Mm-dən mühazirələrin kanspekti


Mühazirə 14. FH baş vermiş ərazilərdə rabitə və



Yüklə 1,17 Mb.
səhifə73/79
tarix23.12.2023
ölçüsü1,17 Mb.
#157440
növüMühazirə
1   ...   69   70   71   72   73   74   75   76   ...   79
Mm-d n m hazir l rin kanspekti

Mühazirə 14. FH baş vermiş ərazilərdə rabitə və
xəbərdarlığın təşkili

Fövqəladə halın hansı mənşəli olduğundan asılı ol­ma­ya­raq MM qüvvələrinin zədələnmə zonasında xilasetmə işlərini düzgün təşkil etməsi üçün aydındır ki, fəlakət zonasında baş verən bütün hadisələr haqqında məlumatlar düzgün olmalı, həm­çinin əhalinin vaxtında xəbərdar edilməsi üçün rabitə xid­mə­ti mükəmməl təşkil edilməlıdır.


Rabitə - idarəetmə sis­te­mi­nin tərkib hissəsidir və onun əsas vasitələrindən biridir. Rabitə olmadan fasiləsiz və çevik ida­rəetmə mümkün deyil.
MM-nin rabitə sistemi mövcüd olan bütün rabitə qüv­və­lə­ri və vasitələrinin, o cümlədən də obyektdaxili rabitə şə­bə­kə­si­nin vahid təşkilati-texniki birliyinə deyilir. Belə sistem ümum­dövlət və sahə rabitə xətlərindən, radio, radio-rele və məf­tilli rabitə qovşaqlarından və stansiyalarından, eləcə də MM qə­rar­gah­larının tabelli texniki rabitə avadanlığından, səy­yar və siq­nal vasitələrindən istifadə edilməklə yaradılır. Ra­­bitə - yuxarı təşkilatın rəhbəri, tabelikdəki qüvvələr və qoşunlar, həmçinin qarşılıqlı fəaliyyət göstərən orqan və qüvvələr arasında təşkil edilir.
Rabitə - sistemi işə daim hazır vəziyyətdə saxlanmalı, in­formasiyanın etibarlı surətdə fasiləsiz, dəqiq və tez çat­dı­rıl­ma­sına imkan verməlidir. Buna nail olmaq üçün idarəetmə mən­təqələrində rabitə qovşaqlarını əvvəlcədən yaratmaq, bütün ra­bitə vasitələrindən kompleks halda istifadə etmək, eləcə də ra­bitə vasitələrinin ehtiyatlarını yaratmaq lazımdır. Rabitənin təş­ki­li üçün radio-telefon (məftilli rabitə), səyyar və siqnalla ra­bi­tə vasitələrindən istifadə olunur. Bunlara rabitənin növləri de­yi­lir.
Səyyar rabitə vasitələri xüsusən xilasetmə işləri aparılan vaxt cürbəcür operativ sənədləri, şifahi sərəncamları, məlumat və xəbərləri icraçılara, eləcə də yuxarı qərargahlara çatdırmaq üçündür. Səyyar rabitə vasitəsi kimi təyyarələrdən, helikop­ter­lər­dən, avtomobillərdən və digər nəqliyyat vasitələrindən, bir sı­ra hallarda isə hətta piyadalardan da istifadə edilə bilər.
Siqnalla rabitə vasitələrindən – əhalini xəbərdar etmək, ha­belə göstəriş və siqnalları təkrar vermək məqsədilə istifadə olu­nur. Siqnal vasitələri elektrik və əl sirenalarından, siqnal ra­k­etlərindən, yeni işıq və səs siqnalı verən vasitələrdən ibarətdir. Xəbərdarlıq sistemi dedikdə, MM orqanların əhaliyə siqnal və göstərişləri çatdıran üsul və vasitələrin vahid sistemi nə­zərdə tutulur. Bu sistemə mərkəzləşdirilmiş xəbərdarlıq apa­rat­ları, radio-yayım (translyasiya) şəbəkəsi və sirenalar da­xil­dir. Sistemin əsas vəzifəsi MM-in rəhbər heyətinə, qərargahlar və xidmətlərə idarəetmə orqanlarını, MM qüvvələrini, ob­yekt­lə­ri müxtəlif hazırlıq səviyyələrinə keçirmək haqqında sə­rən­cam­ları vermək, eləcə də bütün əhaliyə düşmən hücumu təh­lü­kə­si, yaxud havadan basqın, zəhərlənmə, təbii fəlakət və qə­za­lar barədə siqnalları, xəbər və məlumatları qısa müddətdə çat­dı­rmaqdır.
Xəbərdarlıq müvafiq MM rəhbərinin, yaxud yuxarı qə­rar­gahın göstərişlərinə əsasən təşkil edilir. Xəbərdarlıq siqnalları bü­tün rabitə və yayım vasitələri ilə növbədənkənar verilir və yerli MM qərargahları tərəfindən təkrar etdirilir. Ra­bi­təni və xəbərdarlığı bilavasitə təşkil etmək və həyata keçirməkdən ötrü şə­hərlərdə (rayonlarda, obyektlərdə) sülh dövründə mövcud olan müvafiq qüvvə və vasitələrdən istifadə etməklə rabitə xid­mə­ti və hərbiləşməmiş rabitə dəstələri yaradılır. Xidmətin rəisi və­zifəsinə xidmət yaradılan müəssisənin, bölmənin (rabitə qov­şa­ğı, telefon stansiyası və s.) rəhbəri təyin olunur. Belə xidmət yaratmaq üçün baza (rabitə qovşağı, telefon stansiyası və s.) ol­mayan obyektlərdə rabitə və xəbərdarlığın təşkili vəzifəsi MM qərargahı rəisinin köməkçilərindən birinə həvalə edilə bi­lər. Xid­mətin rəisi rabitə və xəbərdarlıq üzrə tədbirlərin plan­laş­dı­rıl­ması, vaxtında həyata keçirilməsi, qüvvə və vasitələrin daim ha­zır vəziyyətdə saxlanması, avadanlığın təmir olunması üçün ca­vabdehdir.
AR ərazisində FH baş verərsə əhalinin təhlükə barədə xə­bər­dar edilməsi üçün şərti siqnal vasitəsi elektrik sirenaları möv­cuddur. Onlar şəhərlərin, yaşayış məntəqələrinin əra­zi­sin­də elə yerləşdirilir ki, mümkün qədər hər tərəfə səsin yayılması tə­min olunsun. Bu məqsədlə C-40 sirenalarından istifadə olu­nur; onlar səsi şəhərdə 300-400 metr radiusda yayır. Adətən, elektrosirena şəbəkəsi bir mərkəzdən idarə olunur. Ev­dən kə­nar­da insanları xəbərdar edən digər effektiv sistem küçə səs­güc­ləndiriciləri şəbəkəsidir. Onlar şəhər və yaşayış mən­tə­qə­lə­ri­nin radiotranslyasiya şəbəkəsinin əsas komponenti olub əha­li­nin xəbərdar edilməsinin vacib elementidir.
Təc­rübədən məlumdur ki, əhalinin hamısının tam xə­bər­dar edilməsi mümkün deyil. Həmçinin, xəbərdarlıq vasi­təlirinin təh­lükə barədə verdiyi siqnalları əhalinin adekvat qəbul etməsi və verilmiş məlumata uyğun olaraq sonrakı davranış qay­da­la­rı­na əməl etməsinə əmin olmaq mümkün deyil. Bundan ötrü əha­li­nin verilmiş xəbərdarlıq siqnallarını tanıması və onlara uyğun hə­rəkət etməsi üçün maarifləndirilməsi lazımdır.
Əha­linin xəbərdar edilməsinin tam təmin olunması üçün siqnallar dəfələrlə təkrar olunmalıdır və bütün xəbərdarlıq va­si­tələrindən istifadə edilməlidir. Bu zaman nəzərə almaq lazımdır ki, günün hansı vaxtından asılı olaraq müxtəlif xəbərdarlıq va­si­tə­lərinin effektivliyi dəyişir. Gecə vaxtı elektrik siqnalları və küçə gücləndiriciləri, axşam vaxtı televiziya yayımı, gündüz elektrik siqnalları, küçə gücləndiriciləri və radio yayımı şəbə­kəsi daha effektlidir.
Əhalinin xəbərdar edilməsi və məlumatlandırılması üçün FH zamanı bütün yayım növlərindən (kabel, radio və televiziya yayımı) istifadə olunur, yanaşı olaraq teleyayım səs siq­nal­la­rı ilə müşayiət olunur.
Xəbərdarlıq siqnalları və mətnlər əvvəlcədən yazılır və ida­rəetmə orqanlarında saxlanılır. Bəzən FH zamanı «canlı ya­yım» idarəetmə orqanlarından birbaşa aparılır. İri müəs­si­sə­lərin ra­bitə qovşaqlarında, adətən, istehsalat avtomat-telefon stan­si­ya­sı (İATS), radioyayım qovşağı, texnoloji rabitə xətləri (sex­lər­lə, şöbələrlə dispetçer rabitəsi) olur.
Obyektlərin idarəetmə məntəqələrindəki rabitə qov­şa­ğın­da isə kommutator (telefon stansiyası), radiorabitə vasitələri (əsa­sən, ultraqısadalğa radiostansiyaları), siqnal vasitələri, va­cib obyektlərdə isə həmçinin son blok xəbərdarlıq aparatı ol­ma­lıdır. Obyektlərdə məftilli rabitə – rayonun (şəhərin) na­zir­li­yin (yuxarı idarənin) rəhbərliyi ilə, ob­yektin sığınacaqları, mü­şahidə postu, öz iş yerlərindəki sex və şöbə rəisləri və ob­yek­tin MM xidmətləri ilə əlaqə saxlamaq üçündür.

Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə