Mm-dən mühazirələrin kanspekti


Dərinin fərdi mühafizə vasitələri



Yüklə 1,17 Mb.
səhifə56/79
tarix23.12.2023
ölçüsü1,17 Mb.
#157440
növüMühazirə
1   ...   52   53   54   55   56   57   58   59   ...   79
Mm-d n m hazir l rin kanspekti

Dərinin fərdi mühafizə vasitələri:
- filtrasiyaedici tipli (ümum qoşun kompleks mühafizə kos­tyumları - OKZK, OKZK-M, OKZK-D (desantlar üçün), həm də mühafizə kostyumu-KZS);
- izoləedici tipli. İzoləedici tipli kostyumlar aşağıdakılardan ibarətdir:
- mühafizəedici plyonka kostyum;
- ümum qoşun mühafizə kostyumu (izoləedici dəri mü­ha­fi­zə vasitələrinə ümum qoşun mühafizə komplekti-OZK və mü­ha­fizəedici plyonka kostyum- KZP aiddir);
- yüngül kostym L-1;
- qəza mühafizə kostyumu;
- Ç-20 komplekti;
- LQ tipli pnevmokostyum;
- komplekt KZM-1;
- 6 saylı mühafizə komplekti;
- termokostyumlar;
- gözlərin mühafizə vasitələri QDZK;
- nüvə əleyhi skafandr.
İzoləedici tipli mühafizə kostyumları. Dərini mühafizə edən xüsusi filtrasiyaedici tipə aiddir:
- taun əleyhinə kombinzon;
- orta tezlikli dalğalardan mühafizəedici kostyum;
- sıx toxunmuş parçadan hazırlanmış və radioaktiv tozdan mühafizəedici kombinzon.
L-1yüngül mühafizə kostyumudur, əsasən, insanı z­ə­rər­li kimyəvi və bakterioloji təsirlərdən, həmçinin, radioaktiv toz­dan mühafizə etmək üçündür. L-1 kostyumu insanın də­ri­si­ni, həm də paltarını, ayaqqabısını qəza, xilasetmə və dezak­ti­va­si­ya işləri zamanı aqressiv mühitin (turşu məhlulları, laklar, bo­ya­lar, yağ, su, dəniz duzu, qələvilər, neft məhsulları) uzunmüd­dət­li təsirindən, zəhərləyici və toksiki maddələrin, zərərli bio­lo­ji faktorların təsirindən mühafizə edir.
L-1 kostyum komplektinə başlıqlı gödəkçə, corabla bir­lik­də şalvar, 2 cüt əlcək daxildir. Gödəkçənin qollarında bi­lək­­ləri sıxan qalın manjetlər var. 150°C yuxarı temperaturda L-1 kos­tyumunu alt paltarının üzərindən, 0°C-dən aşağı tempera­tu­r­da isə qış geyiminin üzərindən geyinirlər. L-1 3 boy öl­çü­sün­də hazırlanır: 165 sm-ə qədər, 166-172 sm arası, 173 sm-dən yu­xarı. Kostyum isidici qurğulardan kənarda, soyuq yerdə sax­lanmalıdır, işə başlamazdan bilavasitə əvvəl geyinilməlidir, ar­tıq hərəkətlərə yol verilməməlidir, yüksək temperaturda işlə­yər­­kən su ilə isladılmış mühafizə ekranlarından istifadə edil­mə­li­dir. Kostyumu dəfələrlə istifadə etmək olar, ona görə də zə­hər­li maddələrlə, radioaktiv tozla, bakterial vasitələrlə tə­mas­dan son­ra xüsusi təmizlənməlidir. Kostyumu çıxararkən ça­lış­maq la­zımdır ki, dərinin açıq səthləri paltarın üst tərəfi ilə tə­mas­da olmasın.

Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə