Mm-dən mühazirələrin kanspekti


«D» səviyyəli mühafizə dəsti -



Yüklə 1,17 Mb.
səhifə59/79
tarix23.12.2023
ölçüsü1,17 Mb.
#157440
növüMühazirə
1   ...   55   56   57   58   59   60   61   62   ...   79
Mm-d n m hazir l rin kanspekti

«D» səviyyəli mühafizə dəsti - «B» səviyyəli mühafizə dəsti ilə eynidir.
«E» səviyyəli mühafizə dəsti - qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılmasında şəxsi heyət üçün nəzərdə tutulmuş iş geyimi, istehsalat və müəssisələrdə iş vaxtı fəhlə və qulluqçuların istifadə etdikləri geyim formasıdır.
«D» səviyyəli mühafizə dəstinə:
- iş paltarı;
- dəmir pəncəli çəkmə;
- şlem;
- gözlərin mühafizəsi üçün eynəklər; əllərin mühafizəsi üçün əlcəklər;
- tənəffüs üzvlərinin mühafizəsi üçün respirator daxildir.
Kimyəvi izoləedici kostyum KİX-4M. Təyinatı: İzolə­edi­ci kostyum KİX-4M qəza-xilastetmə işləri zamanı maye və qaz halında olan ammonyak və xlordan mühafizə üçün nəzərdə tutulmuşdur.
Kostyum baş örtüyü olan kombinzondur, üz hissəsinə ge­niş ­mənzərəni seyr edə bilmək üçün şüşə bərkidilmişdir. Kom­bi­nezonun şalvarının aşağı hissəsinə prorezin materialdan iba­rət olan bərkidici tikilmişdir. Kostyum xlor və ammonyaka da­vam­lı prorezin materialdan hazırlanıb. Kostyumu digər mü­ha­fizə vasitələri, həmçinin KİP-8 izoləedici əleyhqazı ilə bir­lik­də istifadə etmək olar. Əleyhqaz kostyumun altından geyinilir.
Mühafizə müddəti müxtəlif hallarda dəyişkəndir;
- qaz halında xlora qarşı – 60 dəqiqə;
- qaz halında ammonyaka qarşı – 60 dəqiqə;
- maye halında xlor və ammonyaka qarşı – 2 dəqiqə;
- qaz halında olan asetonitril, hidrogen-florid, dime­ti­l­amin, akril turşusu nitrili, etilen oksidi, hidrogen-sulfidə qarşı – 60 dəqiqə;
- qatı mineral turşulara qarşı davamlılığı – 60 dəqiqə;
- açıq alova davamlılığı – 10 saniyə;
- orta ağırlıqlı işlər yerinə yetirilən zaman fasiləsiz olaraq qalma müddəti (izoləedici aparatla) – 250°C temperaturda 40 də­qiqə;
- 260°C-dən yuxarı tempraturda – 20 dəqiqə;
- istifadə edilə bilmə sayı – 5 dəfə.
Kimyəvi izoləedici kostyum KİX-4T. Təyinatı: izolə­edi­ci kostyum KİX-4T qəza-xilasetmə işləri zamanı maye və qaz halında olan ammonyak, xlor, azot oksidləri, hidrazin tö­rə­mə­ləri və həmçini digər qatı mineral turşularından (kükürd, azot) mühafizə üçün nəzərdə tutulmuşdur. Kostyum baş örtüyü olan kombinzondur, üz hissəsinə geniş mənzərəni seyr edə bil­mək üçün şüşə bərkidilmişdir. Kombinzonu geyinə bilmək üçün şaquli dəliyi vardır və hermetik molniya ilə bağlanır. Ar­xa tərəfinin iç divarına çiyin çantası bərkidilmişdir, ona tə­nəf­füs sitemi üçün bolon yerləşdirilir. Kombinzonun qolları daxili sərt həlqəli rezin manjetlərlə bitir, onlara da rezin əlcəklər bər­ki­dilir. Əlcəklər əlavə olaraq elastik rezin həlqələrlə fiksə edi­lir. Kombinzonun şalvarının aşağı hissəsinə sıx corablar ti­kil­miş­dir, onların üzərinə uzun boğaz çəkmə geyinilir. Kostyu­mun quruluşu onun rahat geyinilməsi və təhlükəsizliyini təmin edir, istifadə edən asanlıqla özü geyinib-soyuna bilir. Kostyum güclü təsirli zəhərləyici maddələrə qarşı davamlı, sarı, boz, na­rın­cı rəngli prorezin materialdan hazırlanıb. Texniki xarak­te­ris­ti­kası: kostyumun kütləsi (1-ci ölçü üçün) tənəffüs aparatı ol­madan - 4 kq, 44 ölçülü çəkmənin kütləsi-2,3 kq. Paltar her­me­ti­kdir. Hermetikliyi xüsusi metodla yoxlanır. Mühafizə əmsalı 1000-dir. Paltarın və tikişlərinin yüksək konsentrasiya olun­muş qaz halında xlora olan mühafizə dayanıqlılığı-60 dəqi­qə­dir. Paltarın xidmət müddəli 2 ildir, güclü təsirli zəhərli mad­də­lə­rə qarşı 5dəfədən artıq istifadə etmək olmaz.

Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə