Mm-dən mühazirələrin kanspekti


Toz əleyhinə parça maska PTM-1



Yüklə 1,17 Mb.
səhifə55/79
tarix23.12.2023
ölçüsü1,17 Mb.
#157440
növüMühazirə
1   ...   51   52   53   54   55   56   57   58   ...   79
Mm-d n m hazir l rin kanspekti

Toz əleyhinə parça maska PTM-1 pambıq-tənzif sarğı olub, insanın tənəffüs üzvlərini radioaktiv tozdan və ikincili bak­terial vasitələr buludundan mühafizə edir. Zəhərləyici mad­dələrdən isə qorumur. Maska və sarğı əhalinin özü tərəfindən ha­zırlanır. 2 əsas hissədən – korpus və bərkidici hissədən iba­rət­dir. Korpus 2-4 qat parçadan hazırlanır. Onda gözlü hissə üçün dəlik hazırlanır və şüşələr taxılır. Maskanın baş his­sə­sin­də kənarlarına parça bağları tikilir. Maskanın üzə kip oturması onun həm yuxarı, həm aşağı tikişlərinə rezin taxmaqla əldə edi­lir. Hava nəfəs alan zaman bütün parça boyu təmizlənir. Mas­ka­nı hər bir şəxs hazırlaya bilər. Maskanı radioaktiv tozla yo­luxmaq təhlükəsi zamanı taxırlar. Yoluxmuş ərazidən çıxarkən ilk imkan düşən kimi dezaktivasiya edirlər: radioaktiv toz sil­kə­lənir, qaynar suda sabunla yuyulur və suyu tez-tez də­yiş­mək­lə yaxşıca yaxalanır. Pambıq tənzif sarğı əhali tərəfindən müs­tə­qil hazırlanır. Bunun üçün ölçüsü 100×50 sm olan tənzif par­ça­sı götürülür. Tənzifin üzərinə 1-2 sm qalınlığında, 30 sm uzun­lu­ğunda və 20sm enində pambıq qatı qoyulur. Kənarları 30-35 sm uzunluğunda elə kəsilir ki, 2 cüt bağ əmələ gəlir. Lazım gələrsə sarğı ilə ağız və burun örtülür;



Şəkil 3.9. Toz əleyhinə sənaye respiratorları:
1 – rezin yarımmaska; 2 – aerozol əleyhinə (sökülən)
süzgəc; 3 – nəfəsvermə klapanı; 4-başlıq
üst bağları ənsədə, alt bağları təpədə bağlanır. Gözləri qorumaq üçün mühafizəedici toz əleyhinə eynəklər taxılır. Tənəffüs üz­v­lə­ri­nin bütün mühafizə vasitələrini daim işlək və istifadəyə ha­zır və­ziyyətdə saxlamaq lazımdır.


Dərinin fərdi mühafizə vasitələri (DFMV)

Dərinin fərdi mühafizə vasitələri filtrasiyaedici və izolə edici tiplərə ayırılır, müvafiq olaraq onlar filtrasiyaedici və izo­ləedici materialdan hazırlanır. İstifadə məqsədindən və isti­fadə­etmə sayından asılı olaraq daimi və dövri istifadə edilən, bir­də­fə­lik və dəfələrlə istifadə olunan mühafizə vasitələri vardır.


Xüsusi mühafizə vasitəsinə yüngül mühafizə kostyumu L-1 və yüksək hermetik qabiliyyətinə malik izoləedici kos­tyum­­lar aiddir.

Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə