7
müəyyən növünün özünəməxsusluğu var ki, bu da öz növbəsində bu münasibətlərin
hüquqi xüsusiyyətlərini təyin edir.Ona görə də hüququn sahələr üzrə bölüşdürülməsi
üçün hüquqi nizamasalma metodu hüququn predmeti ilə yanaşı digər əsası təşkil edir.
Hüquqi nizamlanma metodu - elə üsul və vasitələrin məcmusudur ki, bunların
vasitəsilə hüquq ictimai münasibətlərə təsir edir. Məsələn, mülkiyyət əlaqələrinin
iştirakçıları - bu bir-birindən asılı olmayan öz əmlaklarından sərbəst istifadə etməyə
malik
olan
şəxslərdir.
Onlar
aralarındakı
münasibətləri
razılaşdırmaq
və
müəyyənləşdirmək imkanı əldə etmək üçün öz aralarında müqavilə bağlayırlar. Onların
arasındakı mübahisələrə məhkəmələr baxır.
Dövlət idarəetmə sahəsində meydana gələn münasibətlər başqa nizamasalma
metodu tələb edir, belə ki, bu sahədə tərəflərin bərabərliyi yoxdur; burada əlaqələr
tabeçilik əsasında qurulur. Hakimiyyət səlahiyyəti hüquq norması vasitəsilə münasibət
tərəflərindən birinə şamil edilir.
Beləliklə, əgər hüquqi nizamasalma predmeti bu hüquq sahəsinin təsir etdiyi
ictimai münasibətlər sferasını aşkar etməyə imkan verirsə, hüquq nizamasalma metodu
təsiretmə, tənzimləmə vasitəsi kimi çıxış edir ki, bu da həmçinin (predmetlə yanaşı), bu
hüquq sahəsini xarakterizə edir.
Hüquq sistemi özündə aşağıdakı əsas sahələri birləşdirir: konstitusiya hüququ,
inzibati hüquq, maliyyə hüququ, aqrar hüququ, mülki hüquq, ailə hüququ, əmək
hüququ, cinayət hüququ, mülki-prosessual hüquq, cinayət-prosessual hüquq və s.
Hüquq sistemində aparıcı yeri konstitusiya hüququ tutur. Bu onunla əlaqədardır
ki, konstitusiya hüquq normalarında elə ilkin başlanğıclar təşəkkül tapır ki, onlar başqa
hüquq sahələrinin əsasını təşkil edir.
Azərbaycanın Konstitusiya hüquq normalarının əksər hissəsi Azərbaycan
Respublikası Konstitusiyasında, habelə, digər qanunvericilik aktlarında (məsələn,
vətəndaşlıq haqqında, yerli özünüidarələr haqqında və s. qanunlarda) ifadə olunur.
Konstitusiya hüquq normaları konstitusiya quruluşunun əsaslarını, insan və
vətəndaşın hüquqi vəziyyətini, dövlət hakimiyyəti və yerli özünüidarə sistemini,
Azərbaycanın dövlət quruluşunu, hüquq və qanunvericilik sistemini və başqa məsələləri
təsbit edir.
Konstitusiya hüququ ilə, normaları icra hakimiyyəti sahəsində (hökumət, nazirlik
və idarə, idarəetmənin yerli orqanları) təşəkkül tapan idarəçilik münasibətlərini
nizamlayan inzibati hüquq bir-birilə sıx əlaqə təşkil edir.
Maliyyə hüququ dövlətin maliyyə prosesi və büdcə fəaliyyətində, bankların və
digər maliyyə idarələrinin fəaliyyətində meydana gələn münasibətləri nizamlayır.
Aqrar hüququ təşkil edən hüquq normalar sistemi torpaqdan istifadə ilə bağlı
münasibətləri nizamlayır (torpaqdan səmərəli istifadə, torpaq üzərində mülkiyyət
hüququnun qorunması və s.).
Mülki hüquq - əmlak münasibətlərini, bəzi şəxsi qeyri-əmlak münasibətlərini
(məsələn, ad hüququ, müəlliflik hüququ və s.) nizamlayan hüquq sahəsidir. Onun
mühüm hissəsini mülkiyyət münasibətləri, vərəsəlik münasibətləri və s. təşkil edir.
8
Mülki hüquqla ailə hüququ da yaxın hüquq sahələri hesab olunur, hansı ki, o da
əmlak və qeyri-əmlak münasibətlərini yalnız xüsusi sahədə - ailə-nikah münasibətləri
sahəsində tənzimləyir.
Əmək hüququ əmək münasibətlərinin meydana gəlməsi, dəyişməsi və xitamı
şərtlərini müəyyən edir, iş vaxtını və istirahət vaxtının müddətini təyin edir, əmək
intizamı, əməyin mühafizəsi məsələlərini və s. nizamlayır.
Cinayət hüquq normalarının köməyi ilə dövlət hansı ictimai-təhlükəli əməlin
cinayət kimi tövsif olunduğu və bu əmələ görə hansı cəzanın təyin olunmasını müəyyən
edir. Cinayət hüquq normaları cinayət məcəlləsində konkretləşdirilmişdir.
Yuxarıda sadalanan bütün hüquq sahələri maddi hüququn sahələrini özündə ifadə
etdirməklə maddi hüquq sahələri adlandırılır, bununla belə hüquq elmində prosessual
hüquq sahələri də ayrılır. Bunlara mülki prosessual hüquq və cinayət prosessual hüququ
aid etmək olar.
Mülki prosessual hüquq normaları məhkəmələrin mülki, ailə, əmək, aqrar,
maliyyə münasibətləri və s. sahələrdə meydana gələn mübahisələrə baxması ilə əlaqədar
fəaliyyəti nizamlayır.
Cinayət - prosessual hüququ cinayət işlərinin təhqiqatı, ibtidai istintaqı və onlara
məhkəmədə baxılması ilə əlaqədar hüquq-mühafizə, istintaq, prokurorluq orqanlarının
fəaliyyətini tənzimləyir.
5. HÜQUQ MÜNASIBƏTLƏRI: ANLAYIŞI, XÜSUSIYYƏTLƏRI VƏ
SUBYEKTLƏRI
Məlum olduğu kimi, insanlar bütün həyatı boyu müxtəlif ictimai əlaqələrə daxil
olurlar ki, bunların da əksər hissəsini hüquq normaları ilə tənzim edilən hüquq
münasibətləri təşkil edir. Ümumi davranış qaydalarından ibarət olan ictimai
münasibətlərin hüquq normaları vasitəsilə həyata keçməsi, reallaşması nəticəsində
hüquq münasibətləri əmələ gəlir. Hüquq normaları, məhz hüquq münasibətlərinin
köməyi ilə realizə olunur.
Hüquq münasibətləri üçün onun iştirakçılarının (subyektlərinin) subyektiv
hüquqları və vəzifələrinin olması xarakterikdir. Hüquq normaları münasibət iştirakçıları
üçün qarşılıqlı hüquq və vəzifələr müəyyən edir.
Ona görə də hüquq münasibətlərinə şəxslər arasında, onların qarşılıqlı hüquq və
vəzifələrində ifadə olunan, hüquqi əlaqə kimi baxmaq olar. Qarşılıqlı hüquq və vəzifə
olmadan hüquq münasibətinin özü yoxdur. Məsələn, hər bir tələbə ilə ali məktəb
arasında hüquq münasibəti vardır. Tələbənin təhsil almaq hüququ vardır, ali məktəb isə,
öz növbəsində təhsil proqramına uyğun olaraq ona müvafiq biliklər əldə etmək üçün
şərait yaratmağa borcludur. Hüquq münasibəti iştirakçılarının hüquq və vəzifələri hüquq
münasibətlərinin hüquqi məzmununu təşkil edir.
Hüquq elmində «hüquq münasibətlərinin tərkibi» anlayışından istifadə olunur ki,
onun da elementləri aşağıdakılardır:
Dostları ilə paylaş: |