|
Mm-dən mühazirələrin kanspektiİstehsalat binaların layihələndirilməsinə və tikilməsinə olan tələblər
|
səhifə | 70/79 | tarix | 23.12.2023 | ölçüsü | 1,17 Mb. | | #157440 | növü | Mühazirə |
| Mm-d n m hazir l rin kanspektiİstehsalat binaların layihələndirilməsinə və tikilməsinə olan tələblər:
- tikinti üçün yüksək möhkəmli, yüngül və odadavamlı materiallardan istifadə edilməlidir;
- çox mühüm istehsalat binaları böyük dərinlikdə və alçaq hündürlükdə, düzbucaqlı formada tikilməlidir;
- kimyəvi və radioaktiv zəhərlənmədən mühafizə üçün istehsalat binalarının kipləşdirilməsinin mümkünlüyü nəzərə alınmalıdır;
- bina daxilində yüngül, yanmayan, ya da çətin yanan konstruksiyalardan istifadə olunmalıdır;
- böyük binalar yanmayan divarlarla (brandmauerlərlə) seksiyalara bölünməlidir;
- sanitar təmizləmə üçün duş otaqlarının təşkilinin mümkünlüyü nəzərə alınmalıdır.
Qaz təchizatı sisteminə olan tələblər:
- qaz şəhərlərə və obyektlərə iki, bir-birindən asılı olmayan qaz kəmərləri vasitəsilə, iki qazpaylayıcı stansiyadan keçməklə verilməlidir;
- qazpaylayıcı stansiyalar şəhərdənkənar zonada (mümkün zəif dağılma zonasında), müxtəlif tərəflərdə yerləşdirilməlidir;
- magistral neft, qaz boru kəmərlərinin nasos və kompressor stansiyaları mümkün dağılma zonasının sərhədlərindən kənarda yerləşdirilməlidir;
- kateqoriyalı şəhərlərdə və obyektlərdə qaz xətləri dairələşdirilməli və yeraltı olmalıdır;
- xətlərdə ayırıcı qurğular tətbiq olunmalıdır;
- qaz kəmərlərində məsafədən idarə olunan bağlayıcı armaturlar və qaz kranları olmalıdır.
İstilik təchizatı sisteminə olan tələblər:
istilik təchizatı xətləri yeraltı (xüsusi kanallarda) olmalıdır;
istilik xətləri dairəvi olmalıdır;
istilik xətlərində bağlayıcı və tənzimləyici armaturlar (siyirtmələr, ventillər və s.) qoyulmalıdır;
bağlayıcı və tənzimləyici ventillər bina və qurğuların dağılmasında uçqunlar altında qala bilməsi, su ilə dolması istisna olunan yerlərdə düzəlmiş baxış quyularında yerləşdirilməlidir;
istilik xətləri istiliyi mühafizə qatına malik olmalıdır;
İO-nin qazanxanası ayrıca yerləşən tikilidə yerləşdirilməlidir.
qazanxana binasının örtüyü və arakəsmələri yüngül materialdan olmalıdır.
Dostları ilə paylaş: |
|
|