|
Mm-dən mühazirələrin kanspekti
|
səhifə | 66/79 | tarix | 23.12.2023 | ölçüsü | 1,17 Mb. | | #157440 | növü | Mühazirə |
| Mm-d n m hazir l rin kanspektiTəhlükəsiz zona – düşmən basqını gözlənilən dərəcəli şəhərlərin və əlahiddə obyektlərin ətrafında ehtimal olunan dağıntı zonalarından və digər təhlükəli rayonlardan kənarda əhalinin qəbul edilməsi, yerləşdirilməsi və yaşaması üçün yararlı olan ərazidir.
Təhlükəsiz zona aşağıdakı şərtləri təmin etməlidir:
- müasir qırğın silahlarının təsirindən və dağıntılardan əhalinin etibarlı mühafizəsi;
- müəssisələrin iş növbələrindəki işçilərin təhlükəsiz zonadan obyektə minimal vaxt sərf etməklə gətirilməsi;
- MM qüvvələrinin zədələnmə ocağına yeridilməsi üçün əlverişli şəraitdə qruplaşdırılması;
- lazımi sanitariya-gigiyena şəraiti.
Köçürüləcək əhalinin təhlükəsiz zonada yerləşdiriləcəyi rayonların və yaşayış məntəqələrinin müəyyən edilməsi, hazırlanması və təşkil edilməsi işləri əvvəlcədən, hələ sülh dövründə başlanılır, fövqəladə hallar təhlükəsi yaranan dövrdə tam sürətlə başa çatdırılır. Bu məqsədlə:
- nəqliyyat yolları təkmilləşdirilir və qaydaya salınır;
- mövcud olan rabitə sistemi inkişaf etdirilir;
- mənzil fondu, tibbi komunal, ticarət müəssələri köçürülüb gətirilən əhalinin yerləşməsi və ona xidmət göstərilməsinə hazırlanır;
- əlavə su təchizatı mənbələrinin, digər mühəndis texniki tədbirlərinin yerinə yetirilməsi işləri təşkil edilir.
Əhalinin köçürülməsi istehsalat - ərazi prinsipi üzrə təşkil edilir.
İstehsalat prinsipi – fəhlələrin, qulluqçuların, digər işçilərin və onların ailə üzvlərinin, ali və orta ixtisas məktəbləri tələbələrinin, texniki peşə məktəbi şagirdlərinin obyektlər üzrə təhlükəli rayonlardan çıxarılıb təhlükəsiz zonada yerləşdirilməsini nəzərdə tutur. Belə hallarda, təhlükəli rayonlarda fəaliyyətini davam etdirən obyektlərin işçiləri təhlükəsiz rayonlara çıxarılıb yerləşdiriləndən sonra növbələr üzrə mütəşəkkil olaraq öz iş yerlərinə gətirilir və iş növbəsindən sonra yenidən köçürüldüyü rayona aparılırlar.
Qalan əhali isə ərazi prinsipi üzrə - yaşayış yerlərindən köçürülür.Yaranmış vəziyyətdən asılı olaraq əhali bütünlüklə (ümumi köçürmə), yaxud qismən köçürülə bilər. Ümumi köçürmə hallarında, səfərbərlik vəsiqəsi olan şəxslərdən (onlar hərbi komissarlığa getməlidirlər), eləcə də köçürülməsi qeyri-mümkün sayılan xəstələrdən və onlara xidmət edən tibbi heyətdən başqa, bütün əhali köçürülür. Qismən köçürmə zamanı isə əmək qabiliyyəti olmayan, habelə istehsalat və xidmət sahələrində işləməyən əhali köçürülür.
Əhalini köçürməyin əsas üsulu kombinasiyalı üsuldur, bu zaman adamların əksəriyyəti piyada, bir qismi isə əldə olan bütün nəqliyyat vasitələrində təhlükəli zonadan dərhal çıxarılır. Nəqliyyat vasitələrində şəhərdə işini davam etdirən obyektlərin fəhlə və qulluqçuları, şəhərdən piyada çıxmağa qabil olmayan əhali (xəstələr, 10 yaşadək uşağı olan qadınlar və s.) həmçinin MM dəstələrinin bir qismi daşınır. Qalan əhali şəhərdən piyada çıxarılır.
Fövqəladə halın inkişafından, fövqəladə hal zonasından çıxarılan əhalinin sayından asılı olaraq təxliyə variantlarına görə lokal, yerli və regional olur.
Lokal təxliyə - FH mənbəyinin zədə faktorlarının mümkün təsir zonası ayrı-ayrı şəhər mikrorayonları və ya kənd yaşayış məntəqələri hüdudları ilə məhdudlaşdıqda və təxliyə edilən əhalinin sayı bir neçə min insanla ölçüldükdə keçirilir. Bu halda təxliyə edilən əhali adətən fövqəladə hal zonasına yaxın olan, lakin zədələnməyən yaşayış məntəqələrində təşkil edilmiş müvəqqəti yerləşdirmə məntəqələrində yerləşdirilir.
Yerli təxliyə - orta saylı şəhərlər, iri şəhərlərin ayrı-ayrı rayonları və kənd rayonları fövqəladə hal zonası təsiri altına düşdükdə keçirilir. Bu zaman təxliyə edilən və təhlükəsiz rayonlarda yerləşdirilən əhalinin sayı bir neçə mindən on minlərlə insan təşkil edə bilər.
Dostları ilə paylaş: |
|
|