Mm-dən mühazirələrin kanspekti


Fərdi kimya əleyhinə paket (İPP-8)



Yüklə 1,17 Mb.
səhifə63/79
tarix23.12.2023
ölçüsü1,17 Mb.
#157440
növüMühazirə
1   ...   59   60   61   62   63   64   65   66   ...   79
Mm-d n m hazir l rin kanspekti

Fərdi kimya əleyhinə paket (İPP-8). Tərkibində içəri­sin­də polideqasiya məhlulu olan flakon və salfet komplekti var­dır. Paket 7 yaşından yuxarı yaşlı əhalinin dəri və onunla tə­mas­da olan səhələrin, fərdi mühafizə vasitələrinin ZM (zəhərli maddə) və BV (bakterial vasitə) təsirindən zərərsizləşdirilməsi üçün­dür. Məhlulun gözə düşməsinə yol vermək olmaz. Məh­lul­la apa­rılan zərərsizləşdirmənin ardıcıllığı belədir: məhlulla isla­dıl­mış tamponla dərinin açıq hissələri (boyun, əllərin biləkləri), həmçinin əleyhiqazın səthi silinir. Digər tamponla paltarın ya­xa­lığı və manjetlər, dərinin açıq sahələrinə təmas edən hissələri silinir. Dəri səthi radioaktiv maddələrlə təmasda olubsa və sa­bun və su ilə radioaktiv maddələrin təsirini yol verilə bilən həd­də qədər təmizləmək mümkün deyilsə, o zaman deqazasiya məh­lulu ilə təmizləmək lazımdır. Antidot P-10M fosfor üzvü birləşmələri ilə zəhərlənmə təhlükəsi zamanı profilaktik vasitə kimi istifadə olunur və birdəfəlik 2 tablet daxilə qəbul edilir. Mü­hafizə effekti 30 dəqiqədən sonra başlayır. Təsiretmə müd­də­­ti 24 saatdır. Təkrar yalnız 48 saatdan sonra qəbul etmək olar.
Fərdi kimya əleyhinə paket İPP-10 – dərinin açıq səth­lə­­­ri­nin hər hansı bir zəhərləyici maddə ilə dəri-rezorbtiv və ikin­cili in­halyasiya yolu ilə zədələnməsi zamanı profilaktika va­sitə­si­dir. Maye halındadır, çəkisi 250 qramdır, ikiqat mü­ha­fi­zə və təmizlənməni təmin edir.
Fərdi kimya əleyhinə paket İPP-11 – dərinin açıq səth­lə­­ri­nin damcı-maye halında hər hansı bir zəhərləyici maddə ilə və qəza-kimyəvi təhlükəli dəri-rezorbtiv və ikincili olaraq inha­l­ya­si­ya yolu ilə zədələnməsi zamanı profilaktika vasitəsidir. Bun­dan başqa həmin maddələri dəri və paltar üzərində, fərdi mü­ha­fi­zə vasitələrində deqazasiya məqsədilə tətbiq edirlər. Vax­tında də­ri üzərinə səpilərsə öz effektini 24 saata qədər sax­la­yır. Zə­də­lənmiş səthləri təmizlədikdən sonra tamponları at­maq olmaz, on­lar bir yerə yığıb yandırırlar və ya bu məqsəd üçün ayrılmış yerdə torpağa basdırırlar. Dərinin açıq səthlərinin de­qazasiyası üçün bir paket istifadə edilir.
Yeni funksiyaları: dəri örtüyünü tez və tam təmizləmək im­kanı; doza ilə istifadə etmək imkanı; əleyhqazın üz his­sə­si­nin altından üzü təmizləmək mümkündür; zəhərləyici mad­də­nin tamponla deqazasiyası; 6 saata qədər etibarlı mühafizə; bak­teresid təsir; xırda yara və kəsiklərin sağalması; termiki və kim­yəvi yanıqların müalicəsi. Tampon dərman maddəsi ilə hop­durulmuşdur. Paketin çəkisi-36 qramdır, bir dəfəlik va­si­tə­dir, tempratur intervalı -200°C ilə +400°C arasıdır.

Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə