Moqalaqe da ekonomika azeri indd


VƏTƏNDAŞ VƏ İQTİSADİYYAT. MAİA QONAŞVİLİ, LİA TODUA İSTEHLAKÇILARIN HÜQUQLARININ QORUNMASI



Yüklə 3,13 Mb.
Pdf görüntüsü
səhifə15/22
tarix12.08.2018
ölçüsü3,13 Mb.
#62318
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   22

46

VƏTƏNDAŞ VƏ İQTİSADİYYAT. MAİA QONAŞVİLİ, LİA TODUA



İSTEHLAKÇILARIN HÜQUQLARININ QORUNMASI 

„Bizim hamımız istehlakçıyıq“

Con Kennedi, ABŞ-ın 35-ci prezidenti

15 mart 1962 il

Bu ifadə Beynəxalq İstehlakçıların Müdafi ə gününün martın 15-də 

təsis edilməsinin əsasını qoydu  (1983-cü ildən qeyd edilir).

Alış-verişdə hamımız iştirak edirik. Bəziləri satır, hamımız isə alırıq. Bizim hamımız 

istehlakçılarıq. İstehlakçı özünü və ya ailəsinin şəxsi (qeyri-kommersiya) tələbatları üçün məhsulu/

xidməti alan şəxsdir.

1985-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında dünyanın 159 ölkəsinin 

nümayəndələri yekdilliklə istehlakçılara dövlət tərəfi ndən xüsusi müdafi ə gərək olduğu haqqında 

bəyannamə qəbul etdilər. Amma bu günə qədər istehlakçıların hüquqları və onların müdafi ə vasitələri 

ölkələrə əsasən çox fərqlənir. 

Təəssüfl ər olsun ki, hal-hazırda istehlakçıların hüquqlarının müdafi əsi çox zəif halda göstərilir. 

İstehlakçıların maraqlarının müdafi əsinin dövlət xidməti yalnız üç sahədə mövcuddur:

•   Elektrik enerjisi, qaz və su ilə  təchizat sahəsində, - istehlakçıların maraqlarının ictimai 

müdafi əçisi (onun internet səhifəsidir: http://pdci. ge/);

•  

Kommunikasiyalar 



sahəsində - istehlakçıların  maraqlarının ictimai müdafi əçisi (onun in-

ternet səhifəsidir: http://momkhmarebeli.gncc.ge/);

•  

Bank 


sahəsində - Gürcüstan Milli bankının istehlakçılarının hüquqlarının müdafi ə şöbəsi 

(onun internet səhifəsidir: http://nbg.gov.ge/cp/)

Digər istehlak sahələrində istehlakçıların hüquqlarının müdafi əsinin dövlət orqanları yoxdur və 

istehlakçı maraqlarını qorumaq üçün yalnız məhkəməyə müraciət edə bilər. 

Avropa İttifaqı-Gürcüstan assosiasiya edilmiş müqavilə ilə nəzərə alınmışdır ki, 2019-cu ildə 

Gürcüstanda istehlakçıların hüquqlarının müdafi ə qanunvericiliyi qüvvəyə minməlidir və bu da Av-

ropa İttifaqının qanunvericiliyinə analoji olacaqdır.

Avropa 


İttifaqının qanunvericiliyi istehlakçıların 

müdafi əsinin yüksək səviyyəsini nəzərdə tutur. Məsələn, növbəti 

tələblərin yerinə yetirilməsi təmin edilmişdir: 

•  


İstehsalçı istehlakçı ilə  ədalətli müqavilə bağlamalıdır 

və bunda hər iki tərəfi n eyni hüquq və öhdəlikləri olur. 

İstehlakçını qeyri-bərabər, uduşsuz vəziyyətə salan 

müqavilə şərtləri ləğv edilir. Buna misal olaraq, həmin 

yazını göstərmək olar ki, təchizatçı istənilən vaxt, öz 

istəyinə  əsasən, xidməti dayandıra və ya dəyişdirə, 




47

 FƏSİL VI. ƏMLAK ƏLAQƏLƏRİ

onun qiymətini artıra biər, natamam çatdırılan 

malın/xidmətin halında istehlakçıya kompensasiya 

verməyə bilər, onun hərəkətinə/hərəkətsizliyinə görə 

istehlakçının sağlamlığına vurulan ziyanı ödəməyə 

bilər və s. Bundan başqa, müqavilənin qarışıq/

anlaşılmaz  şərtləri hər zaman istehlakçının xeyrinə 

şərh ediləcəkdir. 

 •   İstehlakçını çaşdıran və aqressiv ticarət üsulları 

qadağan edilir. Bunlara, məsələn, növbətilər hesab 

edilir: 


•  

Malın/xidmətin telefonla, elektron poçtla və ya başqa 

vasitələrlə israrla təklif edilməsi; istehlakçıya malın 

əlçatması və ya qiyməti haqqında yanlış məlumatın 

çatdırılması (“bunu başqa yerdə tapa bilməzsən”, 

“bu qiymətə heç yerdə tapa bilməzsən” və s.); 

istehlakçıda malın mənşəyi və ya istehsalçısı/brendi 

haqqında yanlış təsəvvürün yaradılması; istehsalçının 

inandırılması ki, mal  bitir və ya mağaza bağlanır, - 

bunun həqiqətə uyğun olmadığında; istehlakçını onun 

mükafat udmasına inandırmaq, halbuki həqiqətdə 

“mükafatı” qəbul etmək istehlakçı  tərəfi ndən hər 

hansı bir məbləğin açılması ilə  əlaqədardır; istehlakçıya tələb etmədiyi malı çatdırmaq 

(başqasına əlavə olaraq) və bunun müqabilində məbləğ tələb etmək;  istehlakçının b.a. “pi-

ramida sxemlərinə” cəlb etmək, bu zaman ona sxemə yeni insanları  cəlb etmək/qoşmaq 

üçün kompensasiya təklif olunur; istehlakçılar arasında malın/xidmətin başqasının alıb və 

çox razı qaldığı haqqında yanlış təsəvvür yaratmaq və s.

•  


İstehlakçıya ona vəd edilən məhsul/xidmət verilməlidir. Əks halda, istehlakçı kompensa-

siya tələb edə bilər. Bu, məsələn turist xidmətinə aiddir, - real servisin vəd edilənə uyğun 

olmadığı halda.

•  


Avropa 

İttifaqında əldə edilən uzunmüddətli istehlak malına qanunla ikiillik icbari zəmanət 

təsis edilmişdir. Əgər istehlakçı tərəfi ndən əldə edilən malın nöqsanı olarsa, o zaman bu 

müddət ərzində malı satan mağaza pulsuz təmir etməli və ya dəyişdirməlidir. Bu hüququn 

istifadəçi ilə bağlanılan hər hansı bir müqavilə ilə danılması mümkün deyil. Satıcının və ya 

istehsalçının tərəfi ndən verilən zəmanət vərəqinin yalnız əlavə funksiyası vardır.  

•  

Bundan 


başqa, internetdə əldə edilən malla münasibətdə, onun qəbulundan 14 gün ərzində 

istehlakçı qüsursuz malı satıcıya qaytara bilər (məsələn, ölçüsünün uyğun olmamasına görə 

və ya sadəcə malı almaq fi krindən döndüyündə).

•  


Bankdan 

götürülən kreditlə münasibətdə  də istehlakçının eyni hüquqları vardır – 

müqavilənin imzalandığından 14 gün ərzində istifadəçi sadəcə fi krindən döndüyünə görə

müqaviləni ləğv edə bilər. Əlbəttə ki, bunun üçün o, götürdüyü məbləği qaytarmalı və bank 

tərəfi ndən çəkilən digər xərcləri ödəməlidir.  



48

VƏTƏNDAŞ VƏ İQTİSADİYYAT. MAİA QONAŞVİLİ, LİA TODUA



BİLİRSİNİZMİ Kİ...

Yəqin sizlərdən hər biriniz bank reklamı ilə rastlaşmısınız ki, bu və ya digər mal üçün sıfır 

faizlik istehlakçı kreditini təklif edir. Məsələn, belə biri:

„DINCƏLMƏYƏ GETMƏK ISTƏYIRSINIZ, YENI TEXNIKA 

ALMAQ ISTƏYIRSINIZ, MAŞIN ALMAQ ISTƏYIRSINIZ?

 KIFAYƏT QƏDƏR PULUNUZ YOXDUR? SIZ 0%-DƏN 

ISTEHLAKÇI KREDITINI GÖTÜRƏ BILƏRSINIZ”.

Avropa  İttifaqının bütün ölkələrində istehlakçılara  

yardım mərkəzləri fəaliyyət göstərirlər (European Consumer 

Centres) və burada istehlakçılar pulsuz məsləhət və köməklik 

ala bilərlər. Bundan başqa, bütün ölkələrdə inzibati orqan 

fəaliyyət göstərir ki, bu da istehsalçıların istehlakçıların 

hüquqlarını  nə  dərəcədə müdafi ə etdiklərini yoxlayır. Bu, 

istehlakçıların müdafi ə ombudsmeni, xidməti və ya hökumət tərəfi ndən maliyyələşdirilən digər 

təşkilat ola bilər. İstehlakçıların hüquqlarını pozan istehsalçı 

cərimə olunur. Eləcə də Avropa İttifaqının bütün ölkələrində 

istehlakçıların hüquqlarını qoruyan qeyri-hökumət təşkilatları 

fəaliyyət göstərirlər.

Avropa  İttifaqında istehlakçıların hüquqları  və onların 

müdafi ə vasitələri ilə  ətrafl ı olaraq internetdə tanış ola 

bilərsiniz,  növbəti ünvanda: http://europa.eu/youreurope/

citi-zens/consumers/. Yaxın gələcəkdə, mərhələlərlə gürcü 

istehlakçılarının da oxşar mühafi zəsi olacaqdır. 



Yüklə 3,13 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə