Mm-dən mühazirələrin kanspekti


Kimyəvi izoləedici kostyum KİX-5T



Yüklə 1,17 Mb.
səhifə60/79
tarix23.12.2023
ölçüsü1,17 Mb.
#157440
növüMühazirə
1   ...   56   57   58   59   60   61   62   63   ...   79
Mm-d n m hazir l rin kanspekti

Kimyəvi izoləedici kostyum KİX-5T. Təyinatı: izolə­ed­i­ci kostyum KİX-5T qəza-xilastetmə işləri zamanı maye və qaz halında olan ammonyak və xlordan və digər aqressiv kim­yə­vi maddələrdən mühafizə üçün nəzərdə tutulmuşdur. Kos­tyum baş örtüyü olan kombinzondur, üz hissəsinə geniş mən­zə­rə­ni seyr edə bilmək üçün şüşə bərkidilmişdir, üç barmaqlı əl­cə­yi vardır. Kombinzonun şalvarının aşağı hissəsinə prorezin ma­terialdan ibarət olan bərkidici tikilmişdir. Kostyumun arxa­sın­da geyinə bilmək üçün vertikal dəliyi vardır və hermetik mol­niya ilə bağlanır. Kostyum xlor və ammonyaka davamlı pro­­rezin ma­terialdan hazırlanıb. Komplektə pambıq parçadan ha­zır­lan­mış əlcək daxildir. Kostyumu İP-4M (İP-4MK, İP-4MK-TK) izo­ləedici əleyhqazı ilə birlikdə istifadə edilir. Əley­hqaz kos­tyu­mun altından geyinilir. Kostyumun konstruksiyası im­kan ve­rir ki, bərpaedici patronun iş müddəti bitdikdə onu asanlıqla dəyişmək mümkün olsun.


Tibbi mühafizə vasitələri

Tibbi mühafizə vasitələri – insana fövqəladə halların zə­də­ləyici amillərinin təsirini zəiflədən və ya qarşısını alan tibbi preparatlar və ya maddələrdir. Onlar FH zamanı ilkin öz-özünə və qarşılıqlı tibbi yardım məqsədilə tətbiq edilir.


Fərdi tibbi mühafizə tabel vasitələri aşağıdakılardır:
- fərdi apteçka Aİ-2, Aİ-4;
- mühafizə qurğuları üçün kollektiv apteçka – 100-150 nə­fərlik və 400-600 nəfərlik;
- İPP – 11 tipli fərdi kimyəvi paket;
- İPP-1, PPİ AB-3 tipli fərdi sarğı paketi;
- P-10 profilaktik antidot;
- sanitar xərəkləri;
- xüsusi qablaşdırılmış sanitar çantası;
- «Kvars» tipli taun əleyhinə kostyum.
FH baş verən ocaqda aparılan tibbi tədbirlərə:
- tibbi kəşfiyyat;
- zərərçəkmişlərin axtarışı və xilas edilməsi, tibbi ka­te­qo­­ri­­yalara ayrılması;
- zədələnmişlərə və xəstələrə ilkin tibbi və həkim yardı­mı­nın göstərilməsi;
- tibb müəssisələrinə köçürülmə və müalicə aiddir.
Bilavasitə ocaqda zədələnmişlərə ilkin tibbi və həkim yar­dımı edilir, ocaqdan kənarda yerləşən tibb müəssisələrində isə ixtisaslaşdırılmış və təkmilləşdirilmiş tibbi yardım edilir.
İl­kin tibbi yardım zədələnmə ocağında xilasetmə dəstələri tə­rə­findən öz-özünə və qarşılıqlı edilir.
FH zonasında əhalinin kütləvi zədələnməsi zamanı tibbi xidmət dəstələrində aşağıdakılar təşkil olunur:
- daxil olan zədələnmişlərin qəbulu və tibbi çeşidlənməsi, əvvəlcədən tibbi yardım edilməmişlərə ilkin həkim yardımının edilməsi və təxirəsalınmaz ixtisaslanmış tibbi yardımın edil­mə­si;
- zədələnmişlərin müvəqqəti qospitalizasiyası və infek­sion xəstələrin və psixikası pozulmuş xəstələrin izolyasiyası;
- zədələnmişlərin tam sağalana qədər stasionar tipli müa­li­cə müəssisələrinə təxliyə edilməsi.

Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə