Mövzu hüququn əsas anlayişi və kateqoriyalari



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə14/84
tarix20.09.2017
ölçüsü5,01 Kb.
#738
1   ...   10   11   12   13   14   15   16   17   ...   84

27 
 
1995-ci ilin yazında Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə 
Azərbaycan Respublikasının yeni Konstitusiyasının layihəsi hazırlanmışdır.  
Yeni  Konstitusiya  12  noyabr  1995-ci  ildə  ümumxalq  səsverməsi  yolu  ilə 
qəbul edilmiş və 27 noyabr 1995-ci ildə ümumxalq səsverməsinin nəticələri nəşr 
edildiyi  andan  qüvvəyə  minmişdir.  Konstitusiyalı  quruluşun  əsaslarını 
möhkəmləndirərək,  Azərbaycan  Respublikası  Konstitusiyası  Azərbaycanı  - 
respublika  idarəetmə  formasına  malik,  unitar,  demokratik,  hüquqi,  dünyəvi 
dövlət  kimi  müəyyən  edir.  Konstitusiya  özündə  ümumbəşəri  dəyərləri  təsbit 
etməklə aşağıdakı prinsipləri müəyyən etdi: 
1.  İnsan,  onun  hüquq  və  azadlıqları  ali  dəyərlərdir  (insan  və  vətəndaşın 
hüquq  və  azadlıqlarının  tanınması,  riayət  olunması  və  müdafiəsi 
dövlətin vəzifəsidir); 
2.  Suverenliyin  daşıyıcısı  və  hakimiyyətin  yeganə  mənbəyi  Azərbaycan 
xalqıdır; 
3.  Sosial siyasət insanın layiqli həyatını və sərbəst inkişafını təmin edən 
şəraitin yaranmasına istiqamətlənib; 
4.  Dövlət,  xüsusi  və  bələdiyyə  mülkiyyət  formaları  eyni  qaydada  tanınır 
və müdafiə olunur; 
5.  Dövlət  hakimiyyəti  qanunverici,  icraedici  və  məhkəmə  hakimiyyəti 
bölgüsü əsasında həyata keçirilir; 
6.  Yerli 
özünüidarəetmə 
demokratik 
hüquqi 
dövlətin 
əsas 
elementlərindən biri kimi tanınır və ona təminat verilir; 
7.  İdeoloji  və  siyasi  müxtəliflik,  çoxpartiyalılıq  tanınır.  Heç  bir  ideologiya 
dövlət və ya məcburi xarakterli ola bilməz; 
8.  Beynəlxalq  hüququn  hamılıqla  qəbul  edilmiş  prinsip  və  normaları, 
Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələr 
onun qanunvericilik sisteminin tərkib hissəsidir. 
Azərbaycan  Respublikasının  Konstitusiyası  ali  hüquqi  qüvvəyə,  birbaşa 
təsirə  malikdir  və  Azərbaycan  Respublikasının  bütün  ərazisində  tətbiq  olunur. 
Azərbaycan Respublikasında qəbul olunan qanunlar və qanundan aşağı qüvvəli 
normativ  hüquqi    aktlar  Azərbaycan  Respublikası  Konstitusiyasına  zidd 
olmamalıdır (Azərbaycan Respublikası Konstitusiyası, maddə 147). 
Bir  ictimai  formasiyadan  digərinə  keçid  bütövlükdə  cəmiyyət  həyatının 
müxtəlif  sferalarında  köklü  dəyişikliklərin  baş  verməsinə  səbəb  olur  ki,  bu  da 
Azərbaycan Respublikasının 12 noyabr 1995-ci Konstitusiyasına ilk konstitusion 
dəyişikliklərin  edilməsini  zəruri  etdi.  24  avqust  2002-ci  ildə  ümumxalq 
səsverməsi - referendum yolu ilə Azərbaycan Respublikası Konstitusiyasının 24 
maddəsində,  18  mart  2009-cu  ildə  isə  46  maddəsinə  əhəmiyyətli  dəyişiklik  və 
əlavələr  edildi.  Bu  əlavə  və  dəyişikliklərin  edilməsi  respublikamızda  həyata 
keçirilən demokratik islahatların tələblərindən irəli gəlmişdir. 
 
§6. Azərbaycan dövlətinin konstitusiya statusu 
Konstitusiya 
quruluşunun 
əsasları 
Azərbaycan 
Respublikasının 
Konstitusiyasının  I  bölməsində  təsbit  olunmuşdur.  Konstitusiya  quruluşunun 
əsasları ayrı-ayrı dövlətlərin konstitusiyalarında müxtəlif adlar altında verilmişdir. 
Məsələn,  İtaliya  və  Almaniya  Federativ  Respublikasının  Konstitusiyasında 
«Əsas  Prinsiplər»,  Fransa  Respublikası  Konstitusiyasında  «Suverenlik 


28 
 
haqqında», Türkiyə Respublikası Konstitusiyasında «Ümumi Əsaslar» və s. 
Azərbaycan  Respublikası  Konstitusiyasında  isə  cəmiyyətin  və  dövlətin 
fundamental  əsasları,  həyata  keçirilməsi  ölkəmizdə  konstitusion  dövlətin 
bərqərar  olunmasına  yönələn  başlıca  prinsiplər  isə  «Ümumi  müddəalar»  adı 
altında  təsbit  olunmuşdur.  Bu  bölmədə  öz  əksini  tapan  normalar  norma-
prinsiplər, məqsəd normaları, vəzifə-normaları hesab olunur. 
Konstitusiya  quruluşunun  əsaslarının  aşağıdakı  struktur  elementləri 
vardır:  xalq  hakimiyyəti;  xalq  suverenliyi;  insan  və  vətəndaşların  hüquq  və 
azadlıqlarının üstünlüyü; Azərbaycan  dövlətinin forma və mahiyyəti; hakimiyyət 
bölgüsü;  sosial  və  iqtisadi  əsaslar;  dövlət  hakimiyyətinin  əsasları;  yerli 
özünüidarəetmənin  tanınması  və  təmin  olunması,  onun  müstəqilliyi  və  dövlət 
hakimiyyətindən ayrılması. 
Konstitusiya  quruluşu  dar  və  geniş  mənada  anlaşılır.  Dar  mənada 
Konstitusiya 
quruluşu 

Konstitusiyada 
təsbit 
olunan 
və 
mövcud 
qanunvericilikdə inkişaf etdirilən dövlətin təşkili üsullarıdır. 
Geniş  mənada  konstitusiya  quruluşu  -  ali  hakimiyyət  və  idarəetmə 
orqanlarının  təşkili;  dövlət  quruluşu  və  insan,  vətəndaş  cəmiyyəti  və  dövlət 
arasındakı  hüquqi  əlaqələrlə  bağlı  meydana  çıxan,  başlıca  olaraq  Konstitusiya 
normaları  ilə  nizama  salman  iqtisadi,  sosial,  siyasi,  hüquqi,  ideoloji 
münasibətlərin məcmusudur. 
Konstitusiya  quruluşunun  əsasları  -  dövlətin  hüquqi  tabeçiliyini  təmin 
edən  və  onu  konstitusion  dövlət  kimi  xarakterizə  edən  başlıca  prinsiplərin 
məcmusudur.  Bu  prinsiplər  bütövlükdə  konstitusiya  hüquq  sisteminin  ideya  və 
hüquqi bazasını təşkil edir. 
Ölkəmizdə konstitusion dövlət quruculuğu istiqamətində yeni addım 1991-
ci  il  18  oktyabr  tarixli  «Dövlət  Müstəqilliyi  haqqında»  Konstitusiya  Aktının 
qəbulundan sonra atılmış oldu. Artıq bu Aktda Konstitusiya quruluşunun mühüm 
prinsipləri  öz  təsbitini  tapmış  oldu.  Məsələn,  «Azərbaycan  Respublikasında 
suveren  hakimiyyət  Azərbaycan  xalqına  məxsusdur»  (10-cu  maddənin  I 
hissəsi);  «Azərbaycan  xalqı  müstəqil,  dünyəvi,  demokratik,  unitar  dövlət 
yaradır»  (12  maddənin  I  hissəsi);  «Azərbaycan  Respublikasında  dövlət 
hakimiyyəti  hakimiyyətin  bölunməsi  prinsipinə  əsaslanır»    (12-ci  maddənin  II 
hissə-si) və s. Qeyd etmək lazımdır ki, Akt yeni Konstitusiyanın işlənməsi üçün 
əsas hesab olunurdu. 
Demokratik 
dövlət. 
Azərbaycan 
Respublikasının 
Konstitusiyası 
Azərbaycan  dövlətinin  başlıca  əlamətlərini  təsbit  etmişdir  ki,  bu  da  dövlətin 
mahiyyətini  müəyyən  edir.  Konstitusiyanın  7-ci  maddəsinin  I  hissəsində  deyilir: 
Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. 
Azərbaycan  dövlətinin  demokratik  xarakteri  özünün  ifadəsini  konstitusiya 
quruluşunun aşağıdakı struktur elementlərində tapır: 
a) xalq hakimiyyəti; 
b) hakimiyyətin bölgüsü; 
 
c) siyasi plüralizm; 
ç) yerli özünüidarəetmə. 
Xalq  hakimiyyəti  -  dövlət  hakimiyyətinin  yeganə  mənbəyidir.  Onu 
cəmiyyət  özü  müəyyən  edir.  Xalq  suverenliyinin  həyata  keçirilməsi  üsulları 
aşağıdakılardır:  suveren  və  müstəqil  dövlətin  yaradılması,  başqa  dövlətə 
müstəqil  birləşmə  və  ya  onların  birləşməsi,  xalq  tərəfindən  azad  şəkildə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə