|
Mm-dən mühazirələrin kanspektiElektrik təchizatı sisteminə olan əsas tələblər
|
səhifə | 69/79 | tarix | 23.12.2023 | ölçüsü | 1,17 Mb. | | #157440 | növü | Mühazirə |
| Mm-d n m hazir l rin kanspektiElektrik təchizatı sisteminə olan əsas tələblər:
elektrik təchizatı sistemi elə təşkil olunmalıdır ki, ayrı-ayrı qidalanma mənbələri sıradan çıxdıqda belə, istehlakçının elektrik təchizatı davam etməlidir, əvəzedici qidalanma mənbələri olmalıdır;
obyektlərdə ehtiyat elektrik enerjisi mənbəyi yaradılmalıdır;
elektrik enerjisi sahələri bir-birindən asılı olmayan kabellər vasitəsilə ötürülməlidir;
elektrik enerjisi ilə qidalanmada “dairələşdirmə” prinsipi tətbiq olunmalıdır;
elektrik xətləri mümkün dağılma zonalarından kənarda yerləşdirilməlidir;
obyektin ərazisində elektrik xətləri yeraltı olmalıdır;
ötürücü elektrik xətləri müxtəlif istiqamətlər üzrə yerləşdirilməli, dairələşdirilməli və bir neçə elektrik mənbəyinə birləşdirilməlidir;
elektrik enerjisi sisteminin idarə olunması üçün ayrı-ayrı şəhərdənkənar dispetçer məntəqələri yaradılmalıdır;
yüksək gərginlikli tranzit elektrik xətləri, yarımstansiyalar, dispetçer məntəqələri güclü dağılma zonalarından kənarda olmalıdır;
güclü 600 MVt və daha çox olan istilik elektrik stansiyaları bir-birindən və kateqoriyalı şəhərlərdən mümkün güclü dağılma zonasının radiusunun iki misli məsafəsində yerləşdirilməlidir;
mühafizə üsullarından və qurğularından, avtomat sistemlərdən istifadə olunmalıdır;
mümkün güclü dağılma zonasından kənarda – mümkün zəif dağılma zonasında yerləşdirilir: yüksək gərginlikli ötürücü xətlər, elektrik qovşağı yarımstansiyaları, magistral neft-qaz kəmərlərinin nasos və kompressor stansiyalarının elektrik təchizatı üçün yarımstansiyalar.
Su təchizatı sisteminə olan əsas tələblər:
- qidalanma şəhərin iki magistral su xəttindən (iki su mənbəyindən) həyata keçirilməlidir və onlardan biri yeraltı olmalıdır;
- bir mənbədən qidalandıqda iki nasos stansiyası (təmizləyici qurğu, su ehtiyatı olan rezervuarlarla birlikdə) olmalıdır və nasos stansiyalarından biri ehtimal olunan dağılma zonasından kənarda yerləşdirilməlidir;
- artezian su quyuları və ehtiyat su hovuzları yaradılmalıdır;
- bir neçə su borusu xətti olmalıdır;
- su xətləri dairəvi sxem üzrə olmalıdır;
- su xətləri (boruları) yeraltı olmalıdır;
- avtomat sistemlər tətbiq olunmalıdır;
- su hidratları, bağlayıcı qurğular elə yerləşdirilməlidir ki, bina və qurğuların dağılmasında üçqunlar altında qalmasınlar (açıq yerlərdə yerləşdirilməlidir);
- bir nəfər üçün su norması 50 litr/gün miqdarında hesablanmalıdır;
- sənaye və içməli su boruları arasında sanitar qaydalara əməl etməklə, birləşdirici qurğular tətbiq edilməlidir;
- işlənmiş suyun təkrar istifadəsi planlaşdırılmalıdır;
- təzə su kəmərləri çəkildikdə, köhnə su kəmərləri ehtiyat kəmərləri kimi saxlanmalıdır və s.
Dostları ilə paylaş: |
|
|