Mövzu hüququn əsas anlayişi və kateqoriyalari



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə3/84
tarix20.09.2017
ölçüsü5,01 Kb.
#738
1   2   3   4   5   6   7   8   9   ...   84


 
xarakteri  göz  qabağındadır.  Onlar  hüquq  mənbələri  kimi  çıxış  edə  bilməzlər,  ona  görə 
ki,  onlarda  ümumi  qaydalar,  yəni  hüquq  normaları  yoxdur.  Belə  fərdi,  konkret 
məsələləri  müəyyən  edən  aktlar  fərdi  aktlar  adlanır.  Onlar  öz  səlahiyyətləri  daxilində 
bütün  dövlət  orqanları  tərəfindən  verilir  (məsələn,  hakimiyyətin  müvafiq  strukturu 
vətəndaşa mənzil sahəsinin verilməsi, təqaüdün təyin olunması və s. barədə qərar qəbul 
edir), lakin bunlar hüquq mənbəyi ola bilməzlər. 
Bu  hüquq  mənbələri  məsələsinə  bir  yanaşmadır. Dünyəvi  və tarixi təcrübə sübut 
edir  ki,  ümumi  davranış  qaydasının  ifadə  olunmasının  başqa  formaları  da  mövcuddur. 
Bir sıra ölkələrdə (məsələn, Böyük Britaniya) hüquq mənbələrinə yalnız normativ aktlar 
yox, həm də hüquqi adətlər, məhkəmə və hüquq presedentləri daxil edilir. 
Hüquqi  adəti  (adət  hüququ)  belə  anlamaq  lazımdır  ki,  o,  dövlətdən  asılı 
olmayaraq  təşəkkül  tapmış  və  cəmiyyət  üzvlərinin  şüurunda  məcburi  mahiyyət  kəsb 
etmişdir.  O  yerdə  ki,  qanun  susur,  orada  adət  hüququnun  təsiri  başlayır.  Məsələn, 
inqilaba  qədərki  Rusiyanın  tarixinə  nəzər  salsaq  görərik  ki,  qanunların  çatışmaması 
üzündən  hakimlərin  adət  hüququna  müraciət  etmək  ixtiyarı  olmuşdur  (məsələn,  ticarət 
məsələləri ilə bağlı və s.). Adət hüququ qanuna zidd olmamalıdır. 
Məhkəmə  presedenti  o  zaman  hüquq  mənbəyi  hesab  olunur  ki,  konkret  iş  üzrə 
məhkəmənin  qəbul  etdiyi  qərarın  gələcəkdə  oxşar  işlərin  həllində  məhkəmədə  ümumi 
qayda  ola  biləcəyi  qəbul  edilsin.  Belə  hallarda  məhkəmə  qərarları  mahiyyətcə  hüquq 
normasına  çevrilir  və  ona  ümumməcburi  qayda  kimi  istinad  edilə  bilər.  Məhkəmə 
presedenti  xüsusən  Böyük  Britaniyada  geniş  yayılmışdır.  Bizim  ölkədə  məhkəmə 
praktikasına, məhkəmə qərarlarına başqa cür yanaşma var ki, bunu aşağıdakı kimi ifadə 
etmək  olar:  məhkəmənin  vəzifəsi  norma  yaratmaq  yox,  mövcud  normaları  tətbiq 
etməkdir.  Bəzi  ölkələrdə  hüquq  mənbəyi  kimi  dini  müddəalar  və  baxışlar  əsas 
götürülür.  Məsələn,  müsəlman  hüququ  (fiqh)  islam  dininin  tərkib  hissəsini  təşkil  edir. 
Müsəlman  hüququnun  əsasında  Allahın  öz  rəsulu  və  peyğəmbərlərin  axırıncısı  olan 
Məhəmmədə  müraciətlə  dediyi  sözlərdən  ibarət  olan  müqəddəs  Quran  və  Məhəmməd 
peyğəmbərin  dedikləri  və  hərəkətlərinə  və  s.  aid  olan  ənənəvi  qaydaların  toplusu  olan 
sünnə durur. 
Azərbaycan  Respublikasında  hüququn  mənbələrini  normativ  hüquqi  aktlar  təşkil 
edir. 
1.  Respublikamızda  hüququn  mənbələrinə  hər  şeydən  əvvəl  qanunlar  aid  edilir. 
Qanun  dövlətin  ali  nümayəndəli  orqanı  tərəfindən  qəbul  edilən  və  yüksək  hüquqi 
qüvvəyə  malik  olan  normativ  hüquqi  aktdır.  Azərbaycan  Respublikasında  qanunlar 
Azərbaycan Respublikasının parlamenti - Milli Məclis tərəfindən Konstitusiyaya uyğun 
olaraq qəbul olunur. Qanun, habelə bilavasitə xalq tərəfindən - referendum (ümümxalq 
səsverməsi)  yolu  ilə  də  qəbul  edilə  bilər.  Belə  ki,  Azərbaycan  Respublikasının 
Konstitusiyası - dövlətin ali qanunu 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi yolu 
ilə qəbul edilmişdir. 
Azərbaycan  Respublikasında  qanunlar  hüquqi  əhəmiyyətinə  görə  aşağıdakı 
qanunlara bölünür: 



 
a)  Azərbaycan  Respublikasının 
Konstitusiyası 
(Azərbaycan  Respublikası 
Konstitusiyasının  156-cı  maddəsinə  uyğun  olaraq  Azərbaycan  Respublikasının  Milli 
Məclisi  tərəfindən  qəbul  olunan  Konstitusiya  qanunları  Konstitusiyanın  tərkib  hissəsi 
hesab olunduğuna və onların hüquqi qüvvəsi Konstitusiyanın hüquqi qüvvəsinə bərabər 
tutulduğuna  görə  ayrıca  qanunlar  kateqoriyası  kimi  qanunvericilik  sisteminə  daxil 
edilməmişdir); 
b) referendum yolu ilə qəbul olunmuş qanunlar; 
c)  Azərbaycan  Respublikasının  Konstitusiyasının  94-cü  maddəsinin  I  hissəsində 
və  95-ci    maddəsinin  ЫЫ  hissəsində  nəzərdə  tutulmuş  məsələlər  üzrə  Azərbaycan 
Respublikası Milli Məclisi tərəfindən qəbul olunan qanunlar.  
2. Hüquq mənbəyi kimi qanun qüvvəli aktlar içərisində Azərbaycan Respublikası 
Prezidentinin  fərmanları  mühüm  yer  tutur.  Hüquq  mənbəyi  -  prezidentin  o  fərmanları 
hesab  olunur  ki,  onlar  normativ  xarakterli  olaraq  ictimai  münasibətləri  nizamlamağa 
xidmət edir. 
Azərbaycan 
Respublikasının 
tərəfdar 
çıxdığı 
beynəlxalq 
müqavilələrin 
qanunvericilik  sisteminin  tərkib  hissəsi  hesab  edilməsi  və  hüququn  mənbəyini  təşkil 
etməsi Azərbaycan Respublikası Konstitusiyasının 148-ci  maddəsində əks olunmuşdur. 
Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  və  Azərbaycan  Respublikasının 
qanunvericilik  sisteminin  tərkib  hissəsini  təşkil  edən  beynəlxalq  hüquqi  aktlarla 
Azərbaycan Respublikası  Konstitusiyasının  hüquqi qüvvə baxımından qarşılıqlı əlaqəsi 
Azərbaycan  Respublikası  Konstitusiyasının  müvafiq  olaraq  12-ci  və  151-ci 
maddələrində müəyyən olunur. 
 
4. HÜQUQ SAHƏLƏRI, ANLAYIŞI VƏ SISTEMI 
Hüquq sistemi böyük tərkib hissələrinə - hüquq sahələrinə bölünür. Bu bölgünün 
əsasında  ölkədə  mövcud  olan  ictimai  münasibətlərin  müxtəlifliyi  dayanır  ki,  bu  da 
hüquqi  nizamlanmanın  predmetini  təşkil  edir.  Hüquq  sahələrini  təşkil  edən  hüquq 
normaları aralarındakı fərqlərə baxmayaraq bir-birilə uzlaşır, sıx qarşılıqlı əlaqədədirlər, 
vahid bir sistem yaradırlar. 
İctimai münasibətlərin müəyyən növü (hakimiyyət, idarəçilik, əmlak, əmək və s.) 
nizamlanma  predmetindən  (ictimai  münasibətlərin  xarakterindən)  asılı  olaraq  hüquq 
sahələrində qruplaşan müvafiq hüquq normaları ilə tənzimlənir. 
Hüquq  sahəsi  -  cəmiyyət  həyatının  müəyyən  sahələrində  mövcud  olan  və 
xaraktercə  bir-birinə  yaxın,  həmcins  olan  ictimai  münasibətləri  nizamlayan,  bir-birilə 
qarşılıqlı əlaqədə olan normaların məcmusudur. 
Beləliklə,  hüquq  sahələrini  hər  şeydən  əvvəl  öz  nizamasalma  predmetinə  görə 
fərqləndirirlər. 
Hər  sahənin  hüquqi  nizamasalma  predmetinin,  yəni  ictimai  münasibətlərin 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə