Mm-dən mühazirələrin kanspekti



Yüklə 1,17 Mb.
səhifə64/79
tarix23.12.2023
ölçüsü1,17 Mb.
#157440
növüMühazirə
1   ...   60   61   62   63   64   65   66   67   ...   79
Mm-d n m hazir l rin kanspekti

Tibbi sarğı paketi. İPP-1 – tipli fərdi tibbi sarğı paketi (PPM) yaralara, yanıqlara aseptik sarğı qoyulması və bəzi qanaxmaların saxlanması üçün istifadə edilir. Qoyulmuş sarğı yara səthini (yanıq səthinin) ikincili infeksiyadan mühafizə edir və qanaxmanın dayandırılmasını tam təmin edir. Fərdi sarğı paketi hermetik qablaşdırılmış steril bint və 2 ədəd pambıq-tən­zif yastığından ibarətdir. Yastıqlardan biri bintin ucuna bər­ki­dil­mişdir, digəri isə hərəkətli olur. Belə quruluşa görə dəlib keçən zədələnmələrdə yaranın həm giriş, həm də çıxış dəliyini bağlamaq olur. Yastıqların üstü əllə götürmək üçün rəngli sap­lar­la işarələnir. İstifadə etmək ardıcıllığı: hermetik örtük üzə­rin­dəki xətt boyunca kəsilir və çıxarılır; bir əllə bint, digər əllə isə yastıq götürülüb içəri səthi ilə yaranın üzərinə qoyulur; bu za­man çalışmaq lazımdır ki, rəngli sap olan hissə üst tərəfdə qal­sın; daha sonra sarğı aparılır.
Fərdi sarğı paketi İPP AB-3 yaralara ilkin tibbi yar­dım məqsədilə sarğı qoymaq üçün istifadə edilir. 2 çoxqatlı yas­tıqdan və elastik bintdən (və ya tənzif bint) ibarətdir, yüngül polimer örtüklə qablaşıdırılmışdır. Yastığın 3 qatı var: atrav­ma­tik (tor formasında), sorbsiya edici (pambıq-viskoz liflər) və mü­hafizəedici (polipropilen parça). Atravmatik qat yara səthinə yapışmır və sarğı qoyan zaman ağrısız kənarlaşdırılır. Sorbsi­ya­edici qat yaradan axıntıları özünə hopdurur. Mühafizə qatı yaranın infeksiya ilə ağırlaşmasının qarşısını alır. Elastik bint sarğının etibarlı və stabil olmasını təmin edir. Paketin xarici ör­tü­yünün daxili səthi steril olduğu üçün hermetik sarğı qo­yu­l­ma­sı­na istifadə edilir.
Universal məişət apteçkası aşağıdakı vasitələrlə kom­p­lekt­ləşdirilir:
- radiomühafizə vasitəsi;
- ümumi terapevtik preparatlar (aspirin, sedalgin, am­mo­n­­yak, besalol, validol, nitroqliserin, papazol, diazolin, fe­na­ze­pam);
- antiseptik və sarğı vasitələri (brilliyant yaşılı, kalium per­­manqanat, levominol, pambıq, bakteresid plastır, bint).

Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə