Mm-dən mühazirələrin kanspekti


«Yüksək səfərbərlik halları ilə müşahidə olunan kəs­kin psixi-emosional şok mərhələsi”



Yüklə 1,17 Mb.
səhifə78/79
tarix23.12.2023
ölçüsü1,17 Mb.
#157440
növüMühazirə
1   ...   71   72   73   74   75   76   77   78   79
Mm-d n m hazir l rin kanspekti

«Yüksək səfərbərlik halları ilə müşahidə olunan kəs­kin psixi-emosional şok mərhələsi”. Bu mərhələ adətən qısa müd­dətli donub qalma halından sonra inkişaf edir, 3-5 saat da­vam edir və ümumi psixi gərginliklə, psixofizioloji ehtiyatların çox yüksək səfərbərliyi, qavrayışın kəskinləşməsi, düşünmə pro­seslərinin artması, ehtiyatsız hünər (xüsusən, yaxınların xi­las edilməsində) və eyni zamanda vəziyyətin tənqidi qiy­mət­lən­dirilməsinin aşağı düşməsi, lakin məqsədə uyğun fəaliyyətə qəbil olmanın saxlanılması ilə səciyyələnir. Emosional halda bu dövrdə baş gicəllənməsi və baş ağrıları, ürək döyüntüsü, ağı­z­da quruluq, çətin nəfəsalma ilə müşayiət olunan ümidsizlik üstünlük təşkil edir. Davranış bu dövrdə məhz yaxınların xilas edilməsi imperativinə, sonradan isə əxlaq, peşə və qulluq borcu haqda təsəvvürlərin reallaşmasına tabedir. Səmərəlilik kom­po­nent­lərinin olmasına baxmayaraq, məhz bu dövrdə təlaş reak­si­ya­larının və bu reaksiya ilə digərlərinin yoluxdurulması daha çox ehtimal ediləndir ki, bu da öz növbəsində xilasetmə əmə­liy­yatının keçirilməsini xeyli mürəkkəbləşdirə bilər.
Psixi-fizioloji sustalma (demobilizasiya) mərhələsi” üç sutkayadək davam edir. Bir çox hallarda bu mərhələnin baş­lan­ması baş vermiş faciənin miqyasının dərk edilməsi (“dərket­mə stresi”) ağır yaralar və cəsədlərlə ünsiyyət, eləcə də xi­la­s­et­mə və tibbi briqadaların gəlməsi ilə əlaqələndirilir. Bu dövr üçün əhvalı və psixi-emosional halın kəskin pisləşməsi, çaş­qın­lıq hissinin artması (özünəməxsus laqeydlik halınadək), ay­rı-ayrı təlaş reaksiyalar, davranışda əxlaq normalarının aşağı düş-məsi, hər hansı fəaliyyətdən imtina və bu fəaliyyətə heç bir sə­bə­bin sezilməməsi səciyyəvidir. Eyni vaxtda kəskin depressiv ten­densiyalar, diqqət və hafizə funksiyalarının pozulması (mü­şa­hidə olunanlar faciə vaxtı nə etdiklərini aydın xatırlamırlar, təbii ki, zaman keçdikcə hafizədəki bu “boşluqlar” dolur) mü­şa­hidə olunur. Xəstələr bu dövrdə adətən ürəkbulanmadan, baş­da olan “ağırlıqdan”, mədə-bağırsaq yolunda narahatlıqdan, iş­tahanın olmamasından, kəskin zəiflikdən, nəfəsalmanın çətin ol­masından şikayətlənirlər. Zərərçəkənlərin əhval-ruhiyyəsinin sonrakı dinamikası bir çox hallarda faciəvi hadisələrdən sonra onların aldığı zədələr və mənəvi-psixoloji vəziyyətləri, ekstre­mal faktorların təsir spesifikası ilə müəyyənləşir.
Psixi-fizioloji sustalmanın (demobilizasiya) arxasınca da­yanıqlı olaraq dördüncü - “həlledilmə mərhələsi” müşahidə olunur (3 gündən 12 günədək). Bu zaman əhval-ruhiyyənin get-­gedə stabilləşməsi baş verir. Lakin obyektiv məlumatların nəti­cələrinə görə müşahidə olunanların əksəriyyətində zəif emo­sional fon, ətrafdakılarla əlaqələrin məhdudlaşdırılması, nit­qin intonasiya rəngarəngliyinin aşağı düşməsi, hərəkətin ləngliyi, yuxu və iştahın pozulması, eləcə də müxtəlif psi­xo­ma­tik reaksiyalar (xüsusilə ürək-damar sistemində, mədə- bağı­r­saq yolunda və hormonal sferada) davam edir. Bu mərhələnin so­nunda zərərçəkənlərin bir çoxunda baş vermiş hadisələrin şa­hidləri olmayanlara bir qədər həyəcanla “ürəyini boşaltmaq” is­tə­yi yaranır. Psixoloji mühafizə təbii mexanizmlər sisteminə da­­­xil olan fenomen bir çox hallarda zərərçəkənlərə xeyli rahat­lıq gətirir, onların faciəli hadisələrlə bağlı təəssuratlarının trans­­formasiyası nəticəsində həyəcan və qarabasma məzmunlu pozulmuş yuxularını bərpa edir. Psixofizioloji halın “bərpa mər­hələsi” əsasən ekstremal faktorun təsirindən sonra ikinci həf­tənin sonunda başlayır və özünü ilk əvvəl davranış reak­si­yalarında daha aydın biruzə verir: bu zaman insanlarla ünsiyyət fəallaşır, nitqin emosional rəngarəngliyi və mimik reaksiyalar nor­mal hala gəlir, faciədən sonra ilk dəfə zarafatlar səslənir, mü­ayinədən keçənlərin bir çoxunda yuxu görmə bərpa edilir.
Zərərçəkənlərdə tranzitor psixopatologiyanın əsas for­ma­ları adətən: astenodepressiv hallar - 56%; psixogen stupor-23%; ümumi psixomotor həyəcan - 11%; autizasiya təzahürlü ifadəli neqativizm - 4%; sayıqlama-hallusinator reaksiyalar - 3%; qeyri-adekvatlıq, eyforiya - 3%.
Daha gec müddətlərdə (bir aydan sonra) zərərçəkənlərin 12%-22% -də yuxunun dayanıqlı pozulması, əsaslandırılmamış qorxular, təkrar olunan dəhşətli yuxular, sayıqlama-hallusinator və digər vəziyyətlər meydana çıxır, mədə-bağırsaq yolunun, ürək-damar və endokrin sistemlərinin psixosomatik pozuntuları ilə əlaqələnən asteno-nevroz reaksiyaların əlamətləri isə zərər­çə­kənlərin 75%-də müəyyən edilir (“sonraya saxlanmış reak­si­ya­lar mərhələsi”). Eyni zamanda xüsusi yanaşmalar tələb edən daxili və xarici münaqişəlilik artır.
"Beslan hadisələrinə müraciət edərək etiraf etmək la­zım­dır ki, zərərçəkənlərin halının ağırlığı və dinamikası xeyli fərqli ola bilər. İnsan valideynlərini itirdikdə dünya onun nəzərində sanki tənhalaşır, bununla belə, dərd nə qədər acı olsa da, bu bi­zim hadisələrin təbii gedişatına aid təsəvvürlərimizlə uyğun gə­lir (valideynlər dünyadan uşaqlarından əvvəl köçməlidir). Uşaq öldükdə, dünyanın bütün çalarları illər, onilliklər, bəzən də hə­mi­şəlik sönür.
İnsanların baş vermiş faciədən minlərlə kilometr aralıda olduğu halda subyektin hər hansı müşahidəyə qaçılmaz psi­xo­emosional vəziyyətdə qoşulması duran bazis həyəcanının güc­lən­məsi və psixofizioloji halının pisləşməsi- məlum faktdır. Məhz “müşahidə” xüsusi qeyd olunmalıdır.
Ümumiyyətlə faciəvi hadisələrdən sonra millətin həm­rəy­li­yi güclənir, insanlar həyatda doğruluğa, alicənablığa, sə­mi­mi­li­yə yol açan parlaq dəyişikliklərə güclü tələbat hiss edirlər, bu isə bütün dövlət orqanları nümayəndələrinin üzərinə xüsusi öhdəliklər qoyur.

Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə