Mövzu hüququn əsas anlayişi və kateqoriyalari



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə5/84
tarix20.09.2017
ölçüsü5,01 Kb.
#738
1   2   3   4   5   6   7   8   9   ...   84


 
a) hüquq subyekti; 
b) hüquq münasibətlərinin məzmunu; 
c) hüquq münasibətlərinin obyekti; 
Hüquq  münasibətlərinin  maddi  məzmununu  onun  subyektlərinə  tərəf  kimi 
məxsus  olan  qarşılıqlı  hüquq  və  vəzifələrin  reallaşması  ilə  əlaqədar  davranış  və 
hərəkətlər təşkil edir. 
Bu  mənada  hüquqi  əlaqələrin  hüquqi  məzmunu  -  hüquq  münasibətinin 
subyektlərinin hüquq və vəzifələridir. Hüquq münasibətinin obyekti - hüquq münasibəti 
subyektlərinin fəaliyyətlərinin yönəldiyi maddi və qeyri-maddi nemətlərdir. 
Hüquq  münasibətinin  iştirakçıları,  əsasən  fiziki  və  hüquqi  şəxslərdir.  Fiziki 
şəxslər  konkret  dövlətin  ərazisində  və  ya  onun  ərazisindən  kənarda  olan  vətəndaşlar, 
əcnəbilər və vətəndaşlığı olmayan şəxslərdir. 
Hüquqi  şəxslərə  aiddir:  bütünlükdə  dövlət,  dövlət  orqanları,  ictimai  qurumlar, 
təsərrüfat  birlikləri  və  s.  Hüquq  münasibəti  iştirakçısı  olmaq  üçün  müəyyən  hüquqi 
keyfiyyətlərə malik olmaq vacibdir. Söhbət hüquq qabiliyyəti, yəni hüquqa malik olmaq 
və  müəyyən  hüquqi  vəzifələri  daşımaq  qabiliyyətindən  və  fəaliyyət  qabiliyyətindən, 
başqa  sözlə  öz  hərəkəti  ilə  hüquqlar  əldə  etmək,  həyata  keçirmək  və  hüquqi  vəzifələri 
icra etməkdən gedir. Hüquqi şəxslərdə hüquq qabiliyyəti və fəaliyyət qabiliyyəti onların 
yarandığı andan meydana gəlir. 
Fiziki şəxslərdə hüquq qabiliyyəti anadan olduğu andan  meydana  gəlir;  fəaliyyət 
qabiliyyəti  isə  müəyyən  yaş  həddinə  çatdıqdan  sonra  əmələ  gəlir.  Fəaliyyət  qabiliyyəti 
insanların  psixi  fəaliyyəti  ilə  də  bağlıdır.  Bunun  üçün  psixi  cəhətdən  sağlam  olmaq 
zəruridir. Qanunvericiliyə görə tam fəaliyyət qabiliyyəti əsasən 18 yaşdan başlayır. 
Məsələn, vətəndaş cinayət məsuliyyətinə 16 yaşdan, bəzi cinayət əməllərinə görə 
14 yaşdan cəlb oluna bilər. Yaxud başqa bir  misal: ayrı-ayrı  istisna  hallarda  nikah  yaşı 
kişilər üçün 18 yaşdan 17 yaşa endirilə bilər. Azərbaycan Respublikasında ailə və nikah 
məcəlləsinə görə, bu barədə qərarı müvafiq yerli icra hakimiyyəti orqanı qəbul edə bilər. 
Hüquq  münasibətlərinin əmələ  gəlməsi, dəyişdirilməsi  və  xitamı  yalnız  yuxarıda 
göstərilən hüquqi şərtlərlə yox, həm də hüquqi faktlarla əlaqədardır. 
Hüquqi  fakt  qanunda  nəzərdə  tutulan,  konkret  hüquq  münasibətlərinin  əmələ 
gəlməsi  (həmçinin,  dəyişməsi  və  xitam  edilməsi)  üçün  əsas  olan  həyati  hallar  -  hadisə 
və hərəkətlərdir. 
Hüquqi  faktları  insan  iradəsi  ilə  əlaqəsindən  asılı  olaraq  iki  qrupa  bölmək  olar: 
hadisələr və hərəkətlər, bunlarla qanun hüquqi nəticələrin əmələ gəlməsini əlaqələndirir. 
Hadisələr  -  bir  qayda  olaraq  insanın  iradəsindən  asılı  olmayaraq  baş  verən  hüquqi 
əhəmiyyətli  faktlardır.  Məsələn,  insanın  ölümü  vərəsəliklə  əlaqədar  hüquq 
münasibətlərinin əmələ  gəlməsinə səbəb olur. Hərəkətlər  insanın  iradəsindən bilavasitə 
asılı  olan  hüquqi  faktlardır.  Hərəkətlər  qanunauyğun,  yəni  hüquq  normalarını,  onların 
tələblərini  pozmayan  (məsələn,  alqı-satqı  müqaviləsi)  və  qanuna  zidd,  yəni  qanunu 
pozan,  qanunla  düz  gəlməyən  hərəkətlərə  bölünür  (məsələn,  inzibati,  cinayət 
hüquqpozmaları və s.). 


10 
 
6. HÜQUQ POZUNTUSUNUN ANLAYIŞI, TƏRKIBI VƏ NÖVLƏRI 
 
Ümumi  şəkildə  hüquq  pozuntusu  ictimai  təhlükəli  olan,  yəni  cəmiyyətə  ziyan 
vuran və qanunla cəzalandırılan əməl kimi səciyyələndirilə bilər. 
Qanunvericilikdə  hüquq  pozuntusunun  konkret  əlamətləri  müəyyən  edilir  ki,  bu 
da  onu  insanların  törətdiyi  digər  cəmiyyətə  zidd  əməllərdən  (məsələn,  qanunla 
cəzalandırılmayan  qeyri-əxlaqi  hərəkətlərdən)  fərqləndirməyə  imkan  verir.  Hüquq 
pozuntusunun aşağıdakı əlamətləri vardır: 
Birincisi, 
hüquq 
pozuntusu 
hüquq 
normasındakı 
göstərişlərin 
yerinə 
yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsi ilə əlaqədar olan əməllər hesab 
edilir.  Ona  görə  də  hüquq  pozuntusunun  ən  vacib  əlaməti  onun  hüquqazidd  olmasıdır. 
Qanunun  tələblərindən  uzaqlaşmaq,  konkret  hüquqi  vəzifələri  yerinə  yetirməmək, 
hüquqdan  onun  təyinatına  zidd  olaraq  (hüquqdan  sui-istifadə)  istifadə  etmək  və  s. 
əməllər hüquqa-zidd əlamətləri əks etdirir. 
İkincisi,  hüquq  pozuntusunun  subyekti  qanunla  müəyyən  edilmiş  yaş  həddinə 
çatmış (bir qayda olaraq 14-16 yaş), hüquq qabiliyyətli, anlaqlı şəxslərdir ki, onlarda öz 
hərəkətlərinə  hesabat  vermək,  öz  davranışına  rəhbərlik  etmək  qabiliyyəti  vardır. 
Beləliklə,  hüquq  pozuntusu  ağılla  hərəkət  etməyə  qadir  olan  insanın  iradəsinin  ifadəsi 
kimi  xarakterizə  olunur.  Ona  görə  də  azyaşlıların  və  psixi  cəhətdən  anlaqsız  olan 
şəxslərin  törətdiyi  ictimai-təhlükəli  əməllər  hüquq  pozuntusu  hesab  olunmur. 
Azyaşlıların  törətdiyi  qanunvericilikdə  nəzərdə  tutulmuş  ictimai  təhlükəli  əmələ  görə 
müvafiq  tərbiyəni  və  nəzarəti  həyata  keçirməməkdə  təqsirkar  olan  şəxs  cavab 
verməlidir. 
Üçüncüsü, şəxsin hər hansı bir hüquqa zidd əməli hüquq pozuntusu sayıla bilməz. 
Müəyyən  yaş  həddinə  çatmış,  anlaqlı  şəxsin  yalnız  o  ictimai-təhlükəli,  hüquqazidd 
əməli  hüquq  pozuntusu  hesab  oluna  bilər  ki,  bu  əməl  şəxsin  təqsiri  ucbatından  baş 
vermiş  olsun.  Beləliklə,  hüquq  pozuntusunun  vacib  əlamətlərindən  biri  -  təqsirin 
olmasıdır.  Təqsir,  şəxsin  törətdiyi  əmələ  psixoloji  münasibəti  olub,  qəsd  və  ya 
ehtiyatsızlıq formasında təzahür edir. 
Yuxarıda ifadə olunanları nəzərə alaraq hüquq pozuntusuna belə bir tərif vermək 
olar:  hüquq  pozuntusu  dedikdə  -  şəxsin  ictimai-təhlükəli  xarakter  daşıyan,  təqsirli, 
hüquqazidd, qeyri-əxlaqi əməli başa düşülür. 
Hüquqazidd  əməl  hüquqla  qadağan  edilmiş  hərəkət  (məsələn,  xuliqanlıq)  və 
hərəkətsizlik  (məsələn,  vəzifəli  şəxsin  şüurlu  surətdə  məhkəmənin  qərarını,  hökmünü, 
qərardadını, yaxud qətnaməsini icra etməməsi) formasında ola bilər. 
Hüquq  elmində  hüquq  pozuntusunun  obyektiv  və  subyektiv  elementləri 
fərqləndirilir ki, bunların da məcmusu hüquq pozuntusunun tərkibini təşkil edir. 
Hüquq pozuntusunun tərkibinə daxildir: 
1.  Hüquq  pozuntusunun  obyektini  hüquqla  tənzimlənən  və  mühafizə  olunan 
ictimai münasibətlər təşkil edir (məsələn, mülkiyyət münasibətləri). 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə