Mövlüd Süleymanlı



Yüklə 6,83 Mb.
Pdf görüntüsü
səhifə18/213
tarix31.10.2018
ölçüsü6,83 Mb.
#77269
1   ...   14   15   16   17   18   19   20   21   ...   213

www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

lazımdı.  Türk  iti  kimi  özündən  tez  çıxan, 



gözünə  nə  göründü  hürən  it  yox...  Avropa  iti 

tap,  sabah  aparaq,  həm  də  hazırlıqlarına 

baxaq. 

-Yaxşı  fikirdi,  -  Aped  belə  deyib  varjapedi 



qucaqladı,  o  birilər  də  bir-bir  gəlib  varjapedi 

qucaqladılar...  

-Bəs,  hinger

12

 İsrayilyana  nə  deyəcəyik, 



raykom katibinə?! Deyəcək, niyə getmədiz? 

-Heç nə, deyərik, sabah gedəcəyik, bu gün 

hava pisdi. 

-İndi  yüz  kərə  zəng  eləyib  öyrənib, 

gəldilər, gəlmədilər. 

-Türkdən  dönmə  köpəyoğlu!...  -  Maşına 

doğru gəlirdilər, hərəsi varjapedin bir qolundan 

tutmuşdu.Varjapedin  canında  titrətmə  vardı, 

bilmək  olmazdı  soyuqdandı,  yoxsa  əsəbdən.- 

Bu  alçağın  sözünə  bax,  rayona  rəhbər  seçiblər 

bunu,  özü  də  erməni  rayonuna,  incitməyin 

deyir,  türkləri...  amma  deyir,  görərsiz,  qoy 

getsinlər  deyir,  acınnan  qırılacaqsınız.  Heç 

olmasa  elə  eləyin  ki,  deyir,  razılıqla  getsinlər, 

                                                           

12

 Yoldaş. (ermənicə) 




www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

yola  salın,  deyir.  A  köpəyoğlu,  türk  heç  öz 



xoşuna  evinnən  çıxandı?-  Maşına  çata-çatda 

ayaq  saxladı.  -  Mən  onu  yaxşı  tanıyıram,  anası 

da,  özü  də  türklərin  qucağında  böyüyüb. 

Görmürsən,  hara  gedir  aşıq  oxudur.-  Nə 

fikirləşdisə  dönüb  Apedə  baxdı.-Səndə  də  var, 

o  xasıyyət,  türk  toylarında  aşıq  oxudursan, 

yığışdır  bu  xasiyyətini.  Mənim  türk  dostlarım 

bilirsiz  kimlərdi,  ancaq  mollalar,  sağlara  mahnı 

oxuyanlar yox, ölülərə mahnı oxuyanlar... 

-Sağ  ol,  -dedilər,  hınger  varjaped,  -  sən 

hər şeyi dərinnən bilirsən. Sağlıq sənə!  

     


*** 

 

Günəşin özü yoxdu, amma üzü gülümsəyir, 



güclə  seçilir  harda  olduğu,  göydən  aramsız 

olaraq  enən  hava  yerə  yaxınlaşdıqca  buza 

dönür,  soyuq  küləklərə  qarışıb  üz-gözə  çırpılır. 

Yollar  buz  bağlayıb,  göyərib,  suya  oxşayır, 

gendən  baxanda  deyirsən  çaydı.  Qaraxaç 

düzənliyindəki 

təpəliyə 

aşırılmış 

türk- 

azərbaycanlı 



kəndinin, 

dediyimiz 

kimi, 

görünən,  görünməyən  iki  üzü  var...Görünən 




www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

üzü  erməni  kəndinə  tərəfdi,  ona  görə  də  belə 



deyirlər,  “görünən  üz...”  Günəş  kəndin  hər  iki 

üzünə  eyni  cür  düşsə  də,  görünməyən  üzü  lap 

soyuqdu,  Ağbaba-Amasya  yaylalarından  əsən 

sazaq  iliyə  işləyir,  ona  görə  də  kəndin  cavan-

ları  bölünüb  kəndin  çətin,  soyuq  üzünü  onlar 

qoruyurlar... 

-Siz  güney  tərəfdə  olun,  güneydən  qorxu 

azdı,  həm  də  bura  çox  soyuqdu,  donarsız,  - 

cavanlar  belə  deyib  yaşlıları  kəndin  güneyinə 

göndəriblər. Özləri görünməyən üzdədilər, yəni 

qüzey  üzündə.  Ocaq  qalayıblar,  nə  gəldi 

atıldığından  ocağın  tüstüsü  ala-buladı.  Çay 

içirlər. Yalnız tarix müəllimi ayaq üstədi, əlində 

tutduğu  çubuqla  uzaqda  görünən  kəndləri    elə 

bil xəritədə göstərir: 

-Əllicə  il  bunnan  qabağacan  buralarda  bir 

dənə  də  erməni  olmayıb...kəndlərin  adına  fikir 

verin, 


Qursalı, 

Saral, 


Qarakilsə, 

Oxçuoğlu...Cücəkənd, 

Qurdpınar, 

Qotur- 


Qatnaqpur...  

-Qara müəllim, bunnarı bizə məktəbdə niyə 

demirdiz? 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

-Mənə  deyiblər  ki,  mən  də  sənə  deyəm, 



allah  lənət  eləsin  akademik  Balacahunluya, 

dərs  deyəndə  ancaq  erməninin,  rusun  dediyini 

deyirdi... 

Səhər  indi  açılsa  da,  hamı  ayaq  üstədi, 

amma  günün  səmti  yoxdu,  yəni  heç  kim  bilmir 

neynəsin;  oğul  o  yana  apardığını  qız  bu  yana 

gətirir.  Tapşırıblar,  -ağlaşmayın,  bu  boyda 

hökümət  camaatını  ayaq  altda  qoymaz.  -Bunu 

kolxoz  sədri  dedi...o  gün  camaatı  yığmışdı. 

İndi  yoxdular.  Direktor,  sədr,  başqa  əli-  ayağı 

tutanlar, - gedək kəndin işini düzəldək gələk, - 

deyib  getmişdilər...hələ  gəlməmişdilər.  Bir 

Partkom  kənddəydi,  indi  də  ocağın  qırağında 

oturub  başını  qaldırmırdı  bayaqdan.  Müəllim 

çubuğunu  indi  də  kəndin  sağına-soluna 

tuşlayıb göstərişlər verirdi... 

-Gördüz  gəlirlər,  siz  ora  keçin....siz  də 

bura.  Yarınız  yan  tərəfdən...  yarınız  arxadan. 

Bizim  silahımız  yox,  adamımız  yox...  bizim 

üstünlüyümüz  odu  ki,  ermənini  tanıyırıq,  tarix 

boyu  erməni  bizdən  qorxub,  biz  bunnan 

istifadə  eləməliyik.  Şəxsən  mən  onnarın 




Yüklə 6,83 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə