Mövzu hüququn əsas anlayişi və kateqoriyalari


  Hüquq  pozuntusunun  obyektiv  cəhətini



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/84
tarix20.09.2017
ölçüsü5,01 Kb.
#738
1   2   3   4   5   6   7   8   9   ...   84

11 
 
2.  Hüquq  pozuntusunun  obyektiv  cəhətini  hüquqla  tənzimlənən  və  mühafizə 
olunan  ictimai  münasibətlərə  ziyan  vuran,  hüquqazidd  əməl  (hərəkət  və  ya 
hərəkətsizlik),  habelə  hüquqazidd  əməllə  onun  ictimai-təhlükəli  nəticəsi  arasındakı 
səbəbli əlaqə təşkil edir. 
3.  Hüquq  pozuntusunun  subyekti  qanunla  müəyyən  olunmuş  yaş  həddinə  çatan, 
öz  əməlinə  görə  cavabdehlik  daşıya  bilən,  anlaqlı  fiziki  şəxslər  və  qanunvericilikdə 
nəzərdə tutulan hallarda hüquqi şəxslər ola bilərlər. Bu halda cinayət hüququnda hüquq 
pozuntusunun subyekti qismində yalnız anlaqlı, müəyyən yaş həddinə çatmış fiziki şəxs 
çıxış edə bilər. 
4.  Hüquq  pozuntusunun  subyektiv  cəhətini  şəxsin  törətdiyi  hüquqazidd  əmələ 
psixoloji münasibətini ifadə etməklə xarakterizə olunan təqsiri təşkil edir. 
Hüquq  pozuntusunun  tərkibini  təşkil  edən  elementlərdən  hər  hansı  birinin 
(məsələn,  təqsirin)  mövcud  olmaması  onun  hüquq  pozuntusu  hesab  edilməməsinə 
gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. 
Bütün hüquq pozuntuları ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq cinayətlərə 
və xətalara bölünür. 
Cinayət  -  cinayət  qanunvericiliyi  (cinayət  hüquq  normaları)  ilə  qadağan  edilmiş 
ictimai təhlükəli hüquq pozuntusudur. Cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, 
o  cəmiyyətin  mövcud  olmaq  şərtlərinin  özünə,  vətəndaşların  əsas  hüquq  və 
azadlıqlarına ziyan vurur. Cinayət məcəlləsində birbaşa nəzərdə tutulmayan hüquqazidd 
əməllər  cinayət  hesab  olunmur.  Belə  ictimai  təhlükəli  əməllər  başqa  növ  hüquq 
pozuntularına aiddir. 
Xətalar -  hüquq pozuntusunun subyektindən, vurulmuş ziyanın xarakterindən və 
həcmindən,  habelə  bunlara  müvafiq  olaraq  tətbiq  olunan  hüquqi  sanksiyaların 
xüsusiyyətlərindən  asılı  olaraq  inzibati,  intizam  və  mülki  hüquqpozmalara  bölünür  ki, 
bunlar da müəyyən hüquq sahələrinə aid olur. 
İnzibati  xətalar  -  ən  başlıcası  dövlət  idarəçiliyinə  qəsd  edən  hüquqpozmalardır 
(küçə  hərəkəti  qaydalarının,  yanğın  təhlükəsizliyi  qaydalarının,  sanitar  qaydalarının  və 
s. pozulması). 
İntizam  xətaları  -  əmək,  xidməti,  yaxud  təhsil  intizamına  qəsd  edən  hüquq 
pozuntusudur. 
Mülki  hüquq  pozuntuları  (xətalar)  öhdəliklərin  icra  olunmaması,  yaxud  lazımi 
qaydada  icra  olunmaması,  hər  hansı  şəxsə  bu  və  ya  digər  əmlak  ziyanının  vurulması 
(delikt), hüquqazidd əqdlərin bağlanmasından və s. ibarətdir. 
 
 
 
 
 
 
 


12 
 
7. HÜQUQI MƏSULIYYƏTIN ANLAYIŞI, ƏSAS ƏLAMƏTLƏRI VƏ 
NÖVLƏRI 
Hüquqi  məsuliyyət  hüquq  pozuntusu  törətmiş  şəxs  üçün  arzuolunmaz  nəticələrlə 
ifadə  olunur.  Hüquqi  məsuliyyətin  əmələ  gəlməsinə  əsas  hüquq  pozuntusunun 
törədilməsi faktıdır. Hüquqi məsuliyyət dövlətlə, hüquqla sıx əlaqədardır. Dövlət hüquq 
normalarını  (ümumməcburi  davranış  qaydaları)  müəyyən  edərək,  həm  də  hüquqazidd 
davranışa görə hüquqi məsuliyyəti də nəzərdə tutur. 
Hüquqi  məsuliyyətin  fərqli  əlaməti  -  hüququ  pozan  şəxsin  hüququn  tələblərini 
icra etməsinə dövlət məcburiyyətidir. Dövlət məcburiyyəti nədir? Əvvəla, bu vurulmuş 
ziyanın,  dəbbə  pulunun  məcburi  ödənilməsi,  başqa  şəxslərin  pozulmuş  hüququnun 
bərpası üzrə vəzifələrin qoyulmasıdır. 
Bu halda söhbət hüquq pozuntusuna qarşı, hər şeydən əvvəl, əmlak münasibətləri 
sahəsində tətbiq olunan hüququn bərpası tədbirlərindən gedir. 
İkincisi,  dövlət  məcburetməsi  cəza  tədbirlərində  ifadə  oluna  bilər,  yəni  hüquq 
pozuntusuna  qarşı  cinayət  (məsələn,  azadlıqdan  məhrumetmə)  cəzası,  inzibati  cərimə, 
inzibati tənbeh tətbiq edilə bilər. 
Beləliklə,  hüquqi  məsuliyyət  dövlət  məcburiyyəti  xarakteri  daşıyır.  Dövlət 
məcburetmə tədbirləri hüquq normalarında, onların sanksiyalarında müəyyən edilir. 
Sanksiya  -  müvafiq  hüquq  normalarında  nəzərdə  tutulan  hüquq  pozuntusunun 
arzuolunmaz  nəticəsi,  məhrumetmə  vasitəsidir.  Sanksiya  səlahiyyətli  dövlət  orqanları 
(məsələn, məhkəmələr) tərəfindən tətbiq edilir. 
Hüquq pozuntularının növlərinə uyğun gələn hüquqi məsuliyyətin dörd əsas növü 
fərqləndirilir.  Cinayət  -  cinayət  məsuliyyəti,  hüquq-pozmaların  başqa  növləri  isə  - 
müvafiq  olaraq  inzibati,  intizam  və  mülki-hüquq  məsuliyyəti  əmələ  gətirir.  Son  dövr 
hüquq ədəbiyyatında konstitusiya hüquqi məsuliyyət anlayışına da rast gəlinir. 
1.  Cinayət məsuliyyəti törədilmiş cinayətə görə yaranır. Cinayət məsuliyyətinə o 
şəxs  cəlb  olunur  ki,  o  konkret  cinayət  törətmiş  olsun  və  ya  cinayətin  törədilməsində 
iştirakçı  olsun.  Cinayət  məsuliyyətinə  cəlbetmə  səlahiyyəti  olan  yeganə  dövlət  orqanı 
məhkəmədir ki, hansı ki, öz hökmü ilə cəza növünü təyin edir. 
2.  Konkret şəxsin inzibati məsuliyyəti üçün əsas onun inzibati hüquq pozuntusu 
törətməsidir.İnzibati  məsuliyyət  səlahiyyətli  dövlət  orqanlarının  qoyduğu  inzibati 
tənbehlərin  (xəbərdarlıq,  cərimə,  müsadirə,  xüsusi  hüquqlardan  məhrumetmə  və  s.) 
tətbiqində ifadə olunur. 
3.  İntizam  məsuliyyəti  intizam  qaydalarının  pozulması  nəticəsində  baş  verir. 
İntizam  xətaları  məzəmmət,  töhmət,  şiddətli  töhmət,  işdən  azadetmə  və  s.  kimi 
sanksiyaların verilməsinə gətirir. 
4.  Mülki-hüquqi  məsuliyyət  mülkiyyət,  əmlak  xarakteri  daşıyır.  Belə  ki,  mülki-
hüquqi mülkiyyət münasibətlərini nizamlayır. O əvəzetmə xarakteri daşıyır, ona görə ki, 
məqsədi  -  pozulmuş  mülkiyyət  hüququnun  bərpasıdır.  Mülkiyyətin  ölçüsü,  adətən 
vurulmuş ziyanın ölçüsünə uyğun gəlməlidir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə