Mm-dən mühazirələrin kanspekti



Yüklə 1,17 Mb.
səhifə62/79
tarix23.12.2023
ölçüsü1,17 Mb.
#157440
növüMühazirə
1   ...   58   59   60   61   62   63   64   65   ...   79
Mm-d n m hazir l rin kanspekti

Apteçka Aİ-4 – fərdi mühafizəyə yeni yanaşma vasi­tə­si­dir. Apteçka Aİ-4 müasir tələblərə cavab verməyən Aİ-2 ap­teç­kasının əvəzinə hazırlanmışdır. Apteçka Aİ-2 hazırda yarı boş hazırlanır, belə ki, daxilində ağrıkəsici, fosfor üzvi bir­ləş­mə­ləri ilə zəhərlənməyə qarşı vasitə və 1№-li radio mühafizə va­si­təsi – sistamin yoxdur. Apteçka Aİ-4 əhalini mühafizə et­mək üçün lazım olan bütün kompleksi əhatə edir. Yeni apteçka radiasiya maddələri ilə, bakterial vasitələrlə, fosforlu üzvi bir­ləş­mələrlə zəhərlənməyə qarşı və toksik maddələrə qarşı – on­la­rın təsirini azaldan və ya qarşısını alan, ilkin öz-özünə və qar­şılıqlı yardım üçün nəzərdə tutulmuşdur. Kütləvi qırğın si­lahı ilə zədənmə və yaralanma hallarında da öz-özünə və qar­şı­lıqlı yardım üçün nə­zərdə tutulub. Aİ-4 apteçkası bütün MM və FHN-nin dəs­tə­lə­rinin üzvlərinin, həmçinin, hərbi qüvvələrin və güc struk­tu­r­la­rının üzvlərinin sayına uyğun komp­lekt­ləş­di­ril­ir (2005-ci il­dən). Apteçka daha müasir və effektiv farmoloji preparatlarla təc­hiz olunmuşdur və bu günün tələblərinə cavab verir.
Aİ – 4 apteçkasına ağrıkəsici vasitələr (1№-li yuva, rəng­siz penal) daxildir.Sınıqlarda, geniş sahəli yaralarda və ya­nıq­lar­da istifadə edilir. Bir tablet daxilə qəbul edilir.
Toksik zəhərli maddələrlə zəhərlənməyə qarşı vasitələrə daxildir (2№-li yuva, sarı-yaşıl rəngli penal):
- tüstülü əraziyə, CO qazı inhalyasiyası riski olan sahəyə, ya­nan meşəyə daxil olan zaman, yanğın söndürülən və zə­rər­çək­mişlərin xilas edilməsi zamanı, əraziyə daxil olmamışdan 20-30 dəqiqə əvvəl 1 kapsula qəbul edilir;
- fosforlu üzvi maddələrlə zəhərlənməyə qarşı vasitə (3№-li yuva), qırmızı başlıqlı şpris-tyubik MM siqnalından son­­ra əzələdaxili yeridilir;
- radiomühafizə vasitəsi №1 (4№-li yuva, moruğu rəngli penal). Şüalanmadan 15-20 dəqiqə əvvəl qəbul edilir;
- radiomühafizə vasitəsi №2 (5№-li yuva, ağ rəngli pe­nal). Yaşlılar və uşaqların şüalanma təhlükəsi olduqda və şüa­lan­madan sonra keçən ilk 30 dəqiqə müddətində 1 tablet qəbul edilir. Sonradan radioaktiv çöküntülər əraziyə düşdükdən sonra gündə 1 tablet qəbul edilir, 2 yaşına qədər uşaqlar isə 1/3 tablet qəbul edir;
- bakteriya əleyhinə vasitə №1 (6№-li yuva, ağ rəngli pe­nal). Bakterial yoluxma təhlükəsi və ya yoluxma olduqda, həm­çi­nin, yaralanma və yanıqlar zamanı su ilə qəbul edilir. 8 ya­şı­na qədər uşaqlara vermək qadağandır. 8-12 yaşarası uşaqlara bir kapsula verilir;
- bakteriya əleyhinə vasitə №2 (7№-li yuva, rəngsiz penal). Şüalandıqdan sonra mədə-bağırsaq pozğunluğu yaranan zaman gündə 2 dəfə bir tablet daxilə qəbul edilir;
- fosforlu üzvi maddələrlə zəhərlənmələrə qarşı ehtiyat antidotu (8№-li yuva, antioksidant vasitə, qırmızı rəngli penal). MM siqnalından sonra qəbul edilir, 5-12 yaşarası uşaqlara 1 tab­let verilir.
- qusma əleyhinə vasitə (9№-li yuva, mavi rəngli penal) Şü­a­lanmadan dərhal sonra bir tablet qəbul edilir. 6 yaşından yu­xa­rı uşaqlar ½ tablet verilir.

Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə