Mm-dən mühazirələrin kanspekti


I tip «Zaşita» mühafizə komplekti (taun əleyhinə kos­tyum)



Yüklə 1,17 Mb.
səhifə57/79
tarix23.12.2023
ölçüsü1,17 Mb.
#157440
növüMühazirə
1   ...   53   54   55   56   57   58   59   60   ...   79
Mm-d n m hazir l rin kanspekti

I tip «Zaşita» mühafizə komplekti (taun əleyhinə kos­tyum). I tip «Zaşita» mühafizə komplekti bakteriya, virus ki­mi zərərli vasitələr, tozla təmas zamanı istifadə edilir, I də­rə­cə­li mühafizə vasitəsidir. Komplekt taun əleyhinə xidmət, həm­çi­nin məhkəmə tibbi ekspertiza xüsusi təhlükəli infek­si­ya­la­rla iş­lə­yən həkim və sanitar işçilərinin şəxsi heyətinin tə­nəf­füs üzv­lə­rini, dəri örtüyünü və selikli qişalarını mühafizə edir.
Komplektə aşağıdakılar daxildir:
- geniş görmə sahəsi və filtri olan maska;
- prorezin materialdan hazırlanmış başlıqlı gödəkçə və prorezin əlcəklər;
- prorezin materialdan şalvar, ona bitişik rezin baxil ilə birlikdə.
Komplekt asanlıqla geyinilir, istismar zamanı tənəffüs üzv­lərini və dəri örtüyünü yüksək səviyyədə etibarlı mühafizə edir. Bu sınaqdan dəfələrlə keçirilmişdir. Komplekt bioloji və kim­yəvi zədələnmə ocağında yoluxmuşları daşımaq üçün, həm də dezinfeksiya və dezaktivasiya üçün istifadə edilir. Kostyum prorezin materialdan hazırlanıb və tikişləri yapışqanla bərki­dilir.
I tip «Almaz» taun əleyhinə komplekt. Tibb müəs­si­sə­lə­ri­nin heyəti, xüsusilə, diaqnostika və xüsusi təhlükəli infek­si­ya­la­rı müalicə edən şəxsi heyətin tənəffüs üzvlərini, dəri ör­tü­yü­nü və selikli qişalarını mühafizə edir.
Taun əleyhinə kostyum «Kvars-1M». «Kvars-1M» ta­un­ əleyhinə kostyumu FHN və MM dəstələrinin üzvləri üçün fil­­tra­siyaedici mühafizə vasitəsidir (QP-7k əleyhqazı ilə bir­lik­də). Kostyum yoluxma ocaqlarında epidemiya əleyhinə təd­bir­lə­rin təş­kili və həyata keçirilməsində iştirak edən əməkdaşların; xü­su­si təhlükəli infeksiyaları öyrənən və müalicə edən la­ba­ra­to­ri­ya və müəssisələrin əməkdaşlarının; həmçinin taun əleyhinə stan­­si­yaların həkim və sanitar işçilərinin tənəffüs üzvlərini və də­ri ör­tüyünü mühafizə etmək üçün vasitədir. Komp­lekt sa­də­dir, eti­barlıdır, asan istifadə edilir, tənəffüs üzvlərini və dəri ör­tü­yü­nü yüksək dərəcədə mühafizə edir. Tərkibinə daxildir: pa­no­ram şüşəli şlem, yarımmaska və filtr, kombinzon, rezin ma­te­rialdan baxil.

Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə