Mövzu hüququn əsas anlayişi və kateqoriyalari



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə10/84
tarix20.09.2017
ölçüsü5,01 Kb.
#738
1   ...   6   7   8   9   10   11   12   13   ...   84

19 
 
ərazilərindən  ibarətdir.  Konfederasiyada  vahid  vətəndaşlıq  da  yoxdur.  İttifaqa 
daxil  olan  hər  bir  ayrıca  dövlətin  öz  vətəndaşlığı  var.  Konfederasiya 
subyektlərinin  ittifaqdan  sərbəst  çıxmaq,  habelə  ittifaq  hakimiyyətinin  qəbul 
etdiyi aktları qəbul etməkdən imtina etmək və ya tanımaq hüququ var. Odur ki, 
konfederasiyanın 
dövlət 
quruluş 
forması 
hesab edilməsi məqsədə müvafiq deyil. 
Konfederasiya  müəyyən  məsələlərlə  bağlı  formalaşdırıldığına  görə  onun 
həll  etdiyi  işlərin  predmeti  çox  da  genişsahəli  məsələləri  əhatə  etmir  (xarici 
siyasət,  müharibə  və  sülh  məsələləri,  vahid  ordunun  formalaşdırılması,  vahid 
iqtisadi  məkanın  yaradılması  və  s.).  Konfederasiyanın  büdcəsi  üçün  məcburi 
surətdə  üzvlük  haqlarının  yığılması  imkanı  kimi,  konfederasiyanın  bilavasitə 
vergi  qoymaq  hüququ  da  yoxdur.  Onun  büdcəsi  konfederasiya  subyektlərinin 
könüllü  ödəmələri  əsasında  təşkil  olunur.  Bir  qayda  olaraq  konfederasiyada 
vahid pul dövriyyəsi mövcud deyil. 
Başqa  sözlə,  bir  neçə  dövlətin  konfederasiyada  (federasiyadan  fərqli 
olaraq)  birləşməsi  bir  qayda  olaraq  yeni  dövlətin  yaranmasına  gətirib  çıxarmır. 
Konfederasiyada dövlətlər, adətən müəyyən məqsədə çatmaq üçün birləşir. Bu 
zaman  onlar  öz  fəaliyyətlərini  əlaqələndirmək  üçün  xüsusi  birgə  orqanlar 
yaradırlar.  Bir  qayda  olaraq  onların  qərarları  konfederasiyaya  daxil  olan  ayrı-
ayrı  ölkələrin  vətəndaşları  üçün  bu  dövlətlərin  orqanları  tərəfindən  təsdiq 
edildikdən  sonra  məcburi  xarakter  daşıyır.  Məsələn,  1848-ci  ilədək  İsveçrə 
konfederasiya  olmuşdur.  1982-ci  ildə  konfederativ  ittifaqda  Qambiya  və 
Seneqal  birləşmiş,  bununla  da  Seneqambiya  konfederasiyası  meydana 
gəlmişdi  ki,  o  da  bir  neçə  ildən  sonra  süqut  etdi.  Azərbaycan  Respublikası  bu 
gün  MDB-yə  daxildir  ki,  bu  birliyə  konfederasiyanın  bir  sıra  əlamətləri 
məxsusdur. 
Yuxarıda deyilənlərlə bərabər dövlətin idarə olunmasının demokratikliyi və 
ya  antidemokratikliyi  nöqteyi-nəzərindən  dövlətin  formasını  xarakterizə  etmək 
olar. Belə dövlət formasının mahiyyəti «siyasi rejim» adlanır. 
Siyasi  rejim  cəmiyyətdə  siyasi  azadlıqların  səviyyəsi,  şəxsiyyətin  hüquqi 
vəziyyəti, dövlət hakimiyyətini həyata keçirmək vasitəsi olan metod və üsullarla 
(demokratik, antidemokratik) xarakterizə olunur. 
Demokratik  rejim  vətəndaşlara  məxsus  geniş  hüquq  və  azadlıqların 
tanınmasını,  müxalifət  partiyalarının  leqal  fəaliyyətini,  hökumətin  müvafiq 
seçkilərdə qələbə çalmış partiyalardan təşkil olunmasını və s. nəzərdə tutur. 
Antidemokratik  rejim  şəraitində  insanların  hüquq  və  azadlıqlarının 
boğulması,  dövlətin  vətəndaş  cəmiyyətinin  bütün  sferalarına  müdaxilə  etməsi, 
hakimiyyətin ali nümayəndəli orqanının (parlamentin) ləğv edilməsi və ya onun 
oyuncaq  idarəyə  çevrilməsi,  hökumətin  hakimiyyəti  ələ  alan  ordu  tərəfindən 
təşkil olunması və s. istisna edilmir. 
Dövlət  formasını,  onun  siyasi  rejimini  xarakterizə  etmək  üçün 
«demokratiya»  (xalq  hakimiyyəti)  anlayışı  mühüm  əhəmiyyət  kəsb  edir.  Bu 
anlayışla dövlət quruluşu məlum olur, buna görə idarəetmə əksəriyyətin iradəsi 
ilə  həyata  keçirilir,  hakimiyyətin  yeganə  mənbəyi  xalq  sayılır.  Demokratik 
dövlətdə  qanunvericilik  hakimiyyəti  əhalinin  seçdiyi  nümayəndəli  orqan  (xalq 


20 
 
məclisi,  parlament)  tərəfindən  həyata  keçirilir.  Nümayəndəli  orqanlara  seçkilər 
ümumi, bərabər, birbaşa seçki hüququ ilə gizli səsvermə yolu ilə həyata keçirilir. 
Demokratik dövlətdə insanların hüququ beynəlxalq hüquqla müəyyənləşdirilmiş 
prinsip  və  normalara,  həmçinin  həmin  ölkənin  konstitusiyasına  uyğun  olaraq 
həyata keçirilir. 
Xalq 
hakimiyyətinin 
təzahür 
forması 
kimi 
«bilavasitə 
(birbaşa) 
demokratiya»  və  «nümayəndəli  demokratiya»  anlayışlarını  fərqləndirmək 
lazımdır.  Bilavasitə  demokratiya  o  deməkdir  ki,  xalq  dövlət  işlərində  birbaşa 
iştirak edir, məsələn, referendum yolu ilə - qanun layihəsi, yaxud başqa mühüm 
əhəmiyyətli problemlər üzrə  öz iradəsini ifadə  edir. Nümayəndəli  demokratiya - 
xalqın,  dövlətin  idarə  olunmasında  iştirakının  elə  formasıdır  ki,  bu  zaman  o, 
özünə məxsus olan hakimiyyəti, seçkili orqanlarda təmsil olunan nümayəndələri 
vasitəsilə həyata keçirir. 
 
§2. Dövlət və dövlət hakimiyyəti. Dövlət və vətəndaş cəmiyyəti 
Dövlət və  dövlət  hakimiyyəti anlayışları bir-birilə sıx qarşılıqlı  əlaqədə olan 
anlayışlardır.  Dövlət  hakimiyyəti,  onu  insan  cəmiyyətinin  digər  sosial 
strukturlarından,  qeyri-hökumət  təşkilatlarından:  partiyalardan,  dini  birliklərdən, 
həmkarlar təşkilatlarından və s. fərqləndirən çox mühüm əlamətdir. 
Hüquqi  dövlətdə  dövlət  hakimiyyəti  sistemi  hakimiyyətin  bölgüsü,  hüquqi 
qanunların  aliliyi,  hamının  qanun  qarşısında  bərabərliyi  prinsiplərinə  əsaslanır. 
Hüquqi  qanunun  aliliyi  o  deməkdir  ki,  dövlət  orqanları  qanuna  bağlıdırlar,  yəni 
qarşısında  duran  vəzifələri  yerinə  yetirmək  üçün  onlara  ayrılmış  dövlət 
hakimiyyəti səlahiyyətləri həddində, öz səlahiyyətləri çərçivəsində ciddi surətdə 
konstitusiyaya  və  qanunlara  riayət  edərək  fəaliyyət  göstərirlər.  Qanunlar  isə 
haqqa və ədalətə, bərabər mənafelərə bərabər münasibət prinsipinə əsaslanır. 
Demokratik  dövlətdə  dövlət  hakimiyyəti  xalqdan  bəhrələnir.  Yalnız  xalq, 
hakimiyyətin  əsas  mənbəyi  sayılır.  Lakin  xalqın  iradəsinin  ifadəçisi,  xalq 
hakimiyyətinin  daşıyıcısı  olaraq  dövlət,  bütün  cəmiyyətin  rəsmi  nümayəndəsi 
kimi  çıxış  edir.  Bununla  bərabər  xalqın  bilavasitə  öz  iradəsini  ifadə  etmək,  ona 
məxsus  olan  hakimiyyəti  bilavasitə  həyata  keçirmək  hüququ  vardır  (məsələn, 
dövlət və  ya ictimai həyatın  hər  hansı  bir məsələsi üzrə  ümumxalq səsverməsi 
olan referendum yolu ilə). 
Dövlət  və  dövlət  hakimiyyəti  özünün  norma  yaratma,  nizamlayıcı  təsirini 
əməli  olaraq  cəmiyyət  həyatının  bütün  əsas  sahələrinə  göstərir.  Düzdür, 
cəmiyyət  yalnız  onun  dövlət  təşkilatı  formasıyla  məhdudlaşa  bilməz. 
Cəmiyyətdə  dövlət  strukturları  ilə  yanaşı  insanların  birgə  fəaliyyət  və  başqa 
birlik  formaları  da  mövcuddur  ki,  bu  da  onların  həyatına  mühüm  təsir  göstərir. 
Söhbət  vətəndaş  cəmiyyətindən  gedir  ki,  bunlara  ictimai  qurumların,  siyasi 
partiyaların,  həmkarların,  yaradıcı  birliklərin,  dini  birliklərin  təşkilat  və 
fəaliyyətləri,  habelə  iqtisadiyyat  sahəsi  (mülkiyyət,  əmək,  sahibkarlıq),  elm  və 
texnika,  təhsil,  tərbiyə  sahəsi,  cəmiyyətin  ilkin  əsası  olan  ailə,  kütləvi 
informasiya vasitələri daxildir. 
«Vətəndaş  cəmiyyəti»  -  dövlətdən  asılı  olmayan,  elə  ictimai  institutlar  və 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə