Mm-dən mühazirələrin kanspekti



Yüklə 1,17 Mb.
səhifə67/79
tarix23.12.2023
ölçüsü1,17 Mb.
#157440
növüMühazirə
1   ...   63   64   65   66   67   68   69   70   ...   79
Mm-d n m hazir l rin kanspekti

Regional təxliyə - zədə faktorları böyük ərazilərə təsir et­dikdə, əhali sıxlığı yüksək və tərkibində iri şəhərlər olan bir və ya bir neçə regionu əhatə etdikdə həyata keçirilir. Regional təx­li­yə keçirildikdə fövqəladə hal zonasından çıxarılan əhali ya­şa­yış yerlərindən xeyli uzaq məsafələrə çıxarıla bilər.
Hərbi kon­flik­tin miqyasından, inkişafından, şəraitin kon­kret xüsusiy­yət­lə­rindən və əhalinin təxliyə tədbirlərinə cəlb edil­məsindən asılı olaraq əhalinin təxliyəsinin aşağıdakı növ­lə­ri vardır: ümumi təxliyə və qismən təxliyə.
Yaranmış vəziyyətdən asılı olaraq əhali bütünlüklə - ümu­mi və qismən köçürülə bilər. Göstərilən təxliyə variant­la­rı­nın seçilməsi təhlükənin miqyas və xarakterindən, onun başver­mə proqnozunun gerçəkliyindən, fövqəladə hal mənbəyi zər­bə faktorlarının təsir zonasında yerləşən istehsal ob­yekt­lə­ri­nin təsərrüfat məqsədləri üçün istifadə perspektivlərindən asılı olaraq müəyyənləşdirilir.
Ümumi təxliyə - fövqəladə zonadan əhalinin bütün ka­te­qo­riyalarının çıxarılmasını tələb edir. Bütünlüklə (ümumi) kö­çürmə halları zamanı səfərbərlik vəsiqəsi olan şəxslərdən, kö­çü­rülməsi qeyri-mümkün olan xəstələrdən və onlara xidmət edən tibbi heyətdən başqa, qalan bütün əhali köçürülür.
Qismən təxliyə - fövqəladə zonadan iş qabiliyyəti ol­ma­yan, məktəbəqədər və məktəb yaşlı uşaqların çıxarılması mə­c­bu­riyyəti yarandıqda həyata keçirilir. Qismən köçürmə zamanı əmək qabiliyyəti olmayan, habelə istehsalat və xidmət sahə­lə­rin­də çalışmayan əhali köçürülür. Qismən köçürmə hallarında ilk növbədə:
- internat məktəbləri şagirdləri, bu məktəblərin professor, müəllim heyəti və onların ailə üzvləri ilə birlikdə;
- həmçinin qocalar evində yaşayan təqaüdçülər və onlara xidmət edən heyət;
- uşaq evlərinin, uşaq bağçalarının və digər uşaq müəssi­sə­lərinin uşaqlarını təhlükəli rayonlardan çıxarılır.
Belə əhalinin daşınması vasitələrinin sülh dövründəki hə­rə­kət cədvəllərini pozmadan, bütün nəqliyyat vasitələrindən is­ti­fadə etməklə yerinə yetirilir.
Təxliyənin keçirilməsi qərarının qəbul edilməsi əra­zi­lə­rində fövqəladə hal baş verdikdə və ya proqnozlaşdırıldıqda bu və ya digər rayon, vilayət mülki müdafiə qərargahı rəis və bələdiyyə başçıları səlahiyyətindədir.
Baş vermiş fövqəladə halın miqyasından və təxliyə təd­bir­lərinin təcili olmasından asılı olaraq yerli və regional xarak­ter­li təcili və ya qabaqlayıcı təxliyə müvafiq mülki müdafiə rəis­lərinin göstərişləri (sərəncamları) əsasında həyata keçirilir. Müharibə zamanı təhlükəsiz zonada öz istehsalat profilinə uy­ğun fəaliyyətini davam etdirə biləcək iqtisadiyyat obyektlərinin fəhlə və qulluqçuları (işləməyən ailə üzvləri ilə birlikdə) ilk növ­bədə köçürülür.
Hərbi dövrdə şəhərlərdən, rayonlardan və xalq təsərrüfatı obyektlərindən köçürülən əhalinin yerləşdiriləcəyi təhlükəsiz rayonlar və ya yaşayış məntəqələri əvvəlcədən təyin edilir. Bu zaman köçürülən ərazidə işini davam etdirəcək obyektlərin fəh­lə və qulluqçuların, həmçinin zədələnmə ocaqlarında xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması üçün qüvvə və vasitə qruplarını, mümkün qədər yaxın yaşayış məntəqələrində yer­ləş­dirmək nəzərdə tutulmalıdır. Köçürülən əhali yerləşdiriləcək rayonlar və oraya gedən marşrutlar Azərbaycan Respublikası MM qərargahının orqanları tərəfindən bu şəhərin (rayonların) icra hakimiyyəti başçıları ilə birlikdə dəqiqləşdirilir və hərbi komandanlıq orqanları ilə əvvəlcədən razılaşdırılır. Köçürü­lə­cək xalq təsərrüfatı obyektlərinin və digər təşkilatların bu ya­şayış məntəqələrində yerləşdirilməsi məsələsi rəsmiləşdirilən­dən sonra, əhalini qəbul edəcək şəhər və rayonların icra haki­miy­yəti orqanları həmin obyekt və təşkilatlara lazımi qaydada tərtib edilmiş məskunlaşma orderləri verir və əhalinin həyat tə­minatı məsələlərini həll edirlər. Kimyəvi təhlükəli obyektlərdə qəza baş verərkən, eləcə də ərazidə radioaktiv zəhərlənmə (çirklənmə) olarkən köçürmə işləri, adətən, iki mərhələdə yerinə yetirilir: əhali əvvəlcə zə­də­lə­yici amillərin təsir zonasının hüdudlarına çıxarılır, sonra isə təhlükəsiz rayonlardakı yerləşdirmə məntəqələrinə aparılır. Bu dövrdə, həmçinin radiasiyadan və kimyəvi zəhərlənmədən mü­ha­fizə tədbirləri də görülür. Qəza baş vermiş rayon ərazi polis idarələrinin əməkdaşları tərəfindən ciddi nəzarətə alınır, əha­li­nin qəza zonasından köçürülməsi isə yol polisi müəyyən marşrut üzrə nizama salır.
Köçürülən əhalinin qeydiyyatı üçün əsas sənədlər – şəx­siyyəti təsdiq edən pasport (vəsiqə) və yaşayış yerində tərtib olun­muş köçürülənlərin siyahısından ibarətdir. Şəhərlərdən, ra­yonlardan və ayrı-ayrı yaşayış məntəqələrindən əhalinin köçü­rül­məsi barədə qərarları aşağıda göstərilən vəzifəli şəxslər qə­bul edirlər:
- müharibə dövründə - Müdafiə Nazirinin, yaxud mü­va­fiq ərazi icra hakimiyyəti başçısının təklifi üzrə - Azərbay­can Res­publikasının Prezidenti və ya Baş Naziri;
- sülh dövründə - ərazisində fövqəladə hallar yaranmış şəhərin (rayonun) icra hakimiyyəti başçısı. Bu barədə dərhal Azər­baycan Respublikasının Prezidentinə və Baş Nazirinə mə­lu­mat verir.
Silahlı münaqişələr vaxtı hərbi əməliyyatlar aparılan sər­hə­dyanı rayonlardan və cəbhəətrafı zolaqlardan əhalinin kö­çü­rülməsi ­hərbi komandanlığın və icra hakimiyyəti başçısının bir­gə qərarı ilə həyata keçirilir. Bu barədə onlar – tabeliyi üzrə yu­xa­rı idarəetmə orqanlarına dərhal məlumat verirlər.

Şəkil 3.10. Texnogen qəza zamanı köçürmə tədbirləri




Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə