Mövzu 1: Büdcənin sosial- iqtisadi mahiyyəti və funksiyaları



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə11/57
tarix14.09.2018
ölçüsü3,74 Mb.
#68441
1   ...   7   8   9   10   11   12   13   14   ...   57

10 
 
     Azərbaycan  Respublikasının    Vergi  Məcəlləsi    ilə  müəyyən  edilmiş 
vergi ödəyiciləri , vergi agentləri və onların nümayəndələri, habelə vergi 
orqanlarının    vəzifəli  şəxsləri    vergi  qanunvericiliyinin    pozulmasına 
görə bu məcəllə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi 
və  Azərbaycan  Respublikasının    digər  qanunları  ilə    müəyyən  edilmiş 
qaydada məsuliyyət daşıyırlar. 
     Vergi  qanunvericiliyinin  pozulmasına  görə  vergi    ödəyicilərinə  və 
vergi  agentlərinə  vergi  məcəlləsi  ilə  müəyyən  edilmiş  maliyyə 
sanksiyaları və faizləri tətbiq edilir. 
    Verginin  hesabatda    göstərilən    məbləği  verginin    hesabatda 
göstərilməli    olan  məbləğinə    nisbətən  azaldılmışdırsa,habelə  büdcəyə  
çatası  vergi  məbləği    hesabat  təqdim  etməməklə  yayındırılmışdırsa, 
vergi  ödəyicisinə    azaldılmış  və  ya  yayındırılmış  vergi  məbləğinin  50 
faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. 
KitabYurdu.az 
33



 
Mövzu 4: Azərbaycan Respublikasında büdcə prosesinin təşkili əsasları. 
Plan 
1. Büdcə prosesinin  mahiyyəti və mərhələləri. 
2.  Dövlət  büdcəsi  vəsaitlərinin  baş  sərəncamçısı.  Dövlət  büdcəsi  vəsaitlərinin 
sərəncamçıları. 
3.  Büdcə  prosesinin  iştirakçıları  və  onların  səlahiyyətləri.  Büdcə 
proqnozlaşdırılması. 
4. Büdcə layihəsinin tərtib edilməsi üçün vacib olan məlumatlar. 
5.  Növbəti  büdcə  ili  üzrə  dövlət  büdcəsi  ilə  bağlı    sənədlərin  hazırlanıb    Milli 
Məclisə təqdim edilməsi. 
6. Büdcə layihəsinin hazırlanması və təsdiq edilməsi. 
7. Yerli büdcələrin tərtibi, müzakirəsi və təsdiq edilməsi qaydası. 
 
Ədəbiyyat 
1. Azərbaycan Respublikası regionlarının 2009- 2013- cü illərdə sosial- iqtisadi 
inkişafı.Dövlət proqramı. 
2. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanunu 2002. 
3. Azərbaycan Respublikasının Vergi Məcəlləsi. Bakı 2011. 
4. Ş.Ş.Bədəlov,R.B.Məhərrəmov, F.Ə.Qurbanov.Bakı 2003. 
5. N.Novruzov,X.Hüseynov.Maliyyə.Bakı 2007. 
6. M.M.Sadıqov,S.M.Məmmədov .Maliyyə 2010. 
7. Z.Vəliyev.Büdcə.Bakı 2010. 
 
 
 
 
 
 
 
 
 
KitabYurdu.az 
34



 
Büdcə  prosesləri  növbəti  il  üzrə  büdcə  layihəsinin    hazırlanmasından  
başlamış həmin büdcə  layihəsinin  müzakirəsi, təsdiqi, icrası və icrası ilə bağlı 
hesabatın  hazırlanması    və  dövlət  başçısı    tərəfindən  büdcənin  icrası    haqqında 
qanunun imzalanmasına qədər olan  dövrü əhatə edir. 
Büdcə  layihəsinin  məsələlərinə  daxildir:  icmal  maliyyə  planlaşdırılması, 
büdcə  proqnozlaşdırılması,  büdcə  layihəsinin  tərtib  edilməsi,  müzakirəsi  və 
təsdiq  edilməsi  ,  büdcə  ili  ərzində    büdcənin    icra  edilməsi,  büdcənin  icrası 
haqqında hesabatın tərtib edilməsi və təsdiqi. 
 
     Dövlət  büdcəsi  vəsaitlərinin  baş  sərəncamçısı  dövlət  büdcəsinin  xərclərinin  
təşkilatlar  üzrə  təsnifatı    əsasında  büdcə  vəsaitini    vəsait  alanlar  arasında  
bölgüsünü  həyata  keçirmək  hüququ  olan  ilk  birbaşa  büdcə  vəsaiti  alan 
Azərbaycan Respublikasının icra hakimiyyəti orqanıdır. 
     Büdcə vəsaitlərinin baş sərəncamçısının səlahiyyətləri aşağıdakılardır: 
-  dövlət  büdcəsinin  xərclərini  təşkilatlar  üzrə  təsnifləşdirmək,  büdcə  vəsaitlərini 
vəsait alanlar arasında bölüşdürmək; 
-  qaytarmaq  şərtilə  verilən  büdcə  vəsaitlərinin,  dövlət  və  ya  bələdiyyə 
zəmanətlərinin,  büdcə  investisiyalarının  verilməsi  haqqında  müqavilələrdə 
dövləti təmsil etmək; 
- tabeçiliyndə olan büdcə vəsaitlərinin  məqsədli istifadəsini təmin etmək, onların 
vaxtında  qaytarılması,hesabların  vaxtında  təqdim  edilməsi,  dövlət  və  ya 
bələdiyyə xidmətləri üzrə tapşırıqların yerinə yetirilməsi  üzərində nəzarət etmək
-    tabeçiliyində  olan  büdcə  idarələrinin  gəlirlər  və  xərclər  smetalarını  təsdiq 
etmək; 
-  büdcənin  bölgüsünü  tərtib  etmək,  büdcə  öhdəlikləri  limitlərini,  büdcə 
vəsaitlərini tabeçiliyində olanlar arasında bölüşdürmək; 
- büdcə vəsaitlərinin istifadəsinə nəzarət etmək
-  büdcənin    icrası  haqqında    icmal  hesabatı,  gəlir  və  xərclərin  icmal  smetasını  , 
həmçinin  dövlət  və  ya    bələdiyyə  xidmətləri  üzrə    verilən  tapşırıqların  yerinə 
yetirilməsi haqqında hesabatları hazırlamaq və təqdim etmək. 
KitabYurdu.az 
35



 
     Büdcə  vəsaitlərinin    sərəncamçıları  –  büdcə  vəsaitinin  tabeçilikdəki  büdcə 
təşkilatları,  büdcə  vəsaiti  alanlar  arasında  bölüşdürmək  hüququ  olan  dövlət 
hakimiyyəti arasında  bölüşdürmək hüququ olan dövlət hakimiyyəti orqanı və ya 
yerli özünüidarəetmə orqanı sayılır. 
     Mərkəzi  səviyyədə  büdcə  səlahiyyətlərinə  malik  olan  büdcə  prosesinin 
iştirakçıları aşağıdakılardır: 
- Azərbaycan Respublikasının Prezidenti; 
- Azərbaycan Respublikasının Milli Məclisi; 
- Azərbaycan Respublikasının Nazirlər Kabineti; 
- Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
- Azərbaycan Respublikasının Vergilər Nazirliyi; 
- Azərbaycan Respublikasının Mərkəzi Bankı; 
- Azərbaycan Respublikasının Hesablama Palatası; 
- Büdcədənkənar dövlət fondları. 
-  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  büdcə,  vergi  və  digər 
səlahiyyətlər həvalə edilən orqanlar. 
Büdcə prosesinə aşağıdakılar daxildir: 
- icmal maliyyə planlaşdırılması və proqnozlaşdırılması; 
- büdcə layihəsinin tərtibi, baxılması( müzakirəsi) və təsdiqi; 
- büdcə ili ərzində büdcənin icra edilməsi
- büdcənin icrasının təhlili və büdcənin icrasına nəzarət. 
     Maliyyə  vəsaitinin  yaradılması,  bölgüsü  və  yenidən  bölgüsü    və  istehlakı 
prosesinin idarə edilməsi  maliyyə planlaşdırılmasının köməyi ilə həyata keçirilir. 
Maliyyə  planlaşdırılması    iqtisadiyyatı,    təsərrüfatlarası    nisbəti  balanslaşdırır, 
əmək , maddi və maliyyə  ehtiyatlarından səmərəli istifadənin yollarını  müəyyən 
edir. 
     Dövlət  və  yerli  səviyyələrdə  maliyyə  planlaşdırılması  dəyər  istifadəsində  
maddi və əmək balansları ilə  əlaqələndirilən   maliyyə planları sistemi ilə  təmin 
olunurlar.  Hər  bir  maliyyə  planı  idarəetmənin  konkret  sahəsində  maliyyənin 
təşkili və idarə edilməsi məsələləri həll edir. 
Maliyyə planları sisteminə daxildir: 
KitabYurdu.az 
36


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə