|
![](/i/favi32.png) Mm-dən mühazirələrin kanspekti«D» səviyyəli mühafizə dəsti -
|
səhifə | 59/79 | tarix | 23.12.2023 | ölçüsü | 1,17 Mb. | | #157440 | növü | Mühazirə |
| Mm-d n m hazir l rin kanspekti«D» səviyyəli mühafizə dəsti - «B» səviyyəli mühafizə dəsti ilə eynidir.
«E» səviyyəli mühafizə dəsti - qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılmasında şəxsi heyət üçün nəzərdə tutulmuş iş geyimi, istehsalat və müəssisələrdə iş vaxtı fəhlə və qulluqçuların istifadə etdikləri geyim formasıdır.
«D» səviyyəli mühafizə dəstinə:
- iş paltarı;
- dəmir pəncəli çəkmə;
- şlem;
- gözlərin mühafizəsi üçün eynəklər; əllərin mühafizəsi üçün əlcəklər;
- tənəffüs üzvlərinin mühafizəsi üçün respirator daxildir.
Kimyəvi izoləedici kostyum KİX-4M. Təyinatı: İzoləedici kostyum KİX-4M qəza-xilastetmə işləri zamanı maye və qaz halında olan ammonyak və xlordan mühafizə üçün nəzərdə tutulmuşdur.
Kostyum baş örtüyü olan kombinzondur, üz hissəsinə geniş mənzərəni seyr edə bilmək üçün şüşə bərkidilmişdir. Kombinezonun şalvarının aşağı hissəsinə prorezin materialdan ibarət olan bərkidici tikilmişdir. Kostyum xlor və ammonyaka davamlı prorezin materialdan hazırlanıb. Kostyumu digər mühafizə vasitələri, həmçinin KİP-8 izoləedici əleyhqazı ilə birlikdə istifadə etmək olar. Əleyhqaz kostyumun altından geyinilir.
Mühafizə müddəti müxtəlif hallarda dəyişkəndir;
- qaz halında xlora qarşı – 60 dəqiqə;
- qaz halında ammonyaka qarşı – 60 dəqiqə;
- maye halında xlor və ammonyaka qarşı – 2 dəqiqə;
- qaz halında olan asetonitril, hidrogen-florid, dimetilamin, akril turşusu nitrili, etilen oksidi, hidrogen-sulfidə qarşı – 60 dəqiqə;
- qatı mineral turşulara qarşı davamlılığı – 60 dəqiqə;
- açıq alova davamlılığı – 10 saniyə;
- orta ağırlıqlı işlər yerinə yetirilən zaman fasiləsiz olaraq qalma müddəti (izoləedici aparatla) – 250°C temperaturda 40 dəqiqə;
- 260°C-dən yuxarı tempraturda – 20 dəqiqə;
- istifadə edilə bilmə sayı – 5 dəfə.
Kimyəvi izoləedici kostyum KİX-4T. Təyinatı: izoləedici kostyum KİX-4T qəza-xilasetmə işləri zamanı maye və qaz halında olan ammonyak, xlor, azot oksidləri, hidrazin törəmələri və həmçini digər qatı mineral turşularından (kükürd, azot) mühafizə üçün nəzərdə tutulmuşdur. Kostyum baş örtüyü olan kombinzondur, üz hissəsinə geniş mənzərəni seyr edə bilmək üçün şüşə bərkidilmişdir. Kombinzonu geyinə bilmək üçün şaquli dəliyi vardır və hermetik molniya ilə bağlanır. Arxa tərəfinin iç divarına çiyin çantası bərkidilmişdir, ona tənəffüs sitemi üçün bolon yerləşdirilir. Kombinzonun qolları daxili sərt həlqəli rezin manjetlərlə bitir, onlara da rezin əlcəklər bərkidilir. Əlcəklər əlavə olaraq elastik rezin həlqələrlə fiksə edilir. Kombinzonun şalvarının aşağı hissəsinə sıx corablar tikilmişdir, onların üzərinə uzun boğaz çəkmə geyinilir. Kostyumun quruluşu onun rahat geyinilməsi və təhlükəsizliyini təmin edir, istifadə edən asanlıqla özü geyinib-soyuna bilir. Kostyum güclü təsirli zəhərləyici maddələrə qarşı davamlı, sarı, boz, narıncı rəngli prorezin materialdan hazırlanıb. Texniki xarakteristikası: kostyumun kütləsi (1-ci ölçü üçün) tənəffüs aparatı olmadan - 4 kq, 44 ölçülü çəkmənin kütləsi-2,3 kq. Paltar hermetikdir. Hermetikliyi xüsusi metodla yoxlanır. Mühafizə əmsalı 1000-dir. Paltarın və tikişlərinin yüksək konsentrasiya olunmuş qaz halında xlora olan mühafizə dayanıqlılığı-60 dəqiqədir. Paltarın xidmət müddəli 2 ildir, güclü təsirli zəhərli maddələrə qarşı 5dəfədən artıq istifadə etmək olmaz.
Dostları ilə paylaş: |
|
|