Təsdiq edilmişdir



Yüklə 165,99 Kb.
Pdf görüntüsü
tarix20.09.2017
ölçüsü165,99 Kb.
#1077
növüQaydalar




 

“Təsdiq edilmişdir” 

Azərbaycan Respublikası 

Mərkəzi Bankının İdarə Heyəti 

Protokol № ____ 

 

“___” ________2013-cü il 



 

Sədr 


 

________ Elman Rüstəmov 

 

  

 



Banklarda risklərin idarə edilməsi haqqında Qaydalar 

 

1. Ümumi müddəalar 

1.1.


 

Bu Qaydalar “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” 

və  “Banklar  haqqında”  Azərbaycan  Respublikası  qanunlarına,  Azərbaycan 

Respublikasının digər qanunvericilik aktlarına, habelə beynəlxalq təcrübəyə uyğun 

olaraq hazırlanmışdır. 

1.2.


 

Bu  Qaydalar  Azərbaycan  Respublikasında  fəaliyyət  göstərən  banklar 

və  xarici  bankların  yerli  filiallarında  (bundan  sonra  -  banklar)  risklərin  idarə 

edilməsi  üzrə  strategiya,  qaydalar,  təşkilati  struktur  və  hesabatlıq  sistemlərini, 

habelə  risklərin  müəyyənləşdirilməsi,  ölçülməsi,  idarə  edilməsi,  monitorinqi  və 

hesabatlığına dair minimum tələbləri müəyyən edir.  

1.3.

 

Bank fəaliyyətinin həyata keçirilməsi zamanı bankların üzləşdiyi əsas 



risk növləri aşağıdakılardır: 

1.3.1.


 

kredit riski – borcalanın bank qarşısında öhdəliyinin vaxtında tam və 

ya qismən icra olunmaması nəticəsində xərclərin (zərərin) yaranması riskidir; 





 

1.3.2.


 

bazar  riski  –  bazarda  faiz  dərəcələrinin,  valyuta  məzənnələrinin, 

qiymətli  kağızların  və  əmtəələrin  dəyərində  baş  verən  dəyişikliklərlə  əlaqədar 

mümkün itkilərdir. Bazar riskinin aşağıdakı alt kateqoriyaları mövcuddur: 

1.3.2.1.

 

faiz  dərəcəsi  riski  -  faiz  dərəcəsinin  əlverişsiz  dəyişməsi  ilə 



əlaqədar xərclərin (zərərin) yaranması riskidir;  

1.3.2.2.


 

valyuta  riski  –  xarici  valyuta  məzənnələrinin  əlverişsiz  dəyişməsi 

ilə əlaqədar xərclərin (zərərin) yaranması riskidir; 

1.3.2.3.


 

kapital  riski  -  kapitalın  və  qiymətli  kağızların  dəyərində  əlverişsiz 

dəyişikliklər  nəticəsində  yaranan  riskdir.  Bu  risk  kapitala,  eləcə  də  hecinq  və 

spekulyasiya  məqsədləri  üçün  istifadə  edilən  kapitalın  törəmə  alətlərinə  təsir 

göstərir; 

1.3.2.4.


 

əmtəə  riski  -  bazarda  əmtəələrin  qiymətində  baş  verən  əlverişsiz 

dəyişikliklərlə əlaqədar yaranan riskdir; 

1.3.3.


 

likvidlik  riski  –  planlaşdırılmış  və  gözlənilməyən  öhdəliklərin 

vaxtında və effektiv yerinə yetirilə bilməməsi, əlavə likvid vəsaitin əldə edilməsi, 

həmçinin  bankın  aktivlərinin  minimum  zərərlə  dərhal  satılması  üzrə  imkanların 

azalması riskidir;  

1.3.4.


 

əməliyyat  riski  –  qeyri-adekvat  və  ya  uğursuzluqla  nəticələnmiş 

daxili  proseslərdən,  insanlardan,  sistemlərdən,  habelə  bankdankənar  hadisələrdə 

nöqsan  və  səhvlər  nəticəsində  yaranan  riskdir.  Əməliyyat  riskinin  aşağıdakı 

kateqoriyaları mövcuddur: 

1.3.4.1.


 

insan resursu riski – bankın əməkdaşları tərəfindən bank fəaliyyəti 

ilə  bağlı  normativ  hüquqi  sənədlərdə  müəyyən  edilmiş  tələblərin,  habelə 

bankdaxili qaydaların pozulması ilə əlaqədar xərclərin (zərərin) yaranması riskidir;  

1.3.4.2.

 

 İT riski – bankda mövcud sistem və ya texnologiyalarda baş verən 



problemlərlə əlaqədar xərclərin (zərərin) yaranması riskidir.  

1.3.4.3.


 

hüquqi risk - hüquqi proseslərin və ya qanunvericilik və normativ 

aktların qeyri-dəqiq tətbiq və ya təfsir edilməsi riskidir;  





 

1.3.4.4.


 

kənar  risklər  -  üçüncü  tərəf  və  ya  təbiətin  vurduğu  ziyan 

nəticəsində xərclərin (zərərin) yaranması riskidir; 

1.3.5.


 

strateji  risk  –  strateji  hədəflərin  düzgün  seçilməməsi  nəticəsində 

bankın üzləşdiyi riskdir; 

1.3.6.


 

nüfuz  riski  –  banka  qarşı  etimadın  azalması  və  mənfi  ictimai  rəy 

nəticəsində xərclərin (zərərin) yaranması riskidir. 

2. Ümumi anlayışlar 

2.0.


 

Bu  Qaydalarda  istifadə  olunan  anlayışlar  aşağıdakı  mənaları  ifadə 

edir: 

2.0.1.


 

risk  –  gözlənilməz  hadisələrin  baş  verməsi  nəticəsində  yaranan 

itkilərin  bankın  kapitalına  mənfi  təsir  göstərməsi  və  bankın  biznes  məqsədlərini 

həyata keçirmək imkanlarının məhdudlaşdırması ehtimalıdır;  

2.0.2.

 

risklərin  idarə  edilməsi  sistemi  –  risklərin  müəyyənləşdirilməsi, 



qiymətləndirilməsi,  idarə  edilməsi,  monitorinqi  və  onlar  üzrə  hesabatlığı  əks 

etdirən prosesdir; 

2.0.3.

 

Baş Risk İnzibatçısı – bankın risklərin idarə olunması funksiyası ilə 



əlaqədar  bölmələrin  fəaliyyətinə  nəzarəti  həyata  keçirən  (kuratorluq  edən)  İdarə 

Heyətinin üzvüdür;  

2.0.4.

 

riskgötürmə  qabiliyyəti  –  bankın  öz  strateji  məqsədlərinə  çatmaq 



üçün üzərinə götürə biləcəyi riskin maksimum həcmidir; 

2.0.5.


 

riskin  qəbul  edilməsi  –  kapitalın  adekvatlığına  dair  tələblərə  riayət 

etmək şərti ilə bankın kapitalı hesabına mümkün zərərin qarşılanmasıdır; 

2.0.6.


 

riskin  minimallaşdırılması  –  müxtəlif  tənzimləmə  metodları  ilə 

risklərin  azaldılmasıdır  (bu  metodlar  hər  bir  risk  kateqoriyası  üzrə  həm 

əməliyyatın  keçirilməsi  haqqında  qərarın  verilməsi  zamanı,  həm  də  əməliyyatın 

realizasiyası zamanı fərqli ola bilər);  

2.0.7.


 

riskin  ötürülməsi  –  bank  tərəfindən  riskli  hesab  edilən 

əməliyyatların bankdankənar subyektlərə ötürülməsidir; 





 

2.0.8.


 

riskdənqaçma  –  risk  strategiyası  ilə  müəyyən  edilmiş  risk 

səviyyəsindən daha yüksək riskli əməliyyatların həyata keçirilməməsidir; 

2.0.9.


 

stress-test  –  gözlənilməz,  müstəsna,  lakin  mümkün  şoklara  bankın 

həssaslığının qiymətləndirilməsi alətidir. Stress-testlərin iki növü mövcuddur: 

2.0.9.1.


 

ssenari  təhlilləri  –  eyni  zamanda  bir  neçə  şokun  bankın  maliyyə 

vəziyyətinə təsirinin qiymətləndirilməsidir;  

2.0.9.2.


 

həssaslıq  təhlilləri  -  hər  hansı  bir  şokun  dəyişməsinin  bankın 

maliyyə durumuna təsirinin qiymətləndirilməsidir;  

2.0.10.


 

şok  –  bankdaxili  və  bankdankənar,  əvvəllər  müşahidə  olunmuş  və 

ya  bankın  fəaliyyətinə  potensial  təsir  edə  biləcək,  ehtimal  olunan  və ölçülə  bilən 

hadisədir. 



3Risklərin idarə edilməsi sistemi 

3.1.


 

Banklar 


əməliyyatlarının 

növünə, 


həcminə, 

fəaliyyətinin 

xüsusiyyətlərinə  və  mühitinə,  mürəkkəbliyinə  və  üzləşdiyi  risklərə  adekvat 

risklərin idarə edilməsi sistemi yaratmalıdırlar.  

3.2.

 

Risklərin idarə edilməsi sistemi üç elementdən ibarətdir:  



3.2.1.

 

risklərin idarə edilməsi strategiyası və daxili qaydalar; 



3.2.2.

 

risklərin idarə edilməsinin təşkilati strukturu; 



3.2.3.

 

risklərin idarə edilməsi prosesi. 



3.3.

 

Risklərin  idarə  edilməsi  sistemi  mütəmadi  olaraq  bankın  daxili  audit 



bölməsi tərəfindən qiymətləndirilməli, nəticələr barədə bankın Audit Komitəsi və 

Müşahidə Şurasına məlumat təqdim olunmalıdır.  



4. Risklərin idarə edilməsi üzrə strategiya 

4.1.


 

Hər  bir  bank  özünün  biznes  strategiyasını  nəzərə  almaqla  risklərin 

idarə  edilməsi  üzrə  məqsədləri  və  əsas  prinsiplərini  əks  etdirən  və  ən  azı 

aşağıdakıları əhatə edən risklərin idarə edilməsi strategiyasını hazırlamalıdır:  






 

4.1.1.


 

bankın  məruz  qala  biləcəyi  risklərin,  onların  xüsusiyyətlərinin  ətraflı 

izahı və hər bir risk növünün idarə edilməsinin əsas məqsədi; 

4.1.2.


 

bankın strateji məqsədlərinə nail olması üçün riskgötürmə qabiliyyəti 

və qəbul edilmiş risklər üzrə zərərlərin mümkün maksimum həcmi; 

4.1.3.


 

bankın əsas əməliyyatları, fəaliyyət istiqamətləri, biznes prosesləri və 

sistemləri  üzrə  risklərin  müəyyənləşdirilməsi,  qiymətləndirilməsi,  monitorinqi  və 

minimallaşdırılması üzrə metod və alətlərin seçilməsi prinsipləri; 

4.1.4.

 

risklərin  idarə  edilməsi  işinin  təşkili,  o  cümlədən  səlahiyyətlərin 



bölüşdürülməsi prinsipləri; 

4.1.5.


 

yeni  əməliyyatlar,  proseslər,  fəaliyyət  istiqamətləri  və  sistemlərin 

bankda tətbiq edilməsi qaydaları; 

4.1.6.


 

Mərkəzi  Bankın  müvafiq  normativ  xarakterli  aktlarına  uyğun  olaraq 

risklər barədə məlumatların istifadəçilərə təqdim edilməsi prinsipləri; 

4.1.7.


 

fövqəladə hallarda risklərin idarə edilməsi prinsipləri; 

4.1.8.

 

risklərin idarə edilməsi sisteminin yoxlanılması prinsipləri. 



4.2.

 

Risklərin  idarə  edilməsi  strategiyası  ən  azı  aşağıdakı  risk  növlərini 



əhatə etməlidir: 

4.2.1.


 

Kredit riski: 

4.2.1.1.

 

kredit riskinin məqbul səviyyəsi; 



4.2.1.2.

 

bir borcalan, bir-biri ilə əlaqədar borcalanlar qrupu, iqtisadi sektor 



və coğrafi ərazi ilə əlaqəli risklərin konsentrasiyasının məqbul səviyyəsi; 

4.2.1.3.


 

fəaliyyət  göstərdiyi  bazarların  xüsusiyyətlərini  nəzərə  almaqla 

təsdiq  edilmiş  məqbul  riskin  səviyyəsinə  uyğun  kredit  riskləri  portfelinin 

diversifikasiyası prinsipləri; 

4.2.1.4.

 

kredit riskini şərtləndirən əməliyyatlar və fəaliyyət növləri; 



4.2.1.5.

 

kredit portfelinin formalaşması ilə bağlı əsas meyarlar:  



1.

 

kredit növləri; 



2.

 

kreditlərin  verilməsi  zamanı  müştərilərin  ödəmə  qabiliyyətinin 



qiymətləndirilməsində əsas  meyarlar; 




 

3.

 



iqtisadi sektorlar, coğrafi regionlar və müştəri qrupları; 

4.

 



kreditin gözlənilən keyfiyyəti; 

5.

 



kredit portfelinin gözlənilən artım tempi; 

6.

 



kredit portfeli üzrə gəlirlik və risklərin məqbul səviyyəsi.  

4.2.1.6.


 

kredit riskinin ölçülməsi, nəzarəti və yumşaldılması metodları; 

4.2.1.7.

 

kredit  riskinin  idarə  edilməsi  məqsədi  ilə  istifadə  olunan  limit 



növləri və onların seçilməsi prinsipləri; 

4.2.1.8.


 

kredit  riskinin  idarə  edilməsində  səlahiyyətlərin  bölüşdürülməsi 

prinsipləri; 

4.2.1.9.


 

makroiqtisadi  vəziyyətdə  dəyişikliklərdən  yaranan  və  gələcəkdə 

minimum  kapital  tələblərinə  təsir  göstərə  biləcək  risklərin  idarə  edilməsi  və 

sığortalanması prinsipləri. 

4.2.2.

 

Likvidlik riski: 



4.2.2.1.

 

likvidlik riskinin məqbul səviyyəsi; 



4.2.2.2.

 

aktivlər və passivlər üzrə müddət fərqi (qəp) siyasəti; 



4.2.2.3.

 

likvidlik riskinin ölçülməsi, nəzarəti və yumşaldılması metodları; 



4.2.2.4.

 

likvidlik  riskinin  idarə  edilməsində  səlahiyyətlərin  bölüşdürülməsi 



prinsipləri; 

4.2.2.5.


 

fövqəladə  hallarda  biznesin  fasiləsiz  fəaliyyətini  təmin  edən 

fövqəladə hallar planı; 

4.2.3.


 

 Bazar riski: 

4.2.3.1.

 

bazar riskinin məqbul səviyyəsi və əsas elementləri; 



4.2.3.2.

 

bankın  bazar  riskinə  məruz  qalmağına  səbəb  olan  əməliyyat  və 



fəaliyyət növləri; 

4.2.3.3.


 

bazar riskinin ölçülməsi, nəzarəti və yumşaldılması metodları; 

4.2.3.4.

 

bazar  riskinin  idarə  edilməsi  məqsədi  ilə  istifadə  olunan  limit 



növləri və onların  seçilməsi prinsipləri; 

4.2.3.5.


 

bazar  riskinin  idarə  edilməsində  səlahiyyətlərin  bölüşdürülməsi 

prinsipləri. 





 

4.2.4.


 

 Əməliyyat riski: 

4.2.4.1.

 

əməliyyat  riskinə  aid  hadisələrin 



müəyyən 

edilməsi 

və 

təsnifləşdirilməsi prinsipləri; 



4.2.4.2.

 

bankın  əməliyyat  riskinə  məruz  qalmağına  səbəb  olan  əsas  risk 



mənbələri; 

4.2.4.3.


 

əməliyyat riskinin ölçülməsi, nəzarəti və yumşaldılması metodları; 

4.2.4.4.

 

əməliyyat riskinin idarə edilməsində səlahiyyətlərin bölüşdürülməsi 



prinsipləri; 

4.2.4.5.


 

bankın fasiləsiz fəaliyyətini təmin edən biznes davamlılığı planları; 

4.2.4.6.

 

işəgötürmə və işçilərin ehtiyaclarının monitorinqi, o cümlədən işçi 



qüvvəsinin  planlaşdırılması  daxil  olmaqla  insan  resurslarının  idarə  edilməsi 

prinsipləri; 

4.2.4.7.

 

autsorsinq ilə bağlı risklərin idarə edilməsi prinsipləri. 



5. Risklərin idarə edilməsi üzrə bankdaxili qaydalar 

5.1.  Bankda  risklərin  idarə  edilməsi  prosedurlarını  tam  və  aydın  müəyyən 

edən  risklərin  idarə  edilməsi  qaydaları  hazırlanmalıdır.  Qaydalar  risklərin  idarə 

edilməsi  prosesini  tənzimləməli  və  risklərin  idarə  edilməsi  strategiyası  həyata 

keçirilərkən rəhbər tutulmalıdır.  

5.2. Strategiya və qaydalara ən azı ildə bir dəfə, habelə fəaliyyət növləri və 

əməliyyatların  strukturu  dəyişildikdə,  yeni  fəaliyyət  və  əməliyyat  növləri  tətbiq 

edildikdə,  bankın  zəruri  hesab  etdiyi  digər  hallarda  Risklərin  idarə  edilməsi 

komitəsi  (bundan  sonra  -  RİK)  tərəfindən  yenidən  baxılmalı  və  onların  mövcud 

şəraitə uyğunlaşdırılması üçün əlavə və/və ya dəyişikliklər edilməlidir. 

5.3.  Risklərin  idarə  edilməsi  qaydaları  ilə  yanaşı  hər  bir  əməliyyat  və 

fəaliyyət  istiqaməti  üzrə  prosesi  özündə  əks  etdirən  qaydalar  hazırlanmalıdır. 

Qaydalarda  əməliyyatlar  və  fəaliyyət  istiqamətləri  ilə  bağlı  mümkün  risklər,  bu 

risklərin  müəyyən  olunması,  qiymətləndirilməsi,  ölçülməsi  və  idarə  edilməsi, 

monitorinqi  və  hesabatlığı  üzrə  alətlər  və  məsul  strukturlar  müəyyən  edilməlidir. 





 

Belə  qaydalar  bankda  planlaşdırılan  hər  bir  yeni  əməliyyat  növü  üzrə  tərtib 

olunmalı və ya mövcud qaydalara müvafiq əlavə və dəyişikliklər edilməlidir.  

6. Risklərin idarə edilməsinin təşkilati strukturu 

6.1.


 

Banklarda risklərin idarə edilməsi funksiyasını həyata keçirən təşkilati 

struktur yaradılarkən aşağıdakılar təmin edilməlidir: 

6.1.1.


 

təşkilati strukturun bütün səviyyələri arasında əlaqə və məlumat axını; 

6.1.2.

 

risklərin  idarə  edilməsi  üzrə  dəqiq  müəyyənləşdirilmiş  səlahiyyət  və 



məsuliyyətlər; 

6.1.3.


 

struktur  bölmələr  və  səlahiyyətli  şəxslər  arasında  maraqlar 

münaqişəsinin yaranmasına qarşı tədbirlər; 

6.1.4.


 

müstəqil və şəffaf qərar qəbuletmə prosesi; 

6.1.5.

 

risklərin idarə edilməsi üzrə səmərəli hesabatlıq sistemi; 



6.1.6.

 

riskləri idarəetmə mədəniyyətinin formalaşdırılması. 



6.2.

 

Risklərin idarə edilməsi prosesində bankın Müşahidə Şurasının, RİK-



in,  İdarə  Heyətinin,  Baş  Risk  İnzibatçısının  və  risklərin  idarə  edilməsi  üzrə 

struktur bölmənin səlahiyyətləri aşağıdakı kimi müəyyən edilir:  

6.2.1.

 

Müşahidə Şurası:  



6.2.1.1.

 

Müşahidə Şurası bankın risk səviyyəsinə adekvat səmərəli risklərin 



idarə edilməsi sisteminin yaradılmasını təmin etməlidir.  

6.2.1.2.


 

Risklərin  idarə  edilməsi  prosesində  bankın  Müşahidə  Şurasının 

səlahiyyətləri aşağıdakılardır: 

1.

 



risklərin idarə edilməsi üzrə strategiyanın,  daxili qaydaların və təşkilati 

strukturun təsdiq edilməsi; 

2.

 

risklərin idarə edilməsi üzrə hesabatlıq rejiminin müəyyən edilməsi; 



3.

 

risklərin idarə edilməsi ilə bağlı bankın İdarə Heyətinin işinə nəzarət və 



tövsiyələrin verilməsi; 

4.

 



RİK-in,  Baş  Risk  İnzibatçısının  müraciəti  əsasında  bank  üçün  riskli 

hesab edilən layihə və əməliyyatlar haqqında qərarların qəbul edilməsi; 






 

5.

 



bank  riskləri  və  onların  idarə  edilməsinə  dair  bankın  müvafiq  struktur 

bölməsindən birbaşa hesabatların tələb edilməsi; 

6.

 

risklərin  idarə  edilməsi  sisteminin  effektivliyinin  ən  azı  ildə  bir  dəfə 



qiymətləndirilməsi. 

6.2.2.


 

Riskləri idarəetmə komitəsi:  

6.2.2.1.

 

RİK-in vəzifə və səlahiyyətləri ən azı aşağıdakılardan ibarətdir: 



1.

 

risklərin  idarə  edilməsi  strategiyası  və  qaydalarının,  həmçinin  onlara 



əlavə və dəyişikliklərin təhlili və təsdiq olunmaq üçün Müşahidə Şurasına təqdim 

edilməsi; 

2.

 

risklərin idarə edilməsi bölməsi tərəfindən müəyyən edilmiş risklər üzrə 



limitlərə baxılması və təsdiq olunmaq üçün Müşahidə Şurasına təqdim edilməsi; 

3.

 



bankın  məruz  qaldığı  risklərin  vəziyyəti  və  risklərin  idarə  edilməsi 

sisteminin  effektivliyi  barədə  mütəmadi  olaraq  Müşahidə  Şurasına  hesabatın 

verilməsi; 

4.

 



risklərin  idarə  edilməsini  təmin  edən  sistem,  siyasət,  proses  və  ölçü 

alətlərinin  gücləndirilməsi  üzrə  risklərin  idarə  edilməsi  bölməsinin  təkliflərinə 

baxılması; 

5.

 



risklərin  idarə  edilməsi  prosesinin  təkmilləşdirilməsi  ilə  bağlı  digər 

struktur  bölmələrin  təkliflərinə  baxılması  və  Müşahidə  Şurasına  müzakirəyə 

çıxarılması; 

6.

 



risklərin idarə edilməsi bölməsinin işinin qiymətləndirilməsi və nəticələr 

barədə Müşahidə Şurası və İdarə Heyətinin məlumatlandırılması; 

7.

 

risklərin  idarə  edilməsi  bölməsinin  və  bankdaxili  digər  komitələrin 



səlahiyyətləri ilə bağlı Müşahidə Şurasına təkliflərin verilməsi;  

8.

 



risklərin  idarə  edilməsi  funksiyasını  həyata  keçirən  struktur  bölmələrin 

əməkdaşlarının  bilik  və  bacarıqlarının  artırılması  istiqamətində  tədbirlərin  həyata 

keçirilməsi.  

6.2.2.2.


 

RİK-in  iclasları  ən  azı  ayda  bir  dəfə  keçirilməli  və  nəticələri 

barədə bankın Müşahidə Şurasına hesabat verilməlidir.  



10 

 

6.2.3.


 

İdarə Heyəti: 

6.2.3.1.

 

 İdarə  Heyəti  Müşahidə  Şurası  tərəfindən  təsdiq  edilmiş  risklərin 



idarə  edilməsi  strategiyasının  bankdaxili  qaydalara  uyğun  həyata  keçirilməsini 

təmin etməlidir. 

6.2.3.2.

 

Risklərin  idarə  edilməsi  prosesində  bankın  İdarə  Heyətinin 



səlahiyyətləri aşağıdakılardan ibarətdir: 

1.

 



risklərin idarə edilməsi prosesinin təşkil edilməsi; 

2.

 



bankın məruz qaldığı risklərin təhlili (mikro və makro səviyyədə);  

3.

 



yeni bank məhsullarının təsdiq edilməsi; 

4.

 



bank  riskləri  və  onların  idarə  edilməsinə  dair  RİK-ə  və  Müşahidə 

Şurasına hesabatların təqdim edilməsi; 

5.

 

risklərin idarə edilməsi bölməsinin bankın risk profilinə adekvat şəkildə 



institusionallaşması və onun effektiv fəaliyyəti üçün müvafiq şəraitin yaradılması; 

6.

 



bankın  digər  struktur  bölmələrinin  risklərin  idarə  edilməsi  bölməsi  ilə 

əməkdaşlığının  təmin  edilməsi,  habelə  fəaliyyətinə  müdaxiləsinin  qarşısının 

alınması. 

6.2.4.


 

Baş Risk İnzibatçısı: 

6.2.4.1.

 

Risklərin  idarə  edilməsi  prosesində  Baş  Risk  İnzibatçısının 



səlahiyyətlələri aşağıdakılardan ibarətdir: 

1.

 



risklərin  idarə  edilməsi  funksiyalarının  yerinə  yetirilməsində  İdarə 

Heyətinin fəaliyyətinin əlaqələndirilməsi;  

2.

 

bankın  fəaliyyətinə  aid  risklərin  növlərini  və  ölçüsünü  göstərən  dövri 



hesabatların  etibarlı,  şəffaf  və  kompleks  şəkildə  vaxtı  vaxtında  hazırlanmasının 

təmin olunması; 

3.

 

risklərin  idarə  edilməsini  təmin  edən  sistem,  siyasət,  proses  və  ölçü 



alətlərinin gücləndirilməsi üzrə RİK-ə və Müşahidə Şurasına təkliflərin verilməsi; 

4.

 



bankın  risk  səviyyəsi  və  biznes  proseslərinin  bankın  riskgötürmə 

qabiliyyətinə, risk strategiyasına və risklərin idarə edilməsi üzrə normativ tələblərə 

uyğun təmin edilməsi. 



11 

 

6.2.4.2.


 

Baş  Risk  İnzibatçısı  kreditlərin  verilməsi,  investisiyalar  və  yeni 

məhsullar üzrə İdarə Heyətinin və könüllü əsasda yaradılan bankdaxili komitələrin 

(məsələn, Kredit komitəsi) qərarları ilə razılaşmadıqda, İdarə Heyəti  məsələni 7 iş 

günü  ərzində  Müşahidə  Şurasının  müzakirəsinə  çıxarır  (Baş  Risk  İnzibatçısının 

yazılı əsaslandırılması ilə birlikdə). Müşahidə Şurası məsələ ilə bağlı növbəti 15 iş 

günü müddətində qərar qəbul etməlidir. Bu müddətdə İdarə Heyətinin (bankdaxili 

komitələrin) qərarlarının icrası dayandırılmalıdır.  

6.2.4.3.

 

Baş  Risk  İnzibatçısı  ən  azı  ildə  bir  dəfə  Müşahidə  Şurasının 



iclaslarında iştirak edir.  

6.2.4.4.


 

Baş Risk İnizbatçısı bankda könüllü əsasda yaradılan və kreditlərin 

verilməsi,  investisiyalar  və  yeni  məhsullar  üzrə  qərarlar  qəbul  edən      bankdaxili 

komitələrin üzvü olmalıdır. 

6.2.5.

 

Risklərin idarə edilməsi bölməsi: 



6.2.5.1.

 

 Bankda risklərin gündəlik qaydada səmərəli idarə edilməsini təmin 



edən  risklərin  idarə  edilməsi  bölməsi  yaradılmalıdır.  Bölmənin  rəhbəri  risklərin 

idarə  edilməsi  sahəsində  azı  4  illik  iş təcrübəsinə malik  olmalı  və  Risklərin  idarə 

edilməsi  bölməsinin  rəhbəri  bankın  RİK-in  təqdimatı  ilə  Müşahidə  Şurası 

tərəfindən təyin edilməlidir.  

6.2.5.2.

 

Risklərin  idarə  edilməsi  bölməsinin  bankda  istənilən  məlumat 



bazasına,  bankdaxili  əməliyyat  sistemlərinə,  habelə  daxili  auditin  hesabatlarına 

çıxışı təmin olunmalıdır.  

6.2.5.3.

 

Risklərin idarə edilməsi bölməsi risklərin idarə edilməsi prosesinin 



həyata  keçirilməsi  məqsədi  ilə  digər  struktur  bölmələrdən  tələb  olunan 

məlumatların  tərkibini  müəyyənləşdirir  və  bu  məlumatların  aidiyyəti  struktur 

bölmələr tərəfindən vaxtı vaxtında təqdim olunmasına nəzarət edir.  

6.2.5.4.


 

Risklərin 

idarə 

edilməsi 



bölməsinin 

vəzifələri 

ən 

azı 


aşağıdakılardan ibarətdir: 

1.

 



bankın biznes strategiyasına müvafiq olaraq risklərin idarə edilməsi üzrə 

strategiya və qaydaların, həmçinin onlara əlavə və dəyişikliklərin hazırlanması;  




12 

 

2.

 



risklərin  idarə  edilməsi  üzrə  strategiya  və  daxili  qaydalara  riayət 

edilməsinin  monitorinqi  və  kənarlaşmalar  barədə  hesabatın  RİK-ə  və  İdarə 

Heyətinə təqdim edilməsi; 

3.

 



bütün  növ  əməliyyatlar  üzrə  limitlərin  hesablanması  və  onlara 

dəyişikliklərin edilməsi barədə təkliflərin RİK-ə və İdarə Heyətinə verilməsi; 

4.

 

müxtəlif  risklər  üzrə  müəyyən  edilmiş  limitlərə  riayət  edilməsinin 



nəzarət altında saxlanılması (fərdi və aqreqasiya edilmiş halda);  

5.

 



risklərin  ölçülməsi,  modellərin  seçilməsi,  dizaynı  və  tətbiqi  prosesində 

iştirak; 

6.

 

menecment  informasiya  sistemi  və  risklərin  ölçülməsi  modellərindən 



hesabatların  hazırlanması,  təhlili  və  müvafiq  hesabatların  İdarə  Heyəti,  RİK  və 

Müşahidə Şurasına çatdırılması; 

7.

 

bankın  fəaliyyətini  əhatə  edən  bütün  proseslərə,  yeni  məhsul  və 



xidmətlərə risklərin tanınması və idarə edilməsi konteksindən rəy bildirilməsi; 

8.

 



risk xəritəsinin hazırlanması və onun icrasına nəzarət edilməsi; 

9.

 



stress-testlərin həyata keçirilməsi və  risklərin müəyyənləşdirilməsi üzrə 

digər  metodlar  vasitəsilə  bankın  mövcud  və  məruz  qala  biləcəyi  risklərin  aşkar 

edilməsi; 

10.


 

bankın  digər  struktur  bölmələrindən  alınmış  məlumatların  təhlili, 

risklərin müəyyən edilməsi və qiymətləndirilməsi; 

11.


 

risklərin  idarə  edilməsi  prosesinə  adekvat  və  səmərəli  nəzarət 

prosedurlarının  müəyyən  edilməsi  və  təkmilləşdirilməsinə  dair  təkliflərin  RİK-ə 

verilməsi; 

12.

 

təklif  olunan  yeni  məhsulların  bankın  risk  səviyyəsi  və  ümumi  risk 



profilinə potensial təsirinə dair rəyin bildirilməsi; 

13.


 

risklərin  idarə  edilməsi  işində  bankın  aidiyyəti  struktur  bölmələrinə 

metodoloji yardımın göstərilməsi. 

 

 




13 

 

7. Risklərin idarə edilməsi prosesi 

7.1.


 

Risklərin  idarə  edilməsi  aşağıdakı  səviyyələrdə  hərtərəfli  və  eyni 

vaxtda həyata keçirilməlidir: 

7.1.1.


 

strateji  səviyyə  -  risklərin  və  bankın  riskgötürmə  qabiliyyətinin 

müəyyən  edilməsi,  konsepsiya  və  risklərin  idarə  edilməsinə  dair  strategiya  və 

qaydaların  hazırlanması,  adekvat  nəzarət  sistemlərinin  yaradılması  üzrə  bankın 

Müşahidə Şurası, RİK və İdarə Heyətinin funksiyalarını əhatə edir;  

7.1.2.


 

makrosəviyyə  -  risklərin  idarə  edilməsi  sahəsində  bankın  struktur 

bölmələrinin funksiyalarını və orta menecmentin fəaliyyətini əhatə edir;  

7.1.3.


 

mikrosəviyyə  -  bankın  adından  üzərinə  risk  götürən  və  fəaliyyəti 

əməliyyat  və  daxili  nəzarət  prosedurlarına,  habelə  bankın  rəhbərliyi  tərəfindən 

müəyyən  edilmiş  təlimatlara  riayət  etməklə  məhdudlaşan  şəxslərin  fəaliyyətini 

əhatə edir.  

7.2.


 

Bank  fəaliyyətindən  yaranan  risklərin  müəyyənləşdirilməsi  və 

qiymətləndirilməsi  metodları  bankın  risk  profilinin  həcmi  və  mürəkkəbliyinə 

uyğun tətbiq edilir. 

7.3.

 

Risklərin  ölçülməsi  tezliyi  bankın  fəaliyyətindən  yaranan  risklərin 



həcmi və təbiətinə əsaslanaraq uyğunlaşdırılmalıdır. 

7.4.


 

Tətbiq  olunan  metod  və  ya  sistemlər,  xüsusilə  onlara  dair  fərziyyələr, 

dövri olaraq qiymətləndirilməlidir (cari və tarixi yoxlama). 

7.5.


 

Risklərin 

müəyyənləşdirilməsi

Risklərin 

müəyyənləşdirilməsi 

aşağıdakı metodlar vasitəsi ilə həyata keçirilir: 

7.5.1.

 

risk  xəritəsi.  Risk  xəritəsi  bankın  risklərin  idarə  edilməsi  bölməsi 



tərəfindən  hazırlanmalı  və  nəzarət  olunmalıdır.  Risk  xəritəsinə  ən  azı  rübdə  bir 

dəfə yenidən baxılmalı və lazım gəldikdə əlavə və/və ya dəyişikliklər edilməlidir. 

Risk  xəritəsində  bankın  məruz  qala  biləcəyi  bütün  risklər,  minimum  risk 

kateqoriyası,  alt  kateqoriya,  riski  yaradan  daxili  və  kənar  səbəblər,  riskin  yarada 

biləcəyi  digər  risklər  və  mümkün  zərərlər  öz  əksini  tapmalıdır,  habelə  riskin 



14 

 

başvermə  tezliyi,  riskin  idarə  edilməsi  və  qiymətləndirmə  alətləri,  riskin  idarə 

edilməsi üzrə məsul şəxs və ya struktur bölmə müəyyən olunmalıdır; 

7.5.2.


 

sorğular.  Müəyyənləşdirilməsi  çətin  olan  müxtəlif  risklərin 

aşkarlanması  üçün  sorğulardan  istifadə  olunmalıdır.  Sorğuların  hazırlanması 

zamanı  psixoloji  və  statistik  amillər  nəzərə  alınmalıdır.  Sorğuların  mövzusu  və 

keçirilməsi dövriliyi RİK tərəfindən müəyyən edilməlidir. Sorğular risklərin idarə 

edilməsi  bölməsi  tərəfindən  mövzuya  uyğun  olaraq  bankın  aidiyyəti  struktur 

bölmələri ilə birgə hazırlanmalıdır.  

7.5.3.


 

empirik  təhlillər.  Bank  risklərin  müəyyənləşdirilməsi  üçün  empirik 

məlumatlara,  daxili  və/və  ya  kənar  bankların  təcrübələrinə  və  itki  məlumatlarına 

əsasən mütəmadi olaraq təhlillər aparılmalıdır. 

7.5.4.

 

ssenari təhlilləri. Ssenari təhlilləri bu Qaydalarda göstərilmiş hər bir 



əsas risk kateqoriyası üzrə ən azı ayda bir dəfə həyata keçirilməlidir. 

7.6.


 

Risklərin  idarə  edilməsi  bölməsi  tərəfindən müəyyənləşdirilmiş  risklər 

müvafiq  risk  kateqoriyaları  və  alt  kateqoriyalar  üzrə  qruplaşdırılmalı,  nəticələr 

sənədləşdirilməli və onlar barədə RİK-ə və İdarə Heyətinə hesabat verilməlidir.   

7.7.

 

Risklərin  ölçülməsi. Risklərin  ölçülməsi  risklərin  müəyyənləşdirilməsi 



prosesində  əldə  edilmiş  nəticələr  əsasında  həyata  keçirilməlidir.  Bu  zaman 

kəmiyyət  və  keyfiyyət  göstəricilərinin  təhlili  əsasında  bankın  riskgötürmə 

qabiliyyəti  müəyyən  edilir  və  risk  səviyyəsi  qiymətləndirilir.  Müxtəlif  risk 

kateqoriyalarının  ölçülməsi  üçün  istifadə  olunan  metodların  ətraflı  izahı  müvafiq 

qaydalarda öz əksini tapmalıdır. Risk kateqoriyalarının qiymətləndirilməsi üçün ən 

azı riskə məruz dəyər modelləri və stress-testlərdən istifadə olunmalıdır. 

7.7.1.

 

Riskə məruz dəyər modelləri: riskə məruz dəyər hər hansı bir müddət 



ərzində (ən azı 1 (bir) il), əvvəlcədən müəyyən edilmiş əminlik dərəcəsi ilə ehtimal 

olunan zərərin maksimum məbləğidir. Həmin məbləğ bankın müxtəlif risk növləri 

üzrə ehtimal olunan zərərin həcmini əks etdirir. İstənilən riskə məruz dəyər modeli 

tətbiq  edilərkən  əminlik  dərəcəsi  kimi  minimum  olaraq  99%    (bir  tərəfli) 

götürülməlidir. 



15 

 

7.7.2.


 

Stress-testlər:  Hər  bir  bankda  onun  risk  profilinə  mənfi  təsir  edə 

biləcək  hadisələrin  müəyyənləşdirilməsi  üçün  bankın  həcmindən  və  onun 

fəaliyyətinin  mürəkkəbliyindən  asılı  olaraq  müvafiq  bankdaxili  qaydalara  uyğun 

stress-test modelləri hazırlanmalı və ən azı ildə bir dəfə yenilənməlidir.  

7.7.2.1.


 

Stress-test  modeli  çərçivəsində,  kəskin  zərərlərə  gətirib çıxaran  və 

risklərin  idarə  edilməsini  çətinləşdirən  hər  bir  şok  və  onun  ekstremal  həddə 

dəyişilməsi  ehtimalı  nəzərə  alınmalıdır.  Bu  şoklar  bazar,  kredit,  likvidlik, 

əməliyyat və digər risklərin komponentlərini özündə cəmləşdirir.  

7.7.2.2.


 

Stress-testlərin  keçirilməsi  nəticəsində  bank  kapitalının  şoklara 

dözümlüyü,  şoklar  nəticəsində  bankın  məruz  qaldığı  maksimum  itki  və  bankın 

fəaliyyətindəki digər boşluqlar müəyyən edilir.  

7.7.2.3.

 

Stress-testlər  həyata  keçirilərkən  “çox  əlverişsiz”,  “əlverişsiz”  və 



“ehtimal  olunan”  ssenarilər  tərtib  olunmalı  və,  ehtimallar  daxil  olmaqla,  hər  bir 

ssenari  üçün  ayrıca  meyarlar  və  şoklar  müəyyən  edilməlidir.  Stress-testlərin 

hazırlanması  zamanı  bank  tarixi  məlumatlardan,  potensial  riskləri  və  maksimal 

itkiləri nəzərə alan ehtimal oluna bilən ssenarilərdən istifadə edilməlidir.  

7.7.2.4.

 

Stress-testlər ən azı rübdə bir dəfə həyata keçirilməlidir. 



7.7.2.5.

 

 Stress-testin  nəticələri  və  müəyyən  olunmuş  risklərin  qarşısının 



alınması  üçün  hazırlanmış  tədbirlər  planı  bankın  Müşahidə  Şurası  və  İdarə 

Heyətinə təqdim edilməlidir. 

7.7.2.6.

 

Stress-testin  nəticəsi  olaraq  bankın  fövqəladə  hallar  planına 



yenidən baxılmalı, zəruri hallarda əlavə və dəyişikliklər edilməlidir.  

7.7.2.7.


 

Stress-test  nəticələrindən  asılı  olaraq,  bank    Mərkəzi  Bankın 

müəyyən  etdiyi  normalara  riayət  etmək  məqsədi  ilə  potensial  kapital 

çatışmazlığının aradan qaldırılması proqramını tərtib etməlidir.  

7.7.2.8.

 

Stress-testlərin  keçirilməsi  prosesi  ,  habelə  stress-test  nəticələrinin 



təhlili bankın aidiyyəti struktur bölmələri ilə birgə həyata keçirilməlidir.  

7.7.2.9.


 

Stress-testlərin  nəticələri  barədə  hesabatlar  rüblük  əsasda 

prudensial hesabatlarla birgə Mərkəzi Banka təqdim edilməlidir. 



16 

 

7.8.


 

Risklərin  qiymətləndirilməsi.  Risklərin  qiymətləndirilməsi  zamanı 

istifadə  edilən  bütün  rəqəmsal  modellər  “əks  yoxlama”  prinsipinə  tabe olmalıdır. 

“Əks  yoxlama”  prosesi  ehtimal  olunan  nəticələri  faktiki  nəticələrlə  müqayisə 

etməklə  tətbiq  olunan  modelin  adekvatlığının  müəyyən  edilməsi  üçün  həyata 

keçirilir.  Əvvəl  hesablanmış  ehtimal  olunan  nəticə  faktiki  nəticədən  kəskin 

fərqləndikdə modellərə müvafiq dəyişikliklərin edilməsi və onların cari makro və 

mikroiqtisadi  şəraitə  uyğunluğu  təmin  olunmalıdır.  “Əks  yoxlama”nın  nəticələri 

RİK-ə və İdarə Heyətinə təqdim edilməlidir.  

7.9.


 

Risklərin  tənzimlənməsi.  Risklərin  tənzimlənməsində  aşağıdakı 

elementlər mövcuddur: 

7.9.1.


 

riskin qəbul edilməsi; 

7.9.2.

 

riskin minimallaşdırılması; 



7.9.3.

 

riskin ötürülməsi; 



7.9.4.

 

riskdən qaçma. 



7.10.

 

Qəbul  edilmiş  metod,  ssenari  və  modellərin  tətbiqindən  əldə  edilmiş 



nəticələr barədə RİK-ə və İdarə Heyətinə hesabat verilməlidir. RİK nəticələri təhlil 

edərək  risklərin  effektiv  idarə  edilməsi  üçün  onların  qəbul  edilməsi,  azaldılması, 

ötürülməsi,  habelə  riskdən  qaçma  kimi  tədbirlərin  həyata  keçirilməsi  ilə  bağlı 

risklərin idarə edilməsi bölməsinə müvafiq göstərişlər verməlidir.  

7.11.

 

Bankda hər bir risk növünə daimi nəzarəti həyata keçirən monitorinq 



sistemi  yaradılmalıdır.  Risklərin  daimi  monitorinqi  erkən  xəbərdarlıq  sistemi 

vasitəsilə  aparılmalıdır.  Erkən  xəbərdarlıq  sistemi  bank  fəaliyyətində  istifadə 

edilən  müxtəlif  əmsal  və  faktorların  onlar  üzrə  müəyyən  edilmiş  limitlərə 

yaxınlaşması  nəticəsində  müxtəlif  təhlükələrin  yaranma  ehtimalları  və  risklər 

barədə  məlumatların  verilməsini  təmin  edir.  Erkən  xəbərdarlıq  alətləri  kimi 

istifadə edilən limitlər bankda risklərin idarə edilməsi bölməsi tərəfindən müəyyən 

edilməli və Müşahidə Şurası tərəfindən təsdiq olunmalıdır.  

 

 



17 

 

8. Risk məlumatlarının aqreqasiyası və risk hesabatlığı 

8.1.


 

Bankda  bütün  əsas  risk  sahələri  (kredit,  bazar,  likvidlik,  əməliyyat), 

həmçinin  balansdankənar  risklər  daxil  olmaqla,  mövcud  olan  digər  risklərin 

qiymətləndirilməsi, ölçülməsi, idarə edilməsi və onlara nəzarəti təmin etmək üçün 

adekvat risk məlumatlarının aqreqasiyası və risk hesabatlığı sistemi yaradılmalıdır.  

8.2.


 

Bankın  risk  məlumatlarının  aqreqasiyası  və  risk  hesabatlığı  çərçivəsi 

Müşahidə Şurası tərəfindən təsdiq edilməlidir.  

8.3.


 

Bankda  risk  məlumatlarının  aqreqasiyası  və  risk  hesabatlığının 

effektivliyini təmin edən menecment informasiya sistemi (MİS) yaradılmalı və bu 

sistem vasitəsi ilə aşağıdakılar həyata keçirilməlidir: 

8.3.1.

 

gündəlik 



risklərin 

müəyyənləşdirilməsi, 

qiymətləndirilməsi, 

tənzimlənməsi və onlara nəzarət olunması; 

8.3.2.

 

müəyyən  edilmiş  prosedurlara  və  limitlərə  riayət  olunmasının 



yoxlanılması; 

8.3.3.


 

risk göstəricilərindəki meyllərin izlənməsi; 

8.3.4.

 

normativ  tələblərlə  və  bankdaxili  qaydalarla  müəyyən  edilmiş 



formatda müxtəlif hesabatların hazırlanması;  

8.3.5.


 

stress-testlərin həyata keçirilməsi. 

8.4.

 

MİS  qeyd  olunmuş meyarları  izləmək  və  hər  hansı  bir  göstərici  kritik 



həddə çatdıqda bank rəhbərliyini məlumatlandırmaq imkanına malik olmalıdır.  

8.5.


 

MİS  tərəfindən  hazırlanan  hesabatlara  Müşahidə  Şurası,  İdarə  Heyəti, 

RİK və digər aidiyyəti əməkdaşların çıxışı olmalıdır. 

8.6.


 

Risk  hesabatlarında  məlumatlar  aydın  və  yığcam  şəkildə  verilməli, 

hesabatlar  asan  anlaşılan,  lakin  eyni  zamanda  qərar  qəbul  etmək  üçün  kifayət 

qədər müfəssəl olmalıdır. 

8.7.

 

Bankın  müxtəlif  risk  növləri  üzrə  məlumatların  ictimaiyyətə 



açıqlanması  “Banklarda  korporativ  idarəetmə  standartları”nın  14-cü  maddəsinə  

uyğun həyata keçirilməlidir.  




18 

 

9. Risk limitləri 

9.1.


 

Bankın  fəaliyyətindən  yaranan  kredit  riski,  bazar  riski,  likvidlik  riski 

və  əməliyyat  riski  kimi  ölçülə  bilən  risklərə  dair  limitlər  müəyyən  edilməlidir. 

Risk  limitləri  müvafiq  daxili  sistemlərinin  inzibatçısı,  risklərin  idarə  edilməsi 

bölməsinin  rəhbəri,  o  cümlədən  müvafiq  yüksək  səviyyəli  rəhbərliklə  birgə 

müəyyən edilir. Risk limitlərinin növləri  və səviyyəsi Müşahidə Şurası tərəfindən 

təsdiq olunmalıdır. 

9.2.


 

Risk  limitləri  bankın  ölçüsünə,  risk  səviyyəsinə,  fəaliyyət 

istiqamətlərinə,  məhsul  və  xidmətlərinin  mürəkkəbliyinə  uyğun  müəyyən 

edilməlidir. 

9.3.

 

Risk  limitləri  risk  götürən  əməkdaşlar,  struktur  bölmələr  və  ümumi 



bank  üzrə  müəyyən  edilməlidir.  Bankda  risk  limitlərinin  müəyyən  edilməsi, 

yenilənməsi,  monitorinqi  və  hesabatlığı  ilə  bağlı  daxili  prosedurlar  müəyyən 

olunmalıdır.  

9.4.


 

Risk  limitləri  müntəzəm  olaraq  nəzərdən  keçirilməli,  mövcud  bazar 

şərtlərinə və bank strategiyasındakı dəyişikliklərə uyğunlaşdırılmalıdır. 

9.5.


 

Limitlərə  riayət  olunması  risklərin  idarə  edilməsi  bölməsi  tərəfindən 

izlənilməli  və  hər  hansı  pozuntu  aşkar  edildikdə  dərhal  Baş  Risk  İnzibatçısına 

məlumat verilməlidir.  

9.6.

 

Bankda risk  limitlərində baş  vermiş  pozuntuların  aradan qaldırılması 



üçün həyata keçirilən tədbirlərə dair prosedurlar müəyyən edilməlidir. 

10. Yeni məhsullar və xidmətlər 

10.1.


 

Bank  yeni  məhsul  təqdim  edərkən  qabaqcadan  hazırlıq  prosesi 

aparmalıdır.  Bu  prosesə  məhsulun  bankın  strategiyasına  uyğunluğunun  təhlili  və 

məhsulla əlaqəli əsas risklərin müəyyən edilməsi daxildir. 

10.2.

 

Yeni  məhsul  və  ya  xidmət  təklif  edilərkən  aşağıdakılar  nəzərə 



alınmalıdır: 

10.1.1.


 

məhsul və ya xidmətin ətraflı təsviri; 




19 

 

10.1.2.


 

məhsul və ya xidmətdən yarana biləcək risklərin qiymətləndirilməsi; 

10.1.3.

 

məhsul və ya xidmətin xərc-gəlir təhlili; 



10.1.4.

 

yeni  məhsul  və  ya  xidmət  üçün  effektiv  risk  idarəetməsini  həyata 



keçirmək üçün lazım olan resursların müəyyənləşdirilməsi; 

10.1.5.


 

yarana  biləcək  risklərlə  bağlı  ölçü,  monitorinq  və  nəzarət 

prosedurlarının icrası. 

10.3.


 

Yeni  məhsul  və  ya  xidmətin  təklif  olunması  ilə  bağlı  bankın  bütün 

aidiyyəti bölmələri tərəfindən bildirilən rəylər nəzərə alınmalıdır. 

10.4.


 

Bank  yeni  məhsul  və  ya  xidmət  təqdim  olunduqdan  sonra 

qiymətləndirmə  aparmalı,  gələcəkdə  oxşar  məhsul  və  ya  xidmətlər  təklif 

olunduqda bu qiymətləndirmə nəzərə alınmalıdır. 



11. Risklərin idarə edilməsi üzrə fövqəladə hallar planı 

11.1.


 

Hər  bir  bankda  fövqəladə  hallarda  yaranan  risklərin  qarşısının 

alınması üçün və bankın davamlı biznes fəaliyyətinin təmin olunması məqsədi ilə 

həyata keçiriləcək prosedurları özündə əks etdirən plan (bundan sonra - fövqəladə 

plan) olmalıdır. 

11.2.


 

Fövqəladə  plan  bankın  risklərin  idarə  edilməsi  bölməsi  tərəfindən 

hazırlanmalı,  RİK  və  İdarə  Heyəti  tərəfindən  baxılmalı  və  Müşahidə  Şurası 

tərəfindən təsdiq olunmalıdır.  

11.3.

 

Fövqəladə planda aşağıdakılar öz əksini tapmalıdır: 



11.3.1.

 

fövqəladə halların təsnifləşdirilməsi; 



11.3.2.

 

fövqəladə  hallarda  pozulmuş  biznes  fəaliyyətinin  bərpa  edilməsi 



üçün məsul şəxslərin səlahiyyətləri; 

11.3.3.


 

fövqəladə  hallarda  müxtəlif  risk  kateqoriyalarının  qarşısının 

alınması məqsədi ilə atılmalı addımlar; 

11.3.4.


 

fövqəladə hallarda cəlb ediləcək kapital vəsaitlərinin mənbəyi; 

11.3.5.

 

fövqəladə hallarda bankın nüfuz riskindən qorunma siyasəti; 




20 

 

11.3.6.


 

fövqəladə 

hallarda 

bank 


əməliyyatlarının 

və 


fəaliyyət 

istiqamətlərinin əhəmiyyət dərəcəsi üzrə təsnifləşdirilməsi. 

11.4.

 

Hər  bir  bankda  məlumatların  təhlükəsiz  saxlanılması  məqsədi  ilə 



məlumatların  qorunması  sistemi  yaradılmalıdır.  Məlumatlar  mütəmadi  olaraq 

arxivləşdirilməli  və  təhlükəsiz  yerdə  saxlanılmalıdır.  Bu  prosesin  həyata 

keçirilməsi  üzrə  müvafiq  qaydalar  hazırlanmalı  və  Müşahidə  Şurası  tərəfindən 

təsdiq edilməlidir.  

11.5.

 

Bankın  fövqəladə  planına  ən  azı  ildə  bir  dəfə  yenidən  baxılmalı  və 



müvafiq əlavə və dəyişikliklər edilməldir. Fövqəladə plana yenidən baxılan zaman 

daxili  və  kənar  amillər  üzrə  müxtəlif  ssenarilər  test  edilməli  və  testin  nəticələri 

plana ediləcək əlavə və dəyişikliklərdə nəzərə alınmalıdır. 

11.6.


 

Fövqəladə  hallarda  risklərin  aradan  qaldırılmasında  iştirak  edən  hər 

bir şəxs fövqəladə plan və ona edilmiş əlavə və dəyişikliklər barədə risklərin idarə 

ediləsi bölməsi tərəfindən məlumatlandırılmalıdır. 



11.7.

 

Bankın  fövqəladə  planı  üzrə  aidiyyəti  işçilər  təlimləndirilməli  və 



sınaqlar keçirilməsi mümkün olan hallar üzrə bu praktika tətbiq edilməlidir. 

 

Yüklə 165,99 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə