Mövzu 1 “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin məqsəd və vəzifələri. I mühazirənin plani



Yüklə 390,98 Kb.
səhifə64/80
tarix14.05.2023
ölçüsü390,98 Kb.
#110178
növüMühazirə
1   ...   60   61   62   63   64   65   66   67   ...   80
M vzu 1 Az rbaycan dilind i g zar v akademik kommunikasiya f 2

Xəbərdarlıq məktubu
Xəbərdarlıq məktubu adresatla aidiyyatı olan hər hansı bir tədbir və ya fəaliyyət haqqında rəsmi informasiyanı özündə ehtiva edən işgüzar məktubdur. Xəbərdarlıq məktubu öz təyinatı və məzmununa görə məlumat məktubu, bildiriş məktubu və ya dəvət məktubuna yaxındır.
Xəbərdarlıqlar əlaqədar şəxslərin geniş mühitini xəbərdar etmək üçün kütləvi informasiya vasitələrində verilə bilər.
Çox zaman xəbərdarlıq məktublarında “Sizi ... haqqında xəbərdar edirik ki,..”, “Xəbərdar edirik ki,..” və s. açar ifadələrdən istifadə olunur.
Xəbərdarlıq məktublarının tərtibi üçün vahid şəklə salınmış məktub mətnlərindən istifadə mümkündür.
Təklif məktubu
Təklif məktubu adətən işgüzar əməkdaşlığı, malların əldə edilməsini, xidmətlərdən istifadəni və s. özündə birləşdirir. Ticarət fəaliyyətində təklif (ofert) –konkret şərtlər göstərməklə sazişin imzalanması üçün satıcı tərəfindən mümkün alıcılara əmtəə və xidmətlər təklifi ilə göndərilən məktubdur.
Təklif məktubu xəbərləşənə ilk dəfə göndərilirsə, orada təşkilat – müəllif barədə müəyyən məlumat verilə bilər.
Təklif məktubunda (bu isə bir adresata göndərildiyi kimi, bir neçəsinə də göndərilə bilər) verilə bilər:
- ya sonrakı sazişin imzalanması, ya da ki, işgüzar əməkdaşlıq üzrə adresatın digər fəaliyyətlərinə əsas verə bilən təklif olunan konkret əmtəə və xidmətlər barədə ətraflı məlumat;
- gələcək əməkdaşlıq üçün sövdələşmələrin başlanğıcına faktiki şəkildə dəvət edən ümumi məlumat.
Təklif məktubu üçün aşağıda verilmiş açar ifadələrin istifadəsi səciyyəvidir:
“Razılaşmanın təsdiqi olaraq sizə ...təklif edirik”.
“... əlaqədar olaraq sizə ... təklif edirik”.
“... şərti ilə sizə ... təklif edirik”.
“... sizə təklif edirik”.
Təklif məktubu təşəbbüs xarakteri daşıdığı kimi, əlaqədar alıcı və ya istehlakçının tələbinə cavab da ola bilər.
Ticari təkliflər (ofertlər) iki növdə olur: ümumi və xüsusi.
Əmtəə və xidmətlərin ümumi təklifi bir çox alıcıya yönəlmiş olur və müəllif əmtəə satışında və xidmətlərin göstərilməsində öhdəçilik daşımır.
Xüsusi təklif malın çatdırılması və ya kəmiyyət, keyfiyyət və qiymət xarakteristikası, güzəştlər, endirimlər və s. xidmətlərin göstərilməsi ilə konkret alıcıya istiqamətlənmiş olur. Xüsusi təklif satıcını öz malını satmaq və ya təklif olunan şəxsə xidmətin göstərilməsi öhdəçiliyi ilə bağlayır, ona görə də onun əsas komponenti təklifin qüvvədə olma müddətinin göstərilməsidir. Məsələn, “Təklif ... qədər qüvvədədir”. Göstərilmiş müddətdə müsbət cavabın verilməməsi təklifin qəbulunun imtina edilməsinə bərabərdir.
Xüsusi təklifdə istifadə olunan açar ifadə aşağıdakılar ola bilər:
“Razılaşmamızın təsdiqi olaraq sizə.... təklif edirik”.
“... təklif edirik”.
“... qəti şəkildə təklif edirik”.

Yüklə 390,98 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə