www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
oxşar ulduzlar topası görünməyə başlayır. Quyruğun
donduğunu görənlər həmişə gecənin bir aləmində baş
qaldırıb göyə baxarlar ki, görsünlər quyruq da doğubmu?
Bunlar xırda ulduzlar topasıdı, batıya, yəni günbatana
doğru əyili, ucu qatdanmış halda görünər...
“Quyruq doğdu” “Karvanqıran” ulduzunun yanında
olar. Bu ulduzlara çoban ulduzları da deyirlər. Belə
deyirlər ki, “Karvanqıran” ulduzunun öz adı varmış, (bu
adı qardaşım mənə demişdi, çox təəssüf ki, unutmuşam)
səhərə yaxın çıxar, çıxmadığı günlər də olur, o günlər də
çovğunlu, tufanlı keçər. Bu ulduz görünməyiylə havanın
xoş, ilıq keçəcəyini bildirir. Hardansa bir duz karvanı gəlir,
əylənir Əyri qarın ətəyində. Sözü bir yerə qoyurlar ki,
dincələk, əgər o ulduz görünsə yola çıxarıq. Beləcə,
gözətçi qoyub yatırlar. Gözətçi səhərə yaxın yanılır,
ulduzu tanıya bilmir, başqa ulduzla yerini səhv salır,
çıxdığını deyir. Qalxıb yollarına davam edirlər, bir az keçir,
boran, tufan başlayır. Karvandakılar borana düşüb
qırılırlar. O vaxtdan ulduzun adına “Karvanqıran” deyilir...
Noxtalı adam...
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
(Xalqın yaddaşında dolaşan bu hekayət əsasında
1980-ci illərdə yazdığım eyni adda ədəbi ssenari var)
Belə deyirlər ki, bir at sövdagərı bir kişinin atına
vurulur, -nece olur-olsun, neçəyə olur olsun- deyir
ürəyində, - gərək o atı alam. Ondan-bundan soruşur,
öyrənir, görən-görən deyir, o at “igid arxası, yol ağasıdı”
heç kəs satmaz o atı... Sövdagər gedir at yiyəsinin yanına:
-Qardaş, -deyir, maldan mal verim, dövlətdən dövlət,
çəkidən yüngül, dəyərdən ağır, nə isrəyirsən götür, sat
atını mənə. Ya əlimi kəs, ya ətəyimi.
Kişi toxdamış, ağayana adam idi, deyir:-Qardaş,
tanımaza bilməzə qapıma gəlmisən, qonağımsan, canımı
da istəsən verərəm, atı istəmə.
Sövdagər kor-peşiman qayıdası olur, amma atın
sevdası başından çıxmır. Bir ay keçir, iki ay keçir, dolanıb
yenə gedir at yiyəsinin yanına. At yiyəsi deyir: -Qonaq
mən sənə yox demişəm, yenə yox, deyirəm. Mənim yaxşı
atım olduğu kimi yaxşı da itim var, bir də gəlsən itə
yedirdərəm səni.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Sövdagər deyir: - İzin ver, heç olmasa gennən də
olsa baxım. Deyir, nə qədər istəyirsən bax. Sövdagər ata
xeyli tamaşa edir, nə fikirləşir, nə fikirləşmir deyir: -
Qardaş, sən mərd adama oxşayırsan, mən də mərdi-
mərdanə deyim, mənim başqa yolum qalmayıb, bəlkə
mən bu atı oğrlamaq fikrinə düşdüm, neyniyərsən?
At yiyəsi deyir: -Gəl belə danışaq, mən atımı
qoruyacam, əgər oğurlaya bilsən sənindi...halal eləyirəm.
Əl tutub sağollaşırlar... O gündən at yiyəsi atını
qorumağa başladı, sövdagər atı güdməyə. Bir neçə kərə
cəhdi boşa çıxdı, at tövləsinə girmək istədi, az qaldı özü
itlərə yem olsun. Oğru dəstəsiylə kəsmətə girdi
(müqaviləyə) yenə bir şey çıxmadı. Atı elə bil qalada
saxlayırdılar, yaxın düşmək mümkün deyildi. Sövdagər ata
ancaq gendən-genə tamaşa eləyə bilirdi. At yiyəsinin eyni
vaxtda evdən çıxmağı, yaylağa qalxmağı, eyni vaxtda
yaylaqdan enməyi vardı. Həmişə də enişdə atdan enər,
düzənliyəcən yedəkləyərdi... Günlərin birində bu daşlı-
kəsəkli eniş sövdagərin yadına nə saldısa bir neçə gündən
sonra elə burda atı gözləməyə başladı. Yanında da bir
nəfər vardı. Axşama yaxın idi. Qayalıqların arasında
gizlənmişdilər...
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
At yiyəsi həmişə olduğu kimi enişə çatanda atdan
düşdü, atı yedəyə alıb üzüaşağı endi. Sövdagər
yanındakıyla bir yerdə gizləndiyi yerdən çıxıb atın ardınca
getdilər. Dar keçid idi, qayalıqların arasıyla burula-burula
enirdilər, sövdagər yavaş-yavaş yaxınlaşdı, atın noxtasını
açıb öz başına keçirtdi, atı yanındakına verib işarə elədi ki,
buralarda gözlə. At yiyəsi eniş qurtaranda yüyəni çevirdi
ki, ata minsin, noxtadakı başı görüb özündən getdi, çöküb
daşların arasına uzandı. Sövdagər başında da noxta
qayıdıb ata doğru qaçdı...
O vaxtdan sövdagərə noxtalı adam dedilər...
***
“Quyruq donandan” sonra elin-obanın yaylaqdan
enməyi də yaylağa qalxmağı kimi xalqın yaradıcılığı, toyu-
düyünü, sazı-sözüylə müşayət olunardı, bəzənərdi: el
gəlir, -deyərdilər, -bir yanında ağ-arxa sürüləri, bir
yanında muraz üstə bulud- bulud atları, yelini paçasına
sığmaz haçalı-paçalı ağartılı inəklər, toysin cöngələr,
burnu halqalı buğalar, yayla motallarıyla, toyla yununnan