Mm-dən mühazirələrin kanspekti



Yüklə 1,17 Mb.
səhifə74/79
tarix23.12.2023
ölçüsü1,17 Mb.
#157440
növüMühazirə
1   ...   71   72   73   74   75   76   77   78   79
Mm-d n m hazir l rin kanspekti

Radiorabitəobyektdə, adətən MM rəhbərinin radio­şə­bə­kəsi təşkil edilir, buraya dəstə komandirlərinin radio­stan­si­ya­ları qoşulur. Radiorabitədən, xüsusən, yürüş zamanı və zə­də­lən­mə ocaqlarında xilasetmə işləri aparılarkən istifadə olunur.
Səyyar rabitədən – texniki rabitə avadanlıqları olan əsas istiqamətlərdə əlavə vasitələr kimi, belə avadanlıq olmayan hal­larda – əsas rabitə növü kimi istifadə edilir.
Siqnalla rabitə vasitələri – sirenalar, siqnal raketləri, həm də MM-nin sərəncam və komandalarını çatdırmaqdan ötrü yardımçı vasitələr kimi işlədilir. Xəbərdarlıq siqnalları respublika MM idarəsi tərəfindən ve­rilib regional şöbələrə, şəhərlərə və rayon mərkəzlərinə çat­dı­rılması üçündür. Belə siqnallar məlumat və xəbərlər şəhər, ra­yon və obyekt MM qərargahlarının tərəfindən də verilə bilər. B­irinci halda – respublika MM idarəsindən, yaxud onun re­gi­o­nal şöbələrindən, rayon mərkəzlərinə çatdırılan siqnallar yerli qərargah tərəfindən təkrar olunmalı, ərazidəki bütün obyektlər və əhali xəbərdar edilməlidir.Rəhbər-heyət iş və mənzillərdəki telefon vasitasilə xəbərdar edilir.
Əhaliyə siqnal, xəbər və məlumatlar iş və yaşayış yer­lə­rin­dən müvafiq MM rəhbərləri tərəfindən, eləcə də yerli ra­di­o­ya­yım şəbəkəsi ilə çatdırılır. İstehsal, sosial və digər təşkilat­la­rın rəhbərlərinə rayonun, bir sıra hallarda isə paralel nazirliyin MM qərargahları xəbər verir. Obyektlərdə isə öz növbəsində əvvəlcədən avadanlıqla təchiz edilmiş xəbərdarlıq sistemi ya­ra­dalır, eləcə də rabitə və xəbərdarlıq sxemi tərtib edilir. Siq­nal və sərəncamları tez çatdırmaq üçün vacib obyektləri MM mərkəzləşdirilmiş avtomat xəbərdarlıq sisteminə qoşurlar. Belə sistem obyektin özündə də yaradıla bilər.
Mərkəzləşdirilmiş avtomat xəbərdarlıq sisteminin tərkibi S-40 və S-28 elektrik sirenalarından məsafədən idarəetmə və məcburi çağırış aparaturundan (MN-MÇA) və rabitə xət­lə­rin­dən (kanallarından) ibarətdir. S-40 elektrik sirenası küçələrdə qo­yulmaq üçündür, səsi 300-700 metrdən eşidilir. S-28 sirenası isə sənaye müəssisələrinin səs-küylü sexlərində qoşulur. Mə­sa­fə­dən idarəetmə və məcburi çağırış P-160 aparatı elektrik si­re­na­larının mərkəzdən işə qoşulmasını, xəbərdarlıq siqnalları ver­­mək üçün radioyayım qovşağı proqramının məsafədən məc­bu­ri surətdə dəyişdirilməsini, eləcə də rəhbər heyətin iş və mən­zil telefonlarına çağırış siqnallarının məcburən verilməsini təmin edir.
Beləliklə, bütün bu vasitələrdən istifadə rayonlarda, ob­yekt­lərdə təhlükə yaranması barədə «Hamının diqqətinə!» xə­bər­darlıq siqnalını əhaliyə çatdırmağın vahid sistemi yaradılır. Təbii fəlakət və qəza baş verən, yaxud, belə təhlükə yaranan hal­larda, habelə düşmən basqını barədə əhalini xəbərdarlığın əsas üsulu radio və televiziya vasitəsilə şifahi xəbərlərin ve­ril­mə­sidir. Belə xəbərlərdən əvvəl hökmən «Hamının diqqətinə!» siqnalı elan edilməlidir. Əldə olan xəbərvermə vasitələrindən – elektrik və əl sirenalarından, yaxud bu siqnallar yazılmış maq­ni­to­fon lentindən istifadə etməklə, eləcə də «Hava həyəcanı», «Hava həyəcanı qurtardı», «Kimya həyəcanı», «Radiasiya təh­lü­kə­si», həmçinin müxtəlif təbii fəlakət və istehsalat qəzaları ba­rədə xəbərlərin məzmununu dinləyicilərə çatdırır, belə hal­larda əsas davranış qaydalarına riayət olunmalıdir.
Təhlükə potensiallı obyektlər yerləşən sahələrdə isə, həm­çinin lokal (məhəlli) xəbərdarlıq sistemi də yaradılmalıdır. Bu sistem obyektlərin və ərazinin vahid bir struktura bir­ləş­di­ril­miş xəbərdarlıq vasitələrindən ibarətdir. Məqsədi – föv­qə­la­də hallar yarandığı barədə həmin obyektin işçilərini, habelə eh­ti­mal olunan zəhərlənmə, yaxud fəlakətli subasma zonalarında yerləşən müəssisələrin, idarə və təşkilatların rəhbərlərini, eləcə də əhalini vaxtında xəbərdar etməkdir.
Təhlükə barədə siqnal və məlumatlar obyektin radio­ya­yım qovşağından ya bilavasitə, ya da şəhərin (rayonun) mər­kə­zi radioyayım qovşağı vasitəsilə verilə bilər. Güclü qəzalar za­ma­nı şəhərin lokal xəbərdarlıq sistemi ilə əhatə olunmamış ra­yon­larda əhalini xəbərdar etmək və onların zəhərli zonaya gir­mə­sinin qarşısını almaq məqsədilə səsucaldan səyyar va­si­tə­lər­dən də istifadə etmək mümkündür. Vəzifəli şəxslərə isə ope­ra­tiv məlumatları obyektin və şəhərin avtomat-telefon stan­si­yala­rın­da quraşdırılmış məcburi çağırış telefon dayağı vasitəsilə çat­dırmaq daha məqsədəuyğundur.
Lokal xəbərdarlıq sistemindən istifadə qaydası belədir: «Kimyəvi təhlükəli obyektdə güclü, təsirli, zəhərli maddələrin ətrafa yayılması ilə baş verən qəza hallarında növbətçi dis­pet­çe­rin fəaliyyət qaydası haqqında birtipli təlimat» mövcuddur. Bu sənədə görə, belə obyektlərdə fövqəladə hallar yaranarkən müəssisənin növbətçi dispetçeri obyektdəki bütün işçilərə, həm­çinin 2.5 km-dək radiusda yerləşən digər müəssisələrin, idarə və təşkilatların rəhbərlərinə, eləcə də əhaliyə xəbər ver­mək üçün müstəqil olaraq qərara gəlmək səlahiyyətinə ma­lik­dir. Deməli, o, belə hallarda heç bir əlavə göstəriş gözləmədən müəssisənin rəhbərliyinə, işçilərinə, qəza xidmətlərinin (qaz­dan xilasetmə, yanğınsöndürmə, tibb xidmətləri növbətçilərinə MM qüvvələrinə, digər idarə və təşkilatların rəhbərlərinə yerli hökumət orqanlarına, şəhərin (rayonun) fövqəladə hallar ko­mis­siyası və MM qərargahlarının növbətçisinə, habelə əhaliyə xəbər verməlidir.
MM qərargahı əvvəlcədən yazılmış siqnalı və xəbərlərin mətnlərini texniki vasitələrlə elan edərək, bundan sonrakı dav­ra­nışı nizama salır.

Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə