Mm-dən mühazirələrin kanspekti


Mühazirə 7.ƏHALİNİN MÜLKİ MÜDAFİƏ ÜZRƏ



Yüklə 1,17 Mb.
səhifə79/79
tarix23.12.2023
ölçüsü1,17 Mb.
#157440
növüMühazirə
1   ...   71   72   73   74   75   76   77   78   79
Mm-d n m hazir l rin kanspekti

Mühazirə 7.ƏHALİNİN MÜLKİ MÜDAFİƏ ÜZRƏ
MAARİFLƏNDİRİLMƏSİ

Əhalinin fövqəladə hallardan qorunması üçün MM sa­hə­sində maarifləndirilməsi vacib şərtlərdəndir.


Əhaliyə düşmən tərəfinin istifadə edə biləcək kütləvi qır­ğın silahlarının və digər hücum vasitələrinin təsirindən qo­run­ma­sının öyrədilməsi mülki müdafiə orqanlarının ümdə vəzi­fə­lə­rindən biridir.
Tədris işi mülki müdafiə və onun qərargahlar rəh­bər­lə­ri­nin, eləcə də mülki müdafiə məsələləri üzrə yerli orqanların gös­tərişləri əsasında təşkil edilərək keçirilir. Bu məsələ bu gün də olduqca aktualdır.
Yerlərdə mülki müdafiənin rəhbər tərkibinin, eləcə də bu və ya digər obyektlərin fəhlə və qulluqçularının, əhalinin öy­rə­dil­məsinə məsuliyyət obyektin mülki müdafiə rəisinin üzərinə qoyulmuşdur. mülki müdafiə qərargahı vasitəsilə, o, tədris təd­bir­lərini təşkil və təmin edir, məşğələlərin, təlimlərin vaxtlı-va­x­tında və yüksək keyfiyyətlə keçirilməsinə rəhbərlik ca­vab­deh­dir.
Fəhlə və qulluqçular obyektdəki mülki müdafiə üzrə fun­ksional vəzifələrinə uyğun şərti olaraq aşağıdakı kateqoriyalara bölünürlər: mülki müdafiənin rəhbər tərkibi; fəhlə və qulluq­çu­lar; istehsalatda və xidmət sahələrində məşğul olmayan və ida­rə evində yaşayan əhali. Hər bir kateqoriya xüsusi hazırlanmış proqram əsasında öyrədilir.
Əhaliyə mülki müdafiə əsaslarının öyrədilməsinin təş­ki­lin­də və keçirilməsində əsas prinsiplər aşağıdakılardır:
- el­milik;
- hərbi zaman şəraitinə uyğun zəruri biliklərin tədrisi;
- sistemlilik və ardıcıllıq;
- şüurluluq və fəallıq;
- əyanilik və anlaşıqlıq;
- biliklərə və təcrübəyə mükəmməl yiyələnmə;
- tədrisə kollektivlik və fərdilik nöqteyi-nəzərindən yanaşma;
- mənəvi-psixoloji dayanıqlığın tərbiyələndirilməsi.
Əhaliyə mülki müdafiənin əsaslarını, vəzifələrini, hər bir fövqəladə hal zamanı daşıdığı məsuliyyəti və yerinə yetirdiyi işlərin mahiyyətini öyrətməklə keyfiyyətli tədrisə nail olmaq olar.
Tədrisin forması tədris prosesinin təşkilati tərəfini ifadə edir. Tədrisin formaları aşağıdakılardır:
- sinif məşğələsi;
- məşqlər;
- xüsusi taktiki təlimlər;
- komanda-qərargah təlimləri;
- obyekt məşqləri;
- kompleks təlimlər.
Proqramın öyrənilməsi rəhbəredici tərkibin mülki müda­fiə üzrə kompleks təlimdə iştirakı ilə bitir. Bu təlimin ge­diş­atında alınan nəzəri və praktik biliklər müxtəlif şəraitdə bir da­ha təkmilləşdirilir və cilalanır.
Komanda heyətinin hazırlanmasında seminarlardan, sinif qrup və praktik məşğələlərdən, eləcə də qərargah məşqlərdən və komanda-qərargah təlimlərindən, sıravi tərkibin hazır­lan­ma­sın­da isə praktik məşğələlərdən istifadə edilir. Praktik məş­ğə­lələr aşağıdakı bilik və vərdişlərə yiyələnmə məqsədlərini gü­dür:
- radiasiya və kimyəvi kəşfiyyat cihazları ilə işləmə və on­lardan düzgün istifadə;
- radioaktiv çirklənməyə və şüalanmaya nəzarət;
- düşmən tərəfin tətbiq etdiyi kütləvi qırğın silahlarının, təbii fəlakətlərin, iri qəzaların və faciələrin nəticələrinin ləğv edil­məsi üzrə işlərin aparılması;
- kütləvi qırğın silahlarından qorunmaya aid praktik təd­ris üzrə normativlərin işlənib hazırlanması.
Obyektdə mülki müdafiə üzrə hazırlığın planlaşdırılması zamanı aşağıdakı sənədlərin işlənib-hazırlanması tövsiyə edilir:
1. Obyektin MM rəisinin mülki müdafiə üzrə hazırlığın nəticələrinə dair ötən ilin yekunlarına və yeni tədris ilinin və­zi­fə­lərinə aid əmri.
2. Rəhbər tərkibin, yeni düzəlmiş hərbi hissənin, fəhlə və qulluqçuların hazırlanması və istehsalat və xidmət sa­hə­lə­rin­də iş­ləməyən və idarə evində yaşayan əhalinin öyrə­dil­mə­si­nin əsas tədbirlər planı.
3. Hər bir tədris qrupu ilə məşğələ cədvəli, MM üzrə qə­rar­gah məşq və təlimlərin mövzu siyahısı.
4. Yeni tədris ilində MM kurslarında rəhbər və komanda he­yə­tinin hazırlığı üzrə sifariş planı.
Göstərilən sənədlərdən əlavə obyektdə digər sənədlər də tərtib edilə bilər. Bunlar: obyektin tədris-maddi bazasının isti­fa­­də cədvəli və obyektin mülki müdafiə qərargahının aylıq fəa­liy­yət planıdır.
Mülki müdafiə üzrə əmr, plan, proqram, rəhbəredici sə­nəd­lər əsasında struktur bölmələrdə tədris qrupları yaradılır və hər bir tədris qrupu üçün məşğələ cədvəli tərtib edilir.
Fövqəladə hadisələrdən müdafiəyə respublikanın bütün əha­lisi hazırlanır. Bu zaman 6-17 yaşlı şəxslərə – sülh və mü­haribə dövrlərindəki fövqəladə hadisələrdən mühafizə üsulları, 17 yaşından yuxarı şəxslərə isə, bundan əlavə belə hadisələrin nəticələrini aradan qaldırmaq üzrə fəaliyyət qaydaları da öy­rədilir. Fövqəladə hadisələrdən müdafiə qaydalarının və mülki müdafiənin əhaliyə öyrədilməsi respublikanın bütün əra­zi­si­n­də­ki nazirlik, komitə, idarə, müəssisələrin, təşkilatların rəh­bər­ləri tərəfindən təşkil edilir, kadrların hazırlanması sistemində işçilərin əsas vəzifələri ilə yanaşı mülki müdafiə üzrə vəzifələr də nəzərə alınmaqla, fərdi və fasiləsiz yerinə yetirilir.
İşçilər fəaliyyətə hazırlanarkən onlara «Mülki müdafiə» mövzularının öyrədilməsi nəzərdə tutulur, həmçinin təh­lü­kə­siz­lik texnikası üzrə ilkin təlimat proqramlarına, müəssisədə işin xüsusiyyətləri nəzərə alınmaqla mülki müdafiə məsələləri də daxil edilir. Kollektiv və fərdi əmək müqaviləsi, digər mü­qa­vi­lə­lər bağlanarkən bunlarda mülki müdafiəyə hazırlığın təşkili üzrə işəgötürənin və əmək kollektivinin vəzifələri müəyyən olunur.
Dövlət və qeyri-dövlət təhsil müəssələrində şagirdlərin, tələblərin və dinləyicilərin mülki müdafiə hazırlığı proqramları, mövzuları və tədris saatlarının miqdarı müvafiq nazirlik, dövlət komitələri, baş idarələr, təhsil müəssisələri tərfindən yerli xü­su­siyyətlər nəzərə alınmaqla işlənib hazırlanır və Azərbaycan Respublikasının FH Nazirliyi ilə razılaşdırılır.
Qeyd etmək lazımdır ki, Beynəlxalq Mülki Müdafiə Təş­ki­latı – hökumətlərarası humanitar təşkilatdır. Həmin təşkilat 1972-ci ildə yaranıb. Hər il 1 mart Mülki Müdafiə günü kimi qeyd edilir və konkret bir mövzuya həsr olunur.
Mülki müdafiə – həyatı, gələcək nəsillərin və ətraf mühi­tin təhlükəsizliyini təmin edir. Mülki müdafiə və tibbi biliklərin əsasları fənni uzun illərdir ki, respublikamızın müxtəlif ali mək­təblərində tədris olunur. Mülki müdafiə və tibbi biliklərin əsasları fənninin proqramı Azərbaycan Respublikasının “MM haqqında” qanununa, AR Nazirlər Kabinetinin 20.12.1992-ci il tarixli, 700 və 703 saylı qərarlarına, AR Təhsil və Səhiyyə Na­zir­liklərinin və MM Qərargahının 18.02.1995-ci il tarixdə birgə təsdiq edilmiş “Ali məktəb tələbələrinin MM üzrə tibb bacıları və sanitar təlimçilərinin hazırlanması haqqında” təlimata əsa­sən hazırlanmışdır. Mülki müdafiə fənni tələbələrə insanların sağlamlığına mənfi təsir edə biləcək fövqəladə halların növləri, onların baş vermə səbəbləri, gedişatı və nəticələri haqqında mə­lumat verir. Tələbələr baş verə biləcək FH zamanı davranış qaydalarını öyrənir. Son illər qeyd olunan fövqəladə halların dur­madan artması mülki müdafiə üzrə maariflənmə təlimlə­ri­nin əhəmiyətini və aktuallığını bir daha sübut edir.
Mülki Müdafiə haqqında təlimlər aparılarkən Azər­bay­can Respublikasını ərazilərə( xüsusi göstəricilərinə görə) bö­lür­lər. Belə ki, mülki müdafiə üzrə şəhərlərin üç qrupu: birinci qrup (I qrup), ikinci qrup (II qrup), üçüncü qrup (III qrup) üzrə ayrılır. Zonalar:
Bakı zonası - Bakı şəhərinin 11 rayonu və Apşeron rayonu.
Gəncə zonası – Gəncə və Naftalan şəhərləri, Ağstafa, Qa­zax, Tovuz, Daşkəsən, Gədəbəy, Kəlbəcər, Şəmkir, Xanlar, Go­ranboy, Samux rayonları.
Sumqayıt – zonası Sumqayıt şəhəri, Dəvəçi, Quba, Qu­sar, Xaçmaz, Siyəzən, Xızı rayonları.
Mingəçevir zonası – Mingəçevir şəhəri, Ağdaş, Yevlax, Qax, Ucar, Balakən, Zaqatala, Oğuz, Şəki rayonları.
Şirvan zonası – Şirvan şəhəri, Haciqabul, Beyləqan, İmiş­­li, Saatlı, Sabirabad, Salyan, Neftçala rayonları.
Naxçıvan zonası – Naxçıvan Muxtar Respublikasının bü­tün rayonları.
Ağdam zonası – Xankəndi şəhəri, Ağdam, Ağcabədi, Bər­də, Zərdab, Tərtər, Xocavənd, Xocalı, Şuşa rayonları.
Cəbrayıl zonası – Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Fü­zu­li rayonları.
Şamaxı zonası – Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Göy­çay, Kürdəmir, Qobustan rayonları.
Lənkəran zonası – Lənkəran, Astara, Lerik, Yardımlı, Bi­lə­su­var, Cəlilabad, Masallı rayonları.
Şəhərlərin qrupları:
I qrup − Bakı şəhəri;
II qrup − Sumqayıt şəhəri;
III qrup − Gəncə şəhəri, Mingəçevir şəhəri, Şirvan şəhəri, Naxçıvan şəhəri.
Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə