5
xarakteri göz qabağındadır. Onlar hüquq mənbələri kimi çıxış edə bilməzlər, ona görə
ki, onlarda ümumi qaydalar, yəni hüquq normaları yoxdur. Belə fərdi, konkret
məsələləri müəyyən edən aktlar fərdi aktlar adlanır. Onlar öz səlahiyyətləri daxilində
bütün dövlət orqanları tərəfindən verilir (məsələn, hakimiyyətin müvafiq strukturu
vətəndaşa mənzil sahəsinin verilməsi, təqaüdün təyin olunması və s. barədə qərar qəbul
edir), lakin bunlar hüquq mənbəyi ola bilməzlər.
Bu hüquq mənbələri məsələsinə bir yanaşmadır. Dünyəvi və tarixi təcrübə sübut
edir ki, ümumi davranış qaydasının ifadə olunmasının başqa formaları da mövcuddur.
Bir sıra ölkələrdə (məsələn, Böyük Britaniya) hüquq mənbələrinə yalnız normativ aktlar
yox, həm də hüquqi adətlər, məhkəmə və hüquq presedentləri daxil edilir.
Hüquqi adəti (adət hüququ) belə anlamaq lazımdır ki, o, dövlətdən asılı
olmayaraq təşəkkül tapmış və cəmiyyət üzvlərinin şüurunda məcburi mahiyyət kəsb
etmişdir. O yerdə ki, qanun susur, orada adət hüququnun təsiri başlayır. Məsələn,
inqilaba qədərki Rusiyanın tarixinə nəzər salsaq görərik ki, qanunların çatışmaması
üzündən hakimlərin adət hüququna müraciət etmək ixtiyarı olmuşdur (məsələn, ticarət
məsələləri ilə bağlı və s.). Adət hüququ qanuna zidd olmamalıdır.
Məhkəmə presedenti o zaman hüquq mənbəyi hesab olunur ki, konkret iş üzrə
məhkəmənin qəbul etdiyi qərarın gələcəkdə oxşar işlərin həllində məhkəmədə ümumi
qayda ola biləcəyi qəbul edilsin. Belə hallarda məhkəmə qərarları mahiyyətcə hüquq
normasına çevrilir və ona ümumməcburi qayda kimi istinad edilə bilər. Məhkəmə
presedenti xüsusən Böyük Britaniyada geniş yayılmışdır. Bizim ölkədə məhkəmə
praktikasına, məhkəmə qərarlarına başqa cür yanaşma var ki, bunu aşağıdakı kimi ifadə
etmək olar: məhkəmənin vəzifəsi norma yaratmaq yox, mövcud normaları tətbiq
etməkdir. Bəzi ölkələrdə hüquq mənbəyi kimi dini müddəalar və baxışlar əsas
götürülür. Məsələn, müsəlman hüququ (fiqh) islam dininin tərkib hissəsini təşkil edir.
Müsəlman hüququnun əsasında Allahın öz rəsulu və peyğəmbərlərin axırıncısı olan
Məhəmmədə müraciətlə dediyi sözlərdən ibarət olan müqəddəs Quran və Məhəmməd
peyğəmbərin dedikləri və hərəkətlərinə və s. aid olan ənənəvi qaydaların toplusu olan
sünnə durur.
Azərbaycan Respublikasında hüququn mənbələrini normativ hüquqi aktlar təşkil
edir.
1. Respublikamızda hüququn mənbələrinə hər şeydən əvvəl qanunlar aid edilir.
Qanun dövlətin ali nümayəndəli orqanı tərəfindən qəbul edilən və yüksək hüquqi
qüvvəyə malik olan normativ hüquqi aktdır. Azərbaycan Respublikasında qanunlar
Azərbaycan Respublikasının parlamenti - Milli Məclis tərəfindən Konstitusiyaya uyğun
olaraq qəbul olunur. Qanun, habelə bilavasitə xalq tərəfindən - referendum (ümümxalq
səsverməsi) yolu ilə də qəbul edilə bilər. Belə ki, Azərbaycan Respublikasının
Konstitusiyası - dövlətin ali qanunu 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi yolu
ilə qəbul edilmişdir.
Azərbaycan Respublikasında qanunlar hüquqi əhəmiyyətinə görə aşağıdakı
qanunlara bölünür:
6
a) Azərbaycan Respublikasının
Konstitusiyası
(Azərbaycan Respublikası
Konstitusiyasının 156-cı maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Milli
Məclisi tərəfindən qəbul olunan Konstitusiya qanunları Konstitusiyanın tərkib hissəsi
hesab olunduğuna və onların hüquqi qüvvəsi Konstitusiyanın hüquqi qüvvəsinə bərabər
tutulduğuna görə ayrıca qanunlar kateqoriyası kimi qanunvericilik sisteminə daxil
edilməmişdir);
b) referendum yolu ilə qəbul olunmuş qanunlar;
c) Azərbaycan Respublikasının Konstitusiyasının 94-cü maddəsinin I hissəsində
və 95-ci maddəsinin ЫЫ hissəsində nəzərdə tutulmuş məsələlər üzrə Azərbaycan
Respublikası Milli Məclisi tərəfindən qəbul olunan qanunlar.
2. Hüquq mənbəyi kimi qanun qüvvəli aktlar içərisində Azərbaycan Respublikası
Prezidentinin fərmanları mühüm yer tutur. Hüquq mənbəyi - prezidentin o fərmanları
hesab olunur ki, onlar normativ xarakterli olaraq ictimai münasibətləri nizamlamağa
xidmət edir.
Azərbaycan
Respublikasının
tərəfdar
çıxdığı
beynəlxalq
müqavilələrin
qanunvericilik sisteminin tərkib hissəsi hesab edilməsi və hüququn mənbəyini təşkil
etməsi Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsində əks olunmuşdur.
Azərbaycan Respublikasının tərəfdar çıxdığı və Azərbaycan Respublikasının
qanunvericilik sisteminin tərkib hissəsini təşkil edən beynəlxalq hüquqi aktlarla
Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvə baxımından qarşılıqlı əlaqəsi
Azərbaycan Respublikası Konstitusiyasının müvafiq olaraq 12-ci və 151-ci
maddələrində müəyyən olunur.
4. HÜQUQ SAHƏLƏRI, ANLAYIŞI VƏ SISTEMI
Hüquq sistemi böyük tərkib hissələrinə - hüquq sahələrinə bölünür. Bu bölgünün
əsasında ölkədə mövcud olan ictimai münasibətlərin müxtəlifliyi dayanır ki, bu da
hüquqi nizamlanmanın predmetini təşkil edir. Hüquq sahələrini təşkil edən hüquq
normaları aralarındakı fərqlərə baxmayaraq bir-birilə uzlaşır, sıx qarşılıqlı əlaqədədirlər,
vahid bir sistem yaradırlar.
İctimai münasibətlərin müəyyən növü (hakimiyyət, idarəçilik, əmlak, əmək və s.)
nizamlanma predmetindən (ictimai münasibətlərin xarakterindən) asılı olaraq hüquq
sahələrində qruplaşan müvafiq hüquq normaları ilə tənzimlənir.
Hüquq sahəsi - cəmiyyət həyatının müəyyən sahələrində mövcud olan və
xaraktercə bir-birinə yaxın, həmcins olan ictimai münasibətləri nizamlayan, bir-birilə
qarşılıqlı əlaqədə olan normaların məcmusudur.
Beləliklə, hüquq sahələrini hər şeydən əvvəl öz nizamasalma predmetinə görə
fərqləndirirlər.
Hər sahənin hüquqi nizamasalma predmetinin, yəni ictimai münasibətlərin
Dostları ilə paylaş: |