Mm-dən mühazirələrin kanspekti



Yüklə 1,17 Mb.
səhifə61/79
tarix23.12.2023
ölçüsü1,17 Mb.
#157440
növüMühazirə
1   ...   57   58   59   60   61   62   63   64   ...   79
Mm-d n m hazir l rin kanspekti

Fərdi apteçka Aİ-2 radiasiya, kimyəvi və bakterioloji zə­dələnmələr zamanı profilaktik və ilkin tibbi yardım məq­sə­di­lə tətbiq edilir. Apteçkanı cibdə gəzdirirlər. Onda aşağılakı yu­va­lar vardır:
- 1 saylı yuva: ağrıkəsici vasitəli şpris-tyubik (rəngsiz baş­lıqlı). Bu vasitə apteçkaya FHN qərarı ilə şəraitə uyğun ola­raq verilir. Sümük sınıqları, geniş sahəli yanıq sahələri və zə­də­lən­mələr zamanı baş verən kəskin ağrılar zamanı şokun qar­şı­sı­nı almaq məqsədilə bud və ya sağrı nahiyəsinə yeridilir (pal­ta­rın üzərindən də ola bilər).
- 2 saylı yuva: fosforlu üzvi maddələrlə zəhərlənmələr za­manı profilaktik vasitə - taren (hazırda afin) yerləşir. Daxilə qə­bul edildikdən 20 dəqiqə sonra təsir göstərməyə başlayır. «Kim­yəvi həyəcan» siqnalı verilən kimi bir tablet qəbul edilir. 8 yaşına qədər uşaqlara tabletin dörddən bir hissəsi, 8-15 yaş­ara­sı uşaqlara tabletin yarısı verilir. Taren həbinin 1 ədədinin qəbulu fosforlu üzvi birləşmələrlə zəhərlənmə təsirini 10 dəfə azaldır. Zəhərlənmə əlamətləri artdıqca yenidən bir həb qəbul edi­lir və sonradan hər 4-6 saatdan bir bir həb qəbul edilir. Ta­re­nin əvəzinə və ya ona əlavə olaraq P-6 preparatı qəbul edilir. Birdəfəlik dozası – 2 tabletdir. 3-4 həb ölümcül dozadan 12 sa­at müddətinə müdafiə edir. Hərbi qüvvələrin və MM ştatdan kənar dəstə üzvlərinin şəxsi heyəti 1995-ci ildən Aİ-1 apteçkası ilə təmin edilir, onda müalicəvi preparat afin və fosforlu üzvi birləşmələrlə zəhərlənmələr zamanı istifadə edilən qırmızı baş­lıq­lı şpris-tyubik (butaksim) yerləşir. Taren mərkəzi təsirli M-xo­linoblokatordur. Daxilə qəbul edildikdən 20-30 dəqiqə sonra tə­sir etməyə başlayır, təsir 4-5 saat davam edir. Somatik əla­mət­ləri: ağızda və bütün bədəndə quruluq, bəbəklərin genəl­mə­si. Preparat tablet halındadır, tərkibində aktiv maddə 0,6 q-dır. Zəhərlənməmiş halda qəbul edilərsə delirium halı yaradır: şüur qaralır, yaddaş itirilir, parlaq görmə və eşitmə hal­lyusi­na­si­ya­la­rı yaranır. Eyforiya yaratmadığı üçün fiziki və psixoloji asılılıq halı baş vermir.
- 3 saylı yuva: bakteriya əleyhinə 2 №-li vasitə (sulfa­di­me­tok­sin – 0,2q, 15 tablet) – ağ rəngli penal-yerləşir. Bu vasitə radioaktiv şüalanmadan sonra infeksion xəstəliklərin profilak­ti­ka­sı üçün nəzərdə tutulub. Şüalanmadan sonra mədə-bağırsaq po­zğunluğu yarandığı zaman bir dəfəyə 7 tablet qəbul edilir, son­rakı 2 gün ərzində gündə bir dəfə 4 tablet qəbul edilir. 8 ya­şı­na qədər uşaqlar birinci gün 2 tablet, sonrakı 2 gün ərzində hər gün 1 tablet qəbul edilir; 8-15 yaşarası uşaqlar birinci gün 3;5 tablet, sonrakı 2 gündə günə 2 tablet qəbul edilir.
- 4 saylı yuva: 1№-li radiasiya əleyhinə vasitə (RS-1, si­s­ta­min tabletləri - 0,2q, 12 tablet) - 2 penal moruğu rəngli iki pe­nal – yerləşir, ionlaşdırıcı şüalanma zədələnmələrində pro­filak­­tik effekt göstərir. «Radiasiya təhlükəsi» siqnalı veri­lər­kən şü­a­lanma qorxusu olarsa və ya radiasiya səviyyəsi yüksək olan əraziyə daxil olmamışdan 35-40 dəqiqə əvvəl 6 tablet su ilə da­xilə qəbul edilir. Müdafiə effekti 5-6 saat saxlanır. Lazım gələrsə (şüalanma davam edərsə və ya yeni təhlükə yaranarsa) 4-5 saatdan sonra yenidən 6 tablet qəbul edilir. 8 yaşına qədər uşaq­lara bir dəfəyə 1,5 tablet, 8-15 yaşarası uşaqlara 3 tablet verilir.
- 5 saylı yuva: 1№-li bakteriya əleyhinə vasitə – hər birində 5 tablet olan rəngsiz kvadrat formada 1 penal (tet­ra­sklin – 0,006q, 10 tablet və nistatin tabletləri) – törədiciləri bioloji silah kimi istifadə edilən infeksion xəstəliklərdən ümumi eks­tern profilaktika (taun, vəba, tulyaremiya, Sibir xorası, brusel­lyoz və s.) üçün nəzərdə tutulmuşdur. Bakterioloji yoluxma təh­lükəsi yarandıqda və ya yoluxma olduqda qəbul edilir. Bir­də­fəlik dozası-eyni zamanda 5 tablet su ilə daxilə qəbul edilir. Be­lə doza 6 saatdan sonra bir də təkrar qəbul edilir. 8 yaşa qə­dər uşaqlara bir dəfəyə 1 tablet, 8-15 yaşlı uşaqlara 2,5 tablet verilir. PBS-1 (bakteriyaəleyhi vasitə) şüa xəstəliyi, geniş yara səthi və yanıqlar zamanı infeksion ağırlaşmaların profilaktiksı üçün də qəbul edilir.
- 6 saylı yuva: 2 №-li radiomühafizə vasitəsi (RS-2, ka­li­um yod tabletləri 0,125 q dozada 10 tablet) - ağ rəngli, 1 pe­nal – radioaktiv çöküntülərin düşdüyü ərazidə olan insanlar üçün nəzərdə tutulmuşdur. 10 gün ərzində gündə bir dəfə ac­qa­rı­na bir tablet qəbul edilir (sülh dövründə AES-da qəza zamanı hər gün və axırıncı şüalanmadan sonra, əlavə olaraq 8 gün ərzində hər gün qəbul edilməlidir). 2-5 yaşlı uşaqlara yarım tablet, 2 yaşından kiçiklərə-dörddə bir (1/4) tablet, südəmər körpələrə yalnız birinci gün – dörddə bir tablet verilir. Əgər yod radioaktiv çöküntüdən sonrakı ilk 2-3 saat ərzində qəbul edilərsə 90-95%, 6 saatdan sonra qəbul edilərsə - 50%, 12 saatdan sonra 30% effekt verir, 24 saatdan sonra effekti yoxdur.
- 7 saylı yuva: qusmaəleyhi vasitə (etaperazin) -5 tabletli bir penal - şüalanmadan sonra, həmçinin başın əzilməsindən sonra mədə bulanması halları olarsa qəbul edilir. Bir gündə 6 tabletdən çox qəbul etmək olmaz.

Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə