Mm-dən mühazirələrin kanspekti


Elektrik təchizatı sisteminə olan əsas tələblər



Yüklə 1,17 Mb.
səhifə69/79
tarix23.12.2023
ölçüsü1,17 Mb.
#157440
növüMühazirə
1   ...   65   66   67   68   69   70   71   72   ...   79
Mm-d n m hazir l rin kanspekti

Elektrik təchizatı sisteminə olan əsas tələblər:

  • elektrik təchizatı sistemi elə təşkil olunmalıdır ki, ayrı-ayrı qidalanma mənbələri sıradan çıxdıqda belə, istehlakçının elektrik təchizatı davam etməlidir, əvəzedici qidalanma mən­bə­lə­ri olmalıdır;

  • obyektlərdə ehtiyat elektrik enerjisi mənbəyi yaradılma­lıdır;

  • elektrik enerjisi sahələri bir-birindən asılı olmayan ka­bel­­lər vasitəsilə ötürülməlidir;

  • elektrik enerjisi ilə qidalanmada “dairələşdirmə” prin­si­pi tətbiq olunmalıdır;

  • elektrik xətləri mümkün dağılma zonalarından kənarda yerləşdirilməlidir;

  • obyektin ərazisində elektrik xətləri yeraltı olmalıdır;

  • ötürücü elektrik xətləri müxtəlif istiqamətlər üzrə yer­ləş­­diril­məli, dairələşdirilməli və bir neçə elektrik mənbəyinə bir­ləş­diril­məlidir;

  • elektrik enerjisi sisteminin idarə olunması üçün ayrı-ay­rı şəhərdənkənar dispetçer məntəqələri yaradılmalıdır;

  • yüksək gərginlikli tranzit elektrik xətləri, yarım­stan­si­ya­lar, dispetçer məntəqələri güclü dağılma zonalarından kə­nar­da olmalı­dır;

  • güclü 600 MVt və daha çox olan istilik elektrik stan­si­ya­­ları bir-birindən və kateqoriyalı şəhərlərdən mümkün güclü da­ğıl­ma zonasının radiusunun iki misli məsafəsində yerləş­di­ril­məlidir;

  • mühafizə üsullarından və qurğularından, avtomat sis­tem­­lər­dən istifadə olunmalıdır;

  • mümkün güclü dağılma zonasından kənarda – mümkün zəif dağılma zonasında yerləşdirilir: yüksək gərginlikli ötürücü xət­lər, elektrik qovşağı yarımstansiyaları, magistral neft-qaz kə­­mər­lərinin nasos və kompressor stansiyalarının elektrik təc­hi­zatı üçün yarımstansiyalar.

Su təchizatı sisteminə olan əsas tələblər:
- qidalanma şəhərin iki magistral su xəttindən (iki su mən­­bəyindən) həyata keçirilməlidir və onlardan biri yeraltı ol­malıdır;
- bir mənbədən qidalandıqda iki nasos stansiyası (t­ə­miz­lə­yi­ci qurğu, su ehtiyatı olan rezervuarlarla birlikdə) olmalıdır və na­sos stansiyalarından biri ehtimal olunan dağılma zonasından kənarda yerləşdirilməlidir;
- artezian su quyuları və ehtiyat su hovuzları yaradılma­lıdır;
- bir neçə su borusu xətti olmalıdır;
- su xətləri dairəvi sxem üzrə olmalıdır;
- su xətləri (boruları) yeraltı olmalıdır;
- avtomat sistemlər tətbiq olunmalıdır;
- su hidratları, bağlayıcı qurğular elə yerləşdirilməlidir ki, bina və qurğuların dağılmasında üçqunlar altında qalmasınlar (açıq yerlərdə yerləşdirilməlidir);
- bir nəfər üçün su norması 50 litr/gün miqdarında hesab­lan­­malıdır;
- sənaye və içməli su boruları arasında sanitar qaydalara əməl etməklə, birləşdirici qurğular tətbiq edilməlidir;
- işlənmiş suyun təkrar istifadəsi planlaşdırılmalıdır;
- təzə su kəmərləri çəkildikdə, köhnə su kəmərləri ehtiyat kəmərləri kimi saxlanmalıdır və s.

Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə