Mm-dən mühazirələrin kanspekti


Kanalizasiya sistemlərinə olan tələblər



Yüklə 1,17 Mb.
səhifə71/79
tarix23.12.2023
ölçüsü1,17 Mb.
#157440
növüMühazirə
1   ...   67   68   69   70   71   72   73   74   ...   79
Mm-d n m hazir l rin kanspekti

Kanalizasiya sistemlərinə olan tələblər:
- kanalizasiya xətləri ayrıca olaraq, yağış, sənaye və tə­sər­­rü­fat suları üçün təşkil olunur.
- İO-lərində şəhər kanalizasiya kollektoruna birləşən iki çı­xış xətti olmalıdır. Bunlardan başqa, obyektin ətrafında olan yar­­ğan­la­ra və s. təbii, yaxud süni dərinliklərə birləşdirilən qə­za-kana­li­za­si­ya xətləri hazırlanır, 50 m intervalla obyekt kol­lek­torlarında qəza siyirtməsi (sürgüsü) olan qurğular tikilir.
Mühafizə qurğularının yerləşməsinə olan tələblər. Sı­ğınacaqlar güclü dağılma zonasında tikilir, RƏS-lər müm­­­kün zəif dağılma zonasında (I-ci və II-ci qrup), mümkün təhlükəli ra­dioaktiv zəhərlənmə zonasında (II-ci və IV-cü qrup) və şə­hər­dən­kənar zonada (V-ci qrup) tikilə bilər. Sadə daldanacaqlar şə­hər­dənkənar zonada tikilir.
Metropolitenlərin layihələndirilməsinə olan tələblər:
- metropoliten stansiyaları mümkün qədər dəmiryol stan­si­­ya­la­rının yaxınlığında yerləşdirilməlidir (metropoliten xətlə­ri­nin dəmir­yol stansiyalarına birləşməsi nəzərdə tutula bilər);
- metropoliten stansiyaları böyük sənaye müəssisələrinin yaxınlığında tikilməlidir;
- metropoliten stansiyaları hava zərbə dalğasının izafi təz­yi­­qi­nin 1 kqq/sm2 qiymətinə dayanıqlı olmalıdır (bu hesabla la­yi­hə­ləndirilməli və tikilməlidir);
- metropolitenin daxili təchizatı orada planda nəzərdə tu­tul­­muş sayda sığınan insanların 2 gün ərzində qalmasını təmin et­­mə­li­dir. Bu məqsədlə metropoliten stansiyaları süzücü-ventil­ya­si­ya­edici qurğularla, enerji, su, istilik və s. təchizat sistem­lə­ri, tibbi yardım və sanitar-buraxılış məntəqələri ilə təchiz olun­malıdır.
Avtomobil yollarının layihələndirilməsinə olan tələb­lər:
- magistral yollar böyük şəhərlərin sərhədlərindən kənar­da sa­lın­malıdır. Magistral yollar şəhərdən keçdikdə, kənar yol­lar planlaşdırılmalıdır və təşkil edilməlidir;
- avtomobil yollarının güclü dağılma zonalarından keç­di­yi, öz aralarında və dəmir yolları ilə kəsişdiyi yerlərin ya­xın­lı­ğında ehtiyat keçid yolları nəzərdə tutulmalıdır.
Şəhər daxilində nəqliyyat yollarının planlaşdırılmasında aşa­ğıdakılar təmin edilməlidir:
- ayri-ayrı yaşayış və sənaye rayonları arasında etibarlı əlaqə;
- şəhər kənarına aparan magistrallara asan çıxış;
- sənaye və yaşayış rayonlarının aeroportlarla, dəmiryol və avtobus stansiyaları ilə, dəniz vağzalları və su nəqliyyatı portalı ilə qısa və rahat yollarla əlaqəsi və s.;
- qəza-bərpa işlərinin keçirilməsi üçün tədbirlər (ehtiyat materialların toplanması və s.) nəzərdə tutulmalıdır.

Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə