Mm-dən mühazirələrin kanspekti


Təhlükəli ekstremal vəziyyətlərdə insanların halının, davranış və fəaliyyətinin xüsusiyyətləri



Yüklə 1,17 Mb.
səhifə77/79
tarix23.12.2023
ölçüsü1,17 Mb.
#157440
növüMühazirə
1   ...   71   72   73   74   75   76   77   78   79
Mm-d n m hazir l rin kanspekti

Təhlükəli ekstremal vəziyyətlərdə insanların halının, davranış və fəaliyyətinin xüsusiyyətləri. Təhlükəli ekstremal vəziyyətlərdə (təbii fəlakət, tex­no­gen qəzalar və terror aktları) insanların halı, davranış və fəa­liy­yəti son illər dünya alimlərini və ixtisadçıları ciddi surətdə narahat edir. Lakin bu günədək təd­qi­qatçıların diqqəti əsasən bu kimi ha­di­sə­lərin nəticələrinin - tibbi-psixoloji, iqtisadi, sosial-siyasi və s. öyrənilməsinə yönəl­dil­mişdir. Etiraf etmək lazımdır ki, müx­tə­lif ekstremal amil­lə­rin, xilasetmə və terrora qarşı əmə­liy­yat­la­rın xüsusiyyətlərinin təsiri haqda xeyli biliklərin olmasına bax­mayaraq, problemin bir sıra aspektləri, xüsusilə də zə­rər­çə­kən­lərin və girov sax­la­nı­lan­ların vəziyyəti və davranışının di­na­mikası bu günədək ən az öyrənilən sahələrdəndir. Bununla be­lə məhz zərərçəkənlərin re­ak­siyalarının spesifikası, eləcə də on­la­rın zaman ötdükcə dina­mi­kası bir çox hallarda terrora qarşı əmə­liyyatların, xilasetmə, tibbi və tibbipsixoloji tədbirlərin həm fövqəladə hal baş ver­dik­də, həm də sonrakı dövrdə stra­te­gi­ya və taktikasını müəyyən edir.
Qeyd olunanlara əsaslanaraq müxtəlif ekstremal şərai­t­lər­də xilasedicilərin və həmçinin mülki şəxslərin psixoloji cə­hət­dən daha çox hansı hadisələrdə zərər çəkməsini nəzərdən keçi­rək.
İlk növbədə insanların psixoloji durumunu tam şəkildə zədələyən yanğınlar haqqınında danışaq. Yanğın şəraitinin əsas psixoloji əhəmiyyət kəsb edən xüsusiyyətlərinə aşağıdakıları aid etmək olar:
- yanğın baş vermiş obyektin ictimai, dövlət əhəmiy­yə­ti­nin mövcudluğu;
- yanğının inkişafetmə miqyası və dinamikası;
- yanğının təhlükəli amillərindən insanların həyat və sağ­lam­lığına, heyvanlara təhlükə yaranmasının mövcudluğu;
- yanğında döyüş hərəkətlərinin yerinə yetirilməsi üçün qüv­və və vasitələrin mövcudluğu və onların vəziyyəti;
- yanğında döyüş hərəkətlərinin yerinə yetirilməsi mü­rək­kəbliyi;
- yanğının təhlükəli amillərin təsiri;
- yanğınsöndürmə iştirakçılarının həyatına və sağ­lam­lı­ğı­na təhlükənin mövcudluğu və s.
Belə əhəmiyyətlərin müxtəlifliyi, xarici psixoloji amil­lə­rin mürəkkəbliyi yanğından mühafizənin idarəetmə or­qan­la­rı­nın əməkdaşlarında daxili səfərbərlik, çalışqanlıq, fəallıq, qə­tiy­yətlik, əzmlik və mətanətlik keyfiyyətlərinin müxtəlif for­ma­lar­da yaranmasına səbəb olur. Yanğının söndürülməsinin pe­şə­kar əhəmiyyətli amilləri həm xarakteri üzrə, həm də insanlara psixoloji təsiri üzrə olduqca müxtəlif, səciyyəvi, dəyişkən və özünə xas olan xüsusiyyətlərə malikdir. Yanğında döyüş hə­rə­kət­lərini gecə və gündüz, aşağı və yuxarı temperatur şərai­t­lə­rin­də, tüstülənmiş və zəhərlənmiş mühitdə, hündürlüklərdə və zir­zə­mi­lərdə, partlayış, konstruksiyaların, qurğuların uçub-da­ğıl­­ması, insanlar arasında çaxnaşma, təlaş yaranması şərai­t­lə­rində yerinə yetirilməsi lazım gəlir. Qeyd olunan şəraitlər üçün xarakterik olan psixoloji əhəmiyyətli amillərə aiddir: əlverişsiz meteoroloji şərait; yüksək və aşağı hava temperaturu; havanın həddindən artıq rütubətliyi; rentgen və radioaktiv şüalanma; yük­­sək və aşağı atmosfer təzyiqi; güclü səs və titrəyişlər; zə­hər­li maddələr; tüstünün yüksək qatılığı və s. Bunlar bütün yan­ğınsöndürmə iştirakçılarının fəaliyyəti üçün səciyyəvidir, lakin hər bir yanğınsöndürmə prosesində onların cəmi özünə­məx­sus xüsusiyyətlərlə seçilir, konkret olaraq şəxsi heyətin əh­val-ruhiyyəsinə psixoloji təsiri müəyyən edir. Alovun məşəli, yük­sək temperatur, tüstülənmə insanlara psixoloji təsir gös­tə­rən ən səciyyəvi amillərdəndir. Bu amillər təkcə öz xarici gö­rü­nü­şlərinə görə psixoloji təsirə malik olmur. Onlar insanlara bö­yük maddi ziyan və əzab-əziyyət gətirən fəlakət, düşmən, qey­ri-mütəşəkkil hal kimi qəbul edilə bilər. Bu amillər eyni za­man­da yanğınsöndürmə iştirakçılarının həyatına da ən başlıca təh­lükə mənbələrindən biri olur. Aparılmış tədqiqatların nəticə­lə­rinə əsasən təsdiq etmək olar ki, alov insanlar tərəfindən psi­xo­loji cəhətdən ən xoşagəlməz təhlükə növü kimi qəbul edilir. Alovda tələf olma hadisəsi insanlar tərəfindən ən dəhşətli ölüm növü hesab edilir. Təhlükə növlərindən biri olduğu üçün alova öy­rəşmək çox çətindir, bəzi hallarda isə bu heç mümkün olmur. Məhz bununla əlaqədar yanğınsöndürmə iştirakçıları alova qar­şı yüksək psixoloji mətanətlik, yenilməzlik keyfiyyətlərinə ma­lik olmalıdırlar. Havanın yüksək temperatura qədər qızması və şüa əks etdirən səthlərdən istilik şüasının (infra-qırmızı) ətrafa yayılması bədənin tez isinməsinə, nəfəs almanın, müşahidə apa­rmağın çətinləşməsinə, hissetmə orqanlarının fəaliyyətinin zə­ifləməsinə və pisləşməsinə (belə ki, temperaturun 21°C -dən 28°C qədər artması görmə qabiliyyətini iki dəfə zəiflədir və yo­rul­ma halını kəskin olaraq qaldırır), dərinin yanmasına və dö­zül­məz ağrıların əmələ gəlməsinə səbəb olur. Nəticədə döyüş hə­rəkətlərinin yerinə yetirilməsi keyfiyyəti ciddi olaraq zəif­lə­yir, hətta bəzi hallarda onların yerinə yetirilməsi tamamilə müm­kün olmur. Qeyd etmək lazımdır ki, yüksək temperatura qar­­şı müxtəlif adamlarda hissiyatların fərdi psixofizioloji müx­tə­lifliyi mövcuddur. Yanğınlarda idarəetmə fəaliyyəti ilə əla­qə­li olan vəzifələrə əməkdaşların təyin edilməsi zamanı bu key­fiy­yətin nəzərə alınması faydalı ola bilər. İnsan bədənində tem­pe­raturun 40°C-ə qədər və daha artıq yüksəlməsi zamanı bərk qızdırma və istilik zərbəsinə məruz qalma halının baş verməsi mümkündür.
Tüstü insanlara müxtəlif cür təsir göstərir. O görməni məhdudlaşdırır, selikli qişanı və burun udlağını qıcıqlandırır, göz­ləri sulandırır, nəfəsalmanı çətinləşdirir, bəzi hallarda isə orqanizmin tam zəhərlənməsinə səbəb olur. Tüstü döyüş hə­rə­kət­lə­ri­nin yerinə yetirilməsini çətinləşdirir, yüksək gərginlik yaradır, səmti müəyyənetmə hissiyyatını zəiflədir. Kimyəvi tər­ki­bli materialların yanması zamanı ətrafda zahərli qazların ya­ran­ması mümkündür. Bütün yanğınların həmrahı – karbon ok­si­din (CO) yük­sək qatılığından ibarətdir. Yanğında qüvvə və va­sitələrin idarə olun­ması zəhərli maddələrin güclü təsir etdiyi və yüksək zə­hər­lənmə təhlükəsi olduğu sahələrdə yerinə yeti­ri­lə bilər.
Qazla zəhərlənmə təhlükəsi yanğınsöndürmə iş­ti­rak­çı­la­rı­nı şüurlu ehtiyat göstərməyə, gərginlik vəziyyətində olmağa, tə­nəffüs orqanlarının fərdi müdafiə vasitələrindən istifadə etməyə məcbur edir. Səs həmişə yanğınların söndürülməsi pro­se­sini müşayiət edir, bəzi hallarda danışıq əlaqəsini çətin­ləş­di­rə­rək çox yüksək intensivliyə malik olur. Belə vəziyyət insanın iş­ləmək qabiliyyətini zəiflədir və yorğunluğu gücləndirir. Qaz və neft fontanlarında baş vermiş yanğınlar zamanı səs 130 desibel ola bilər, bu isə yol verilən normadan çox yüksəkdir. Yük­səklik müasir mülki və sənaye obyektlərinin bina və tiki­li­lə­ri üçün olduqca xarakterik amillərdən biridir. Yan­ğın­söndü­rənlər yüksəkliyə öyrəşməli, ondan qorxmamalı, yüksəklikdə olduqları zaman öz peşəkar hərəkətlərini tez və inamla yerinə yetirməlidirlər. Nəzərə almaq lazımdır ki, yüksəkliyin artması ilə insanın tez yorulması baş verir. Yüksəklikdə işlərin gö­rül­məsi həmişə risklə və yüksək əsəbi-psixoloji gərginliklə əla­qə­li­dir. Yanğında buxarla, elektrik cərəyanı ilə zədələnmə təh­lü­kə­si - yanğından mühafizə bölmələrinin şəxsi heyətinin peşəkar fəaliyyətini həmişə müşayiət edən amillərdir. Şəxsi heyət on­la­rın zədələmə təsirini qabaqcadan müəyyən etməyi bacarmalı və öz işini elə qurmalıdır ki, təhlükəli amillərin təsirindən özlərini qo­ruya bilsinlər.
Yanaraq uçub-dağılan obyektlərin görüntüsü çox güclü psixoloji təsiretmə qüvvəsinə malikdir. Uçub dağılma halları bü­tün hərəkətləri çətinləşdirir və bununla yanaşı, özündə daha bir xüsusi təhlükə növünü gizlədir – uçub dağılmaqda davam edən konstruksiyalar altında qalma təhlükəsini. Belə hallarda yanğınsöndürmə iştirakçıları ehtiyatlı və sərvaxt olmalı, möv­cud təhlükə və risketmə dərəcəsini qiymətləndirməyi və bu təh­lü­kədən vaxtında uzaqlaşmağı bacarmalıdırlar. Bir çox yan­ğın­lar­da yaranan “adi” ümumi şəraitlərdə insan cəsədlərinə, yan­mış və zərərçəkmiş insanlara rast gəlinməsi adətən nadir hal­lar­da, kütləvi dağıntılarla müşayiət olunan yanğınlarda isə da­ha tez-tez baş verir. İnsan kədərinin görünüşünə öyrəşmək, in­sa­nın, xüsusilə də uşaqların yanğında tələf olması faktı qar­şı­sında sa­kit qalmaq çox çətindir.
Digər tərəfdən yanğının söndürülməsi zamanı öz yoldaş­la­rından kiminsə həlak olması barədə məlumatın yayılması çox güc­lü psixoloji təsirə malik olur. Bununla bərabər, belə şərait­lər­də özünü itirməmək, səbrli olmaq, səhvə yol vermədən və inamla döyüş tapşırığının yerinə yetirilməsini davam etdirmək yan­ğının söndürülməsində iştirak edən hər bir əməkdaşın bor­cu­dur. Təhlükədə olan insanların və dəstə halında toplanmış in­san kütləsinin hərəkət tərzi döyüş tapşırığının yerinə ye­ti­ril­mə­si­nə xeyli maneələr törədə bilər. İnsanların düşüncəsiz hə­rə­kət­ləri, çaxnaşma salmaları (pəncərələrdən tullanma, xilasedicilərə tabe olmama və b.), çığırtıları, qışqırıqları, ağlaşmaları yanğın yerində güclü əsəbi mühit yaradır və qüvvə və vasitələri idarə edən əməkdaşların yüksək gərginliyinə səbəb olur. Əgər nə­zə­r­dən keçirdiyimiz amillərin hər biri ayrı-ayrılıqda yan­ğın­sön­dür­mə iştirakçılarına kifayət qədər güclü psixoloji təsirə malik olur­sa, onların kompleks təsiri zamanı yaranan psixoloji gər­gin­li­yin intensivliyini təsəvvür etmək çətin deyildir. Yan­ğın­sön­dürmə texnikasının, yanğın-texniki silahların inamla işlə­mə­si, etibarlılığı və səmərəliliyi şəxsi heyətin fəaliyyətində dai­ma özünü müsbət tərəfdən göstərən psixoloji amildir. Böyük bir kollektivdən ibarət olan yanğından mühafizə bölməsinin da­xi­lindəki kollektivçilik amilləri hər bir yanğınsöndürmə iştirak­çı­sına müəyyən psixoloji təsir göstərir.
Hər bir əməkdaşın fəaliyyətinə təhlükə ilə təkbətək qalan iştirakçı kimi baxılması düzgün deyildir. Əməkdaş həmişə bir­gə fəaliyyət iştirakçısı kimi, bölmənin kollektivinin üzvü kimi çı­xış edir və bu zaman kollektiv üzvləri arasında gözlə gö­rün­mə­yən, lakin real mövcud olan sosial-psixoloji əlaqələr onun psi­xoloji vəziyyətində və hərəkətlərinin nizamlanmasında mü­hüm əhəmiyyət kəsb edir. Bu halda xüsusi psixoloji əhəmiyyət aşağıdakılardan ibarət olur:
- bir kollektiv kimi bölmənin sosial-psixoloji inkişaf sə­viy­yəsi və bu kollektivdə mövcud olan sosial-psixoloji abu-ha­va;
- yanğında qarşılıqlı hərəkətlərdə olan vəzifəli şəxslərin şəxsiyyətlərarası qarşılıqlı münasibətləri və onların psixoloji cəhətdən bir-birinə uyğunlaşması;
- yanğınsöndürmə iştirakçıları arasında bilavasitə əla­qə­nin (gözlə, səslə) mövcudluğu, cütlük, üç nəfər tərkibində hə­rə­kətetmə.
Sosial-psixoloji əlaqənin möhkəmliyi və onun düzgün inkişaf etdirilməsi həmişə şəxsi heyətin hərəkətlərinin key­fiy­yə­tini artırır. Hətta zəif hazırlığa malik olan yanğınsöndürən təc­rübəli və etibarlı yoldaşları yanında hərəkət edərkən qo­yul­muş tapşırığı inamla və daha yaxşı yerinə yetirəcəkdir. Lakin bi­ləndə ki, sənin yanında duran adama çətin dəqiqələrdə inan­maq və etibar etmək olmaz daimi daxili gərginlik mənbəyi, inamsızlıq və qətiyyətsizlik yaranır. Təkbaşına hərəkət etmək, digər yoldaşlarla bilavasitə əlaqəli hərəkət etməkdən psixoloji cəhətdən çox çətindir.
Beləliklə, yanğından mühafizə bölmələrinin şəxsi he­yə­ti­nin psixoloji hazırlıq anlayışını qısaca və dürüst ifadə etmək olar. Psixoloji hazırlıq dedikdə, ekstremal şəraitlərdə işləmək üçün yanğınsöndürmə iştirakçılarında psixoloji dayanıqlığın for­malaşdırılmasına istiqamətlənmiş məqsədyönlü və ictimai cəhətdən mütəşəkkil proses başa düşülməlidir. Müvafiq olaraq, onun əsas məqsədi yanğınsöndürmə iştirakçılarını ekstremal şəraitlərdə döyüş hərəkətlərinin yerinə yetirilməsinə psixoloji hazırlığının təmin edilməsindən ibarətdir.
Tədqiqatçı alimlər bəzi ekstremal hadisələr üzərində, mə­sə­lən, böyük itkilərlə nəticələnən Əfqanıstandakı (1986-cı il) dö­yüş əməliyyatları, Ufa yaxınlığında qaz partlaması nə­ti­cə­sində iki sərnişin qatarının qəzaya uğraması (1989-cu il), “Kom­somolets” sualtı gəmi ekipajının xilas edilməsində (1989-cu il), eləcə də terrora qarşı əməliyyatlardan sonra reabilitasiya dövrü keçən hərbçilərin və xilasedicilərin müayinəsi və analoji hallara aid digər materialların analitik öyrənilməsi nəticəsində bir sıra nəticələr əldə etmişlər.
Şəraitin spesifikası və etik prinsiplər nəzərə alınaraq təd­qi­qatlara əsasən təxirəsalınmaz tibbi yardıma ehtiyacı olmayan, eləcə də yüngül və orta dərəcəli yaralar almış hərbçilər və xi­las­edicilər cəlb olunmuşlar. Belə olduqda alınan məlumatların bir çoxu müəyyən natamamlığı ilə seçilir, bütöv təsəvvür isə ayrı-ayrı müşahidələrin tutuşdurulması yolu ilə forma­laş­dırılır­dı. Alınan məlumatlar ağır travmalar almayan zərərçəkənlərin halının dinamikasında 6 ardıcıl mərhələnin olmasını müəy­yən­ləş­dirməyə kömək etmişdir.
Vital reaksiyalar”(həyati, həyat hadisələrinə aid olan) 5 saniyədən 15 saniyəyədək sürür. Bu zaman insan davranışı bü­tövlükdə onun şəxsi həyatının qorunması imperativinə tabe olur, şüurda səciyyəvi daralma müşahidə edilir, zaman int­er­val­la­rının və xarici, daxili qıcıqlandırıcıların qüvvəsinin dərk edil­mə­si pozulur, sümüklərin qırılması, yaralanma və bədən sət­hi­nin 40 %-dək yanması ilə (1-2-ci dərəcəli yanğınlar) müşayiət olunan travmalar meydana çıxır.
Bu dövrdə əsasən davranışın sonradan qısa müddətli, la­kin geniş variantlı donub qalma halları ilə əvəz olunan in­stin­k­tiv formaları səciyyəvidir. Məsələn, Ufa yaxınlığında gecə vax­tı dəmir yolu qəzası nəticəsində sərnişinlərin özünü qoruma in­s­tinktinə tabe olaraq, yaxınlarını düşünmədən vaqon pən­cə­rə­lə­rindən bayıra atması halları müşahidə olunurdu. Ciddi zədələr almadıqda, sərnişinlər artıq bir neçə saniyədən sonra, sanki ayı­laraq və sosial tənzimləmə bərpa edilərək yenidən fəlakət ye­ri­nə atılır, yaxınlarını xilas etməyə çalışırdılar. Yaxınların xilas edi­lməsi mümkün olmadıqda, bu hal psixopatoloji mər­hə­lə­lə­rin, spesifikanın və proqnozun axarını uzun bir dövr üçün mü­əy­yənləşdirirdi.

Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə