Mm-dən mühazirələrin kanspekti


Mühafizə qurğuları üçün kollektiv apteçka



Yüklə 1,17 Mb.
səhifə65/79
tarix23.12.2023
ölçüsü1,17 Mb.
#157440
növüMühazirə
1   ...   61   62   63   64   65   66   67   68   ...   79
Mm-d n m hazir l rin kanspekti

Mühafizə qurğuları üçün kollektiv apteçka. 100-150 və 400-600 nəfərə hesablanmışdır. Apteckada sığınacaqda sığınan insanlara və MM dəstələrinin üzvlərinə öz-özünə və qarşılıqlı yardım göstərmək üçün tibbi vasitələr olur. Həmin vasitələr aşağıdakılardır:
- ağrıkəsicilər, iltihabəleyhi və qusmaəleyhi dərman va­si­tə­ləri;
- qanaxmanı saxlamaq, yaranı sarımaq və təmizləmək üçün;
- klinik ölüm zamanı ürək - ağciyər reanimasiya va­si­tə­lə­ri;
- bayılma və kollaps zamanı istifadə olunan vasitələr;
- qida zəhərlənmələri zamanı dezintoksikasiya vasitələri;
- stress reaksiyalarında istifadə olunan tibb vasitələri.
Xüsusi qablaşdırılmış sanitar çantası səhra şəraitində ilkin yardım vasitəsidir və MM və FH xidmətlərinin tələblərinə cavab verir. Çanta sukeçirməyən «brezent» tipli sıx mate­ri­al­dan hazırlanmışdır. Daxili dərman vasitələri və tibbi vasitələrlə qablaşdırılmışdır: yod məhlulu və ampulada ammonyak, bint, sarğı paketi, jqut, plastır, qayçı, təhlükəsiz sancaq və sınıqlar za­manı istifadə edilən parça tipli yaylıq. 15-20 yaralıya yardım üçün nəzərdə tutulmuşdur; daxilində həmçinin bəzi xəs­tə­lik­lərdə istifadə olunan dərman maddələri də olur. Çanta içəri­sin­dəkilərlə birlikdə 3-3,5 kq-dır.


Köçürmə tədbirləri

Köçürmə (təxliyə) – adamların həyatı və fəaliyyəti üçün təhlükə yaranan rayonlardan əhalinin mütəşəkkil surətdə çı­xa­rı­lıb təhlükəsiz rayonlarda (zonalarda) yerləşdirilməsi üzrə təd­bir­lər kompleksidir. Köçürmə tədbirləri əvvəlcədən plan­laş­dı­rıl­malı və fövqəladə hallar ehtimal olunan rayonlarda sülh və mü­haribə dövrlərində adamların həyatı və sağlamlığı üçün təh­lü­kə yaranarkən qısa müddətdə ya qabaqcadan, ya da zə­də­lə­yi­ci amillər əhaliyə bilavasitə təsir göstərərkən dərhal yerinə ye­ti­ril­məlidir.


Təxliyə əhali zərbə faktorları təsiri olan rayonlardan və ərazidən təhlükəsiz rayon və məntəqələrə tam çıxarıldıqda başa çat­mış hesab olunur. Köçürmə tədbirləri əhalini təhlükəli sa­hə­lə­rdən (zədələnmə ocaqlarından) təhlükəsiz rayonlara vax­tın­da çıxarmağa və bununla da fövqəladə halların təsirindən tö­rə­yən tələfatı maksimal dərəcədə azaltmağa imkan verir.
Köçürmə tədbirləri düşmən tərəfindən müasir adi silahlar və kütləvi qırğın vasitələri tətbiq edilməsi, həmçinin təbii fəla­kət­lər, güc­lü istehsalat qəzaları baş verməsi ehtimalları nəzərə alın­maqla çoxvariantlı planlaşdırılmalı, yaranmış vəziyyətdən asılı olaraq köçürmə işlərinin müxtəlif variantlarda yerinə yetirilməsi nəzərdə tutulmalıdır.
Köçürmə tədbirlərinin planlaşdırılması və həyata keçiril­mə­si tələb olunan təhlükəli rayonlara aşağıdakılar aid edilir:
- düşmən basqını gözlənilən şəhərlərin və əlahiddə ob­yek­tlərin ətrafında ehtimal olunan güclü dağıntılar zonası;
- şəhərlərin, yaşayış məntəqələrinin və xalq təsərrüfatı obyektlərinin ətrafında yarana biləcək radioaktiv və ya kimyəvi zəhərlənmə zonaları;
- ehtimal olunan təbii fəlakət, güclü istehsalat qəzası ra­yon­ları və fəlakətli daşqın zonaları;
- silahlı münaqişələr vaxtı hərbi əməliyyatlar aparılan sər­hədyanı rayonlar və cəbhəətrafı zolaqlar.

Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə