Mövzu hüququn əsas anlayişi və kateqoriyalari



Yüklə 5,01 Kb.

səhifə9/84
tarix20.09.2017
ölçüsü5,01 Kb.
1   ...   5   6   7   8   9   10   11   12   ...   84

17 
 
olduğu  üç  elementlə  xarakterizə  olunur:  idarəetmə  forması,  dövlət  quruluşu 
forması və siyasi rejim, yaxud dövlət rejimi. 
1.  İdarəetmə  forması  dedikdə,  dövlətin  dövlət  başçısının  hüquqi  statusu 
və  ya  ali  dövlət  hakimiyyəti  orqanları  arasında  hakimiyyət  səlahiyyətlərinin 
bölgüsü ilə xarakterizə olunan təşkili forması başa düşülür. Bu baxımdan bütün 
dövlətlər monarxiya və respublikaya bölünür. 
Monarxiyada  ali  hakimiyyət  tam  şəkildə  və  ya  qismən  təkhakimiyyətli 
dövlət  başçısının  (kral,  çar,  şah  və  s.)  əlində  birləşir.  Bu  ali  hakimiyyət  adətən 
irsi  olur.  Monarxiya,  bir  qayda  olaraq  orta  əsrlərin  son  dövrləri  üçün  xarakterik 
olan  mütləq  monarxiyaya  (belə  dövlətdə  monolit  hakimiyyət  heç  nə  ilə 
məhdudlaşmır) və məhdud monarxiyaya (burada isə dövlət başçısı (monarx) ilə 
bərabər  başqa  bir  ali  orqan  məsələn,  parlament  olur)  bölünür.  Məhdud 
monarxiyanın  müasir  forması  parlamentli  monarxiyadır.  Burada  monarxın  rolu 
ancaq formal xarakter daşıyır, dövlətin idarə olunmasında aparıcı rol parlament 
tərəfindən  formalaşan  hökumətə  məxsusdur.  Parlamentli  monarxiyaya  tipik 
misal olaraq müasir Böyük Britaniyam göstərmək olar. 
Respublikada  hakimiyyətin  bütün  ali  orqanları  müəyyən  müddət  üçün 
seçilir və ya təşkil olunur. Respublikalar parlamentli və ya prezidentli ola bilər. 
Parlamentli respublikada dövlət başçısı - prezident seçkili vəzifəli şəxsdir. 
Hökumətin təşkilində də ölkənin idarə edilməsi kimi onun rolu nominal xarakter 
daşıyır. Baş nazirin başçılıq etdiyi hökumət parlament tərəfindən formalaşdırılır 
və  onun  qarşısında  siyasi  məsuliyyət  daşıyır  (məsələn,  parlament  hökumətə 
etimadsızlıq göstərə bilər ki, bu da hökumətin istefasına gətirib çıxarır). Bununla 
bərabər  parlamentli  respublikada  dövlət  başçısı  parlamenti  vaxtından  əvvəl 
buraxa  bilər.  Lakin  bu  bir  qayda  olaraq  prezidentin  şəxsi  təşəbbüsü  ilə  deyil, 
hökumətin tələbi ilə baş verir. Belə ki, Italiya prezidenti (parlamentli respublika) 
ölkənin  Konstitusiyasına  müvafiq  olaraq  iki  müxtəlif  pilləli  parlamentlərin 
sədrlərini  dinləyərək  hər  iki,  yaxud  bir  palatam  buraxa  bilər.  Bu  hal  onların 
mövqelərində  qarşısıalınmaz  ziddiyyətlərin  mövcud  olduğu  halda  mümkündür. 
Hal-hazırda  parlamentli  respublika,  artıq  adı  çəkilən  İtaliyadan  başqa,  Türkiyə, 
Almaniya, Avstriya və s. bu kimi ölkələr hesab olunur. 
Prezidentli respublika ilk növbədə onunla səciyyələnir ki, prezident dövlət 
başçısı  və  hökumət  başçısı  səlahiyyətlərini  daşıyan  ali  vəzifəli  şəxsdir.  Dövlət 
başçısı  xalq  tərəfindən  birbaşa  seçilir  və  odur  ki,  onun  mandatının  hüquqi 
qüvvəsi  parlamentin  mandatının  hüquqi  qüvvəsinə  bərabər  olur.  Belə 
respublikada  hökumət  prezidentin  özü  tərəfindən  təşkil  olunur  və  parlament 
qarşısında siyasi məsuliyyət daşımır. Hökumət prezident qarşısında məsuliyyət 
daşıyır  və  ona  hesabat  verir,  yalnız  prezident  qarşısında  istefa  verir.  Xalq 
tərəfindən  seçilən  prezidentin,  bununla  bərabər  parlamenti  buraxmaq  hüququ 
yoxdur.  Prezidentli  respublika  kimi,  məsələn,  Amerika  Birləşmiş  Ştatlarını, 
Azərbaycan Respublikasını göstərmək olar. 
Bəzi  ölkələrdə  qarışıq  xarakter  daşıyan  respublika  idarə  forması 
mövcuddur,  yəni  prezidentli  respublikanın  əlamətləri  ilə  yanaşı  (dövlət  başçısı 
əhali tərəfindən seçilir, icra hakimiyyətinin başçısıdır, hökuməti təşkil edir və s.) 
parlamentli  respublikanın  (hökumət  parlament  qarşısında  cavabdehlik  daşıyır, 


18 
 
prezident tərəfindən parlamentin vaxtından əvvəl buraxılması mümkündür və s.) 
əlamətlərinin mövcud olduğu ölkələrdir. Qarışıq idarəetmə forması olan ölkələrə 
Fransanı, Rusiya Federasiyasını aid etmək olar. 
Bir sıra Latın Amerikası ölkələri, Tropik Afrika dövlətləri üçün idarəetmənin 
başqa  forması  -  super  prezidentli  respublika  xarakterikdir.  Onun  əsas  əlaməti 
həddən  artıq  böyüdülmüş  və  mahiyyət  etibarilə  nəzarət  edilməyən  prezident 
hakimiyyətidir  (prezident  əhali  tərəfindən  seçilir,  parlamenti  buraxmaq, 
referendum keçirmək və s. hüququ var). 
2.  Dövlət  quruluşunun  forması  dedikdə,  dövlətin  ərazi  və  ya  milli-ərazi 
təşkili  başa  düşülür,  yəni  bu  dövlətin  ərazisi  necə  qurulub,  hansı  hissələrdən 
ibarətdir və onların hüquqi vəziyyəti necədir. 
Dövlət  öz quruluş formasına  görə unitar və  federativ ola bilər. Dövlətlərin 
birləşmə forması, onların arasında ittifaq konfederasiya hesab olunur. 
Unitar  dövlət  (latın  dilində  «unus»  -  «vahid»,  «tək»  deməkdir)  –  sadə, 
bəsit,  vahid  dövlətdir  ki,  onun  tərkibi  bir  qayda  olaraq  inzibati  -  ərazi 
vahidlərindən (vilayət, mahal, rayon, departament və s.) ibarətdir. Unitar dövlətə 
Azərbaycan, Yaponiya, Fransa, İtaliya, Efiopiya misal ola bilər. Belə dövlətlərdə 
federasiyadan  fərqli  olaraq  vahid  konstitusiya,  dövlət  hakimiyyətinin  vahid  ali 
nümayəndəli  orqanları,  vahid  hökuməti,  vahid  vətəndaşlığı,  vahid  maliyyə  - 
kredit  və  pul  sistemi  və  s.  olur.  Ayrı-ayrı  hallarda  milli  azlıqlar  olduqda  unitar 
dövlətin  tərkibinə  muxtar  dövlət  quruluşunun  xüsusi  statusundan  istifadə  edən 
bir  və  ya  bir  neçə  siyasi  ərazi  vahidi  də  daxil  ola  bilər.  Muxtar  qurumların 
mövcudluğu belə dövlətlərin unitarizminə heç bir xələl gətirmir. 
Federativ  dövlət  (latın  dilində  «fedus»  -  «ittifaq»  deməkdir)  -  mürəkkəb 
ittifaq dövləti olub, bir sıra dövlətlərin və dövlət qurumlarının - 
federasiya 
subyektlərinin birliyinin nəticəsidir. 
Federasiya  subyektləri  (ştat,  torpaq,  dövlət)  öz  xüsusi  inzibati-ərazi 
bölgüsünə malikdirlər. 
Unitar  dövlətdən  fərqli  olaraq  federasiya  ali  hakimiyyət  orqanının  iki 
sisteminə  -  federal  orqanlar  və  federasiya  subyektlərinin  müvafiq  hakimiyyət 
orqanlarına,  iki  növ  hüquqi  aktlara  -  federasiya  və  federasiya  subyektlərinin 
hüquqi aktlarına, həmçinin federasiyanın subyektlərinin vətəndaşlığına malikdir. 
Federativ dövlətlərə Rusiya Federasiyası, ABŞ, Almaniya və s. aiddir. 
Konfederasiya  (latın  dilində  «konfederasio»  -  «birlik»  deməkdir)  - 
federasiya  ilə  müqayisədə  dövlətlərin  bu  və  ya  digər  məqsədlərlə      müvəqqəti 
olaraq  birləşdiyi,  çox  da  möhkəm  olmayan  birliyidir  ki,  burada  dövlətlər  tam 
şəkildə  müstəqilliklərini  saxlayırlar.  Federasiya  ittifaq  dövləti,  konfederasiya  isə 
dövlətlər ittifaqıdır. Federasiyanın hüquqi statusu milli qanunvericiliklə müəyyən 
olunduğu  halda,  konfederasiyanın  hüquqi  statusu  bir  qayda  olaraq  beynəlxalq 
hüquqla  müəyyən  olunur,  lakin  burada  milli  qanunvericiliyin,  xüsusilə 
konstitusiya  hüquqi  müddəalarında  əhəmiyyəti  az  deyildir.  Konfederasiyanın 
tərkibinə 
daxil 
olan  dövlətlər  beynəlxalq  hüququn  müstəqil  subyekti  olaraq  qalır  və  öz 
dövlət suverenliyini saxlayır. Konfederasiyada federasiyadan fərqli olaraq vahid 
ərazi  yoxdur,  onun  ərazisi  konfederasiya  üzvlərinin  -  ayrı-ayrı  dövlətlərin 




Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   84


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə