb. | | #157440 | növü | Mühazirə |
| Mm-d n m hazir l rin kanspektiDəmir yolunun layihələndirilməsinə olan əsas tədbirlər:
- dəmir yolları və stansiyaları mümkün dağılma zonalarından kənarda tikilməlidir;
- zəif və mühüm əhəmiyyətli elementlər (avadanlıqlar) yeraltı qurğularda yerləşdirilməlidir;
- dəmiryol qovşaqlarından aralı ehtiyat dəmir yolları tikilməlidir;
- qovşaq stansiyaları sıradan çıxdıqda qatarlara qulluq və onların hərəkətini təmin etmək üçün qovşaqqabağı və sahə-aralıq stansiyaları hazırlanmalıdır;
- aralıq stansiyalarında yükləmə və yükboşaltma meydançaları hazırlanmalıdır;
- qatarların hərəkətini təmin edən qurğular üçün əvəzedici qurğular olmalıdır;
- səyyar ehtiyat enerji mənbələri yaradılmalıdır;
- dəmiryol stansiyalarında yanğınsöndürmə üçün su tutumları təşkil edilməlidir;
- qatarlarin hərəkəti üçün digər yanacaq növlərinin istifadəsi nəzərdə tutulmalıdır;
- xüsusi təmizləmə meydançaları hazırlanmalıdır.
Obyektlərin işinin dayanıqlığının təmin edilməsi tədbirləri ilk növbədə fəhlə və qulluqçuların mühafizəsinə yönəldilməlidir.
Fəhlə və qulluqçuların mühafizəsi 3 əsas üsulla həyata keçirilir:
- mühafizə qurğularında sığınma;
- köçürmə;
- FMV-lərdən istifadə.
Personalın mühafizə qurğularında yerləşdirilməsi ən əlverişli üsul hesab olunur. Obyektin personalının mühafizəsi üçün hər bir obyektdə mühafizə qurğusu (qurğuların) olmalıdır.
FMV-dən istifadə etmədən zəhərlənmiş (kimyəvi, radioaktiv, bakterioloji zəhərlənmə) ərazidə, kip olmayan otaqlarda fəaliyyət göstərmək qeyri-mümkündür və bu səbəbdən, personalın FMV ilə təchiz olunması, onlardan istifadə qaydalarının personala öyrədilməsi mühafizə üçün vacib şərtlərdən biridir.
FH baş verə biləcək ərazilərdən personalın, əhalinin əvvəlcədən təhlükəsiz rayonlara köçürülməsi daha əlverişli olub, itkiləri minimuma endirir.
Yuxarıda göstərilənlərdən bu nəticəyə gəlmək olar ki, fəhlə və qulluqçuların etibarlı mühafizəsini təmin etmək üçün konkret şəraitdən asılı olaraq, hər 3 üsulun birgə tətbiqi daha effektiv nəticə verir.
.
Dostları ilə paylaş: |
|
|