|
![](/i/favi32.png) Mm-dən mühazirələrin kanspekti
|
səhifə | 62/79 | tarix | 23.12.2023 | ölçüsü | 1,17 Mb. | | #157440 | növü | Mühazirə |
| Mm-d n m hazir l rin kanspektiApteçka Aİ-4 – fərdi mühafizəyə yeni yanaşma vasitəsidir. Apteçka Aİ-4 müasir tələblərə cavab verməyən Aİ-2 apteçkasının əvəzinə hazırlanmışdır. Apteçka Aİ-2 hazırda yarı boş hazırlanır, belə ki, daxilində ağrıkəsici, fosfor üzvi birləşmələri ilə zəhərlənməyə qarşı vasitə və 1№-li radio mühafizə vasitəsi – sistamin yoxdur. Apteçka Aİ-4 əhalini mühafizə etmək üçün lazım olan bütün kompleksi əhatə edir. Yeni apteçka radiasiya maddələri ilə, bakterial vasitələrlə, fosforlu üzvi birləşmələrlə zəhərlənməyə qarşı və toksik maddələrə qarşı – onların təsirini azaldan və ya qarşısını alan, ilkin öz-özünə və qarşılıqlı yardım üçün nəzərdə tutulmuşdur. Kütləvi qırğın silahı ilə zədənmə və yaralanma hallarında da öz-özünə və qarşılıqlı yardım üçün nəzərdə tutulub. Aİ-4 apteçkası bütün MM və FHN-nin dəstələrinin üzvlərinin, həmçinin, hərbi qüvvələrin və güc strukturlarının üzvlərinin sayına uyğun komplektləşdirilir (2005-ci ildən). Apteçka daha müasir və effektiv farmoloji preparatlarla təchiz olunmuşdur və bu günün tələblərinə cavab verir.
Aİ – 4 apteçkasına ağrıkəsici vasitələr (1№-li yuva, rəngsiz penal) daxildir.Sınıqlarda, geniş sahəli yaralarda və yanıqlarda istifadə edilir. Bir tablet daxilə qəbul edilir.
Toksik zəhərli maddələrlə zəhərlənməyə qarşı vasitələrə daxildir (2№-li yuva, sarı-yaşıl rəngli penal):
- tüstülü əraziyə, CO qazı inhalyasiyası riski olan sahəyə, yanan meşəyə daxil olan zaman, yanğın söndürülən və zərərçəkmişlərin xilas edilməsi zamanı, əraziyə daxil olmamışdan 20-30 dəqiqə əvvəl 1 kapsula qəbul edilir;
- fosforlu üzvi maddələrlə zəhərlənməyə qarşı vasitə (3№-li yuva), qırmızı başlıqlı şpris-tyubik MM siqnalından sonra əzələdaxili yeridilir;
- radiomühafizə vasitəsi №1 (4№-li yuva, moruğu rəngli penal). Şüalanmadan 15-20 dəqiqə əvvəl qəbul edilir;
- radiomühafizə vasitəsi №2 (5№-li yuva, ağ rəngli penal). Yaşlılar və uşaqların şüalanma təhlükəsi olduqda və şüalanmadan sonra keçən ilk 30 dəqiqə müddətində 1 tablet qəbul edilir. Sonradan radioaktiv çöküntülər əraziyə düşdükdən sonra gündə 1 tablet qəbul edilir, 2 yaşına qədər uşaqlar isə 1/3 tablet qəbul edir;
- bakteriya əleyhinə vasitə №1 (6№-li yuva, ağ rəngli penal). Bakterial yoluxma təhlükəsi və ya yoluxma olduqda, həmçinin, yaralanma və yanıqlar zamanı su ilə qəbul edilir. 8 yaşına qədər uşaqlara vermək qadağandır. 8-12 yaşarası uşaqlara bir kapsula verilir;
- bakteriya əleyhinə vasitə №2 (7№-li yuva, rəngsiz penal). Şüalandıqdan sonra mədə-bağırsaq pozğunluğu yaranan zaman gündə 2 dəfə bir tablet daxilə qəbul edilir;
- fosforlu üzvi maddələrlə zəhərlənmələrə qarşı ehtiyat antidotu (8№-li yuva, antioksidant vasitə, qırmızı rəngli penal). MM siqnalından sonra qəbul edilir, 5-12 yaşarası uşaqlara 1 tablet verilir.
- qusma əleyhinə vasitə (9№-li yuva, mavi rəngli penal) Şüalanmadan dərhal sonra bir tablet qəbul edilir. 6 yaşından yuxarı uşaqlar ½ tablet verilir.
Dostları ilə paylaş: |
|
|