Mm-dən mühazirələrin kanspekti


Qaz və tüstüdən mühafizə komplekti (QDZK)



Yüklə 1,17 Mb.
səhifə58/79
tarix23.12.2023
ölçüsü1,17 Mb.
#157440
növüMühazirə
1   ...   54   55   56   57   58   59   60   61   ...   79
Mm-d n m hazir l rin kanspekti

Qaz və tüstüdən mühafizə komplekti (QDZK). Sta­tis­ti­ka­nın nəticələrinə görə çoxlu sayda insan tələfatı ilə baş verən yan­ğınlar ən çox asan alışan materialların istifadə edildiyi otel­lər­də, teatrlarda, marketlərdə, restoranlarda, gecə klublarında, təh­sil müəssisələrində, müəssisələrdə baş verir. Həmin mə­ka­n­lar yanğın zamanı tez bir zamanda karbon qazı və digər toksiki qaz­lar ilə dolur. İnsanlar zəhərlənmədən ölür. Belə şəraitdə in­san­ları yanğın məkanından çıxaran zaman, onların tənəffüs üzv­lərini və gözlərini zəhərli qazlardan, başını yanğından mü­ha­fizə edən xüsusi vasitə QDZK hazırlanmışdır. Hə­min vasitə həm böyüklər, həm də 10 yaşından yuxarı uşaqlar üçün ya­rar­lı­dır. Kostyum odadavamlı başlıqdan və panoram pəncərədən iba­rətdir. Aşağı hissəsində elastik manjeti var. Başlığın daxi­lin­də nəfəs almaq üçün klapanı olan filtrasiya -sorbsiyaedici pat­ro­nu olan rezin yarımmaska var. QDZK-nın bir üstünlüyü də ondadır ki, başlıq hissəni nizamlamaq olar. Onu başa ge­yin­dik­də elastik manjeti dartıb boyun hissəsinə sıx yerləşdirilir, bu zaman uzun saçlar başlığın altına salınır, eynək varsa çıxarıl­mır. QDZK karbon oksiddən və sianiddən 15 dəqiqəyə qədər mühafizə edir. Çəkisi-800q-dır. Komplekt karton qutuda üçqat polietilen plyonkadan ibarət hermetik paketdə saxlanır.
Termokostyumlar. İzoləedici tipli termomühafizə kos­tyum­ları şəxsi heyətin dəri örtüyünü zədələnmə ocaqlarında qəza-xilasetmə tədbirləri zamanı yüksək temperaturun və açıq alovun təsirindən mühafizə edir. Kimyəvi zədələnmə ocağında və yanğın zamanı termomühafizə kostyumunu kimyəvi mü­ha­fi­zə kostyumunun üzərindən geyinirlər.
Kimyəvi izoləedici kostyumlar. Təbii fəlakətlər və texnogen qəzalar baş verdikdə ətrafa GTZM-nin yayılması za­ma­nı maye-damcı və qaz halında olan zəhərli maddələrdən mü­ha­fizə olunması üçün kimyəvi kəşfiyyat və xilasetmə işlərinə cəlb olunan şəxsi heyət tənəffüs üzvlərini və dəri örtüyünü mü­ha­fizə vasitələrindən istifadə edir. Mühafizə vasitələri 4 mü­ha­fi­zə səviyyəsinə bölünür:
«A» səviyyə – mühafizə dəsti təcridedici tipli tənəffüs apa­ratı və insanın bədənini ətraf mühitdən tam təcrid edən və daxildə izafi təzyiq saxlayan kimya əleyhinə skafandr-kos­tyum­dan ibarətdir Dəstin tərkibinə kimya əleyhinə daxili və xa­ri­ci əlcəklər, tərkibində metal material olan çəkmələr daxildir. Ha­vada kimyəvi zəhərləyici maddələrin növü məlum ol­ma­dıq­da və qatılığı yüksək dərəcədə olduqda (havada oksigenin miq­da­rı 18%-dən az olduqda), insan həyatı və ya sağlamlıq üçün təh­lükə yaranan zaman istifadə olunur.
«səviyyəli mühafizə dəstinin tərkib hissələri:
- sıxılmış hava aparatı (təcridedici əleyhqaz);
- tam təcridedici mühafizə skafandr-kostyumu;
- rezin mühafizə əlcəkləri (daxili və xarici əlcəklər);
- içərisində metal olan rezin mühafizə çəkməsi.
«B» səviyyəli mühafizə dəsti-tənəffüs üzvlərinin mühafi­zə dərəcəsi «A» səviyyəli mühafizə dəsti ilə eynidir. Kimya əley­hinə mühafizə kostyumunun tərkibinə daxili və xarici əl­cəklər, mühafizə çəkmələri daxildir. Skafandr-kostyum nəzərdə tutulmamışdır. Bu kostyumdan zəhərli maddələrin tipi və qa­tılığı məlum olduğu və dəri səthinin mühafizəsi «A» səviyyəli mü­­ha­fi­zə kostyumunun geyinilməsinə ehtiyac olmadığı hallar­da is­ti­fadə olunur. «C» səviyyəli mühafizə dəstində istifadə olu­nan də­ri səthinin mühafizə dərəcəsi ilə eynidir.
«C» səviyyəli mühafizə dəstinə daxildir:
- sıxılmış hava aparatı (təcridedici əleyhqaz);
- kombinzon formalı başlığı olan mühafizə kostyumu;
- rezin mühafizə əlcəkləri (daxili və xarici əlcəklər);
- poladdan burnu olan rezin mühafizə çəkmələri.
Havada olan zəhərli maddələrin qatılığı yüksək olduqda və əsasən, zərərsizləşdirmə proseslərinin həyata keçirilmə­sin­də istifadə olunur.

Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə