Mm-dən mühazirələrin kanspekti


Dəmir yolunun layihələndirilməsinə olan əsas tədbir­lər



Yüklə 1,17 Mb.
səhifə72/79
tarix23.12.2023
ölçüsü1,17 Mb.
#157440
növüMühazirə
1   ...   68   69   70   71   72   73   74   75   ...   79
Mm-d n m hazir l rin kanspekti

Dəmir yolunun layihələndirilməsinə olan əsas tədbir­lər:
- dəmir yolları və stansiyaları mümkün dağılma zona­la­rın­­dan kənarda tikilməlidir;
- zəif və mühüm əhəmiyyətli elementlər (avadanlıqlar) yer­­al­tı qurğularda yerləşdirilməlidir;
- dəmiryol qovşaqlarından aralı ehtiyat dəmir yolları ti­kil­mə­lidir;
- qovşaq stansiyaları sıradan çıxdıqda qatarlara qulluq və onların hərəkətini təmin etmək üçün qovşaqqabağı və sahə-aralıq stansiyaları hazırlanmalıdır;
- aralıq stansiyalarında yükləmə və yükboşaltma meydan­ça­ları hazırlanmalıdır;
- qatarların hərəkətini təmin edən qurğular üçün əvəzedici qurğular olmalıdır;
- səyyar ehtiyat enerji mənbələri yaradılmalıdır;
- dəmiryol stansiyalarında yanğınsöndürmə üçün su tu­tum­­ları təşkil edilməlidir;
- qatarlarin hərəkəti üçün digər yanacaq növlərinin isti­fa­də­si nəzərdə tutulmalıdır;
- xüsusi təmizləmə meydançaları hazırlanmalıdır.
Obyektlərin işinin dayanıqlığının təmin edilməsi təd­bir­lə­ri ilk növbədə fəhlə və qulluqçuların mühafizəsinə yönəldil­mə­li­dir.
Fəhlə və qulluqçuların mühafizəsi 3 əsas üsulla həyata ke­­çi­ri­lir:
- mühafizə qurğularında sığınma;
- köçürmə;
- FMV-lərdən istifadə.
Personalın mühafizə qurğularında yerləşdirilməsi ən əlve­riş­li üsul hesab olunur. Obyektin personalının mühafizəsi üçün hər bir obyektdə mühafizə qurğusu (qurğuların) olmalıdır.
FMV-dən istifadə etmədən zəhərlənmiş (kimyəvi, radio­ak­tiv, bakterioloji zəhərlənmə) ərazidə, kip olmayan otaqlarda fəaliyyət göstərmək qeyri-mümkündür və bu səbəbdən, per­so­na­lın FMV ilə təchiz olunması, onlardan istifadə qaydalarının personala öyrədilməsi mühafizə üçün vacib şərtlərdən biridir.
FH baş verə biləcək ərazilərdən personalın, əhalinin əv­vəl­­cədən təhlükəsiz rayonlara köçürülməsi daha əlverişli olub, itkiləri minimuma endirir.
Yuxarıda göstərilənlərdən bu nəticəyə gəlmək olar ki, fəh­lə və qulluqçuların etibarlı mühafizəsini təmin etmək üçün kon­kret şəraitdən asılı olaraq, hər 3 üsulun birgə tətbiqi daha effektiv nəticə verir.

.



Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə