171
xarakterini, təqsirkarın şəxsiyyətini və işin digər hallarını nəzərə olaraq onun
xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum
edilməsinin zəruriliyi nəticəsinə gəldikdə, bu barədə xüsusi və ya
hərbi rütbəni, fəxri adı və dövlət təltifini vermiş orqana müvafiq təqdimat
göndərir.
Bu cəzanın xüsusiyyəti məhkuma mənəvi təsir göstərmək və onu hərbi, xüsusi
rütbə və fəxri adların sahibi olan şəxslər üçün təyin edilmiş mümkün imtiyaz və
üstünlüklərdən məhrum etməkdə təzahür edir.
Xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə
cəzası yalnız əlavə cəza kimi tətbiq edilir.
6. İslah işləri əsas cəza növü olmaqla iki aydan iki ilədək müddətə təyin edilir və
həmin cəza məhkumun iş yeri üzrə çəkilir.
İslah işlərinə məhkum olmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən
iyirmi faizədək məbləğdə pul tutulur. Şəxsin cəzanı çəkmədən qəsdən boyun
qaçırması,
məhkəmə
tərəfindən
ona
digər
cəza
növlərinin
-
azadlığın
məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə kimi cəzaların
tətbiqinə səbəb olur.
7. Hərbi xidmət üzrə məhdudlaşdırma məhkəmə tərəfindən yalnız əsas cəza
kimi, tətbiq edilir. Hərbi xidmət üzrə məhdudlaşdırma kontrakt (bağlaşma)
əsasında hərbi xidmət keçən və hərbi xidmət əleyhinə cinayət törətməyə görə
məhkum olunmuş hərbi qulluqçulara Cinayət Məcəlləsinin Xüsusi hissəsinin
müvafiq maddələrində nəzərdə tutulmuş hallarda, habelə kontrakt (bağlaşma)
əsasında hərbi xidmət keçən və başqa cinayət törətməyə görə məhkum
olunmuş hərbi qulluqçulara Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq
maddələrində nəzərdə tutulmuş islah işləri əvəzinə iki aydan iki ilədək
müddətə tətbiq edilir. Bu cəza növünə məhkum olunmuş şəxsin qazancından
dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur.
8. Əmlak müsadirəsi yalnız əlavə cəza kimi tətbiq edilməklə məhkumun cinayət
törədərkən istifadə etdiyi alət və vasitələrin, habelə cinayət yolu ilə əldə etdiyi
əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasından
ibarətdir. Məhkum və onun himayəsindəki şəxslər üçün zəruri olan və
cəzaların icrası haqqında qanunvericiliklə müəyyən edilən əmlak müsadirə
edilə bilməz.
Əmlak müsadirəsi yalnız qanunda nəzərdə tutulmuş hallarda təyin olunur.
9.
Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma
əcnəbilərə, onlar ağır və ya xüsusilə ağır cinayət törətdiklərinə görə təyin olunmuş
əsas cəza növünü çəkdikdən sonra, törədilmiş cinayətin xarakteri və ictimai
təhlükəlilik
dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran
hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat
şəraitinə təsiri nəzərə alınmaqla tətbiq edilə bilər.
Cinayət Məcəlləmin 52.2.-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının
hüdudlarından kənara məcburi çıxarma cəza növü aşağıdakı şəxslərə şamil edilmir:
1) barəsində ittiham hökmü qanuni qüvvəyə minənədək beş il Azərbaycan
Respublikasının ərazisində
daimi yaşayan şəxslərə;
2) barəsində ittiham hökmü qanuni qüvvəyə minənədək Azərbaycan
Respublikasının vətəndaşı
ilə nikahda olan şəxslərə;
3) Azərbaycan Respublikasında
doğulmuş şəxslərə;
4) valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı
olan şəxslərə;
172
5) qaçqın statusuna malik olan və ya Azərbaycan Respublikası tərəfindən
siyasi sığınacaq
verilmiş şəxslərə;
6) himayəsində, yetkinlik yaşına çatmayan uşağı, habelə fəaliyyət qabiliyyəti
olmayan və ya I
və II qrup əlili olan şəxslərə;
7) məcburi çıxarıldığı zaman gedəcəyi ölkədə işgəncəyə və ya təqibə məruz
qala biləcəyinə ciddi əsaslar olduğu ehtimal edilən şəxslərə.
Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəza növü
yalnız əlavə cəza kimi tətbiq edilir.
10. Azadlığın məhdudlaşdırılması əsas növü olmaqla, ittiham hökmü
çıxarılanadək on səkkiz yaşı tamam olmuş məhkumların cəmiyyətdən təcrid
olunmadan, lakin nəzarət altında xüsusi müəssisələrdə saxlanılmasından
ibarətdir.
Azadlığın məhdudlaşdırılması məhkumluğu olmayan və qəsdən cinayət
törətməyə görə bir ildən üç ilədək müddətə, ehtiyatsızlıqdan cinayət törətməyə görə
məhkum edilən şəxslərə isə bir ildən beş ilədək müddətə təyin edilir. Qanunvericiliyə
əsasən bir sıra şəxslərə - birinci və ikinci qrup əlillərə, hamilə qadınlara və ya səkkiz
yaşınadək uşağı olan qadınlara, qocalığa görə pensiya yaşına çatmış qadın və
kişilərə, habelə müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara bu cəza növü
tətbiq edilə bilməz.
11. Cinayət qanunvericiliyində intizam xarakterli hərbi hissədə saxlama əsas
cəza növü kimi nəzərdə tutulmuşdur. İntizam xarakterli hərbi hissədə
saxlama növündə cəza 3 aydan 2 ilədək müddətə həqiqi hərbi xidmətdə olan
hərbi qulluqçulara, həmçinin kontrakt (bağlaşma) əsasında sıravi və gizir
vəzifələrində hərbi xidmətdə olan hərbi qulluqçulara tətbiq edilir, bir şərtlə ki,
onlar hökm çıxarılanadək qanunla müəyyən edilmiş xidmət müddətini başa
vurmamış olsunlar.
Bu cəza növünün hüquqi mahiyyəti, məhkumun müəyyən müddətə məcburi
olaraq intizam xarakterli hərbi hissəyə göndərilməsindən və orada islah edilməsindən
ibarətdir.
Azadlıqdan məhrum etmə cəzası intizam xarakterli hərbi hissədə saxlama cəzası
ilə əvəz edildikdə, azadlıqdan məhrum etmə cəzasının müddəti intizam xarakterli
hərbi hissədə saxlama cəzasının müddətinə günə gün hesabı ilə hesablanır.
12. Cinayət Məcəlləsinin 55-ci maddəsində əsas cəza növü kimi müəyyən
müddətə azadlıqdan məhrum etmə cəzasından bəhs olunur.
Müəyyən müddətə azadlıqdan məhrum etmə məhkumun koloniya - məntəqəyə,
ümumi, ciddi və xüsusi rejimli islah koloniyasına və ya həbsxanaya yerləşdirilməsi
yolu ilə onun cəmiyyətdən təcrid olunmasından ibarətdir.
Müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası üç aydan on beş ilədək
müddətə müəyyən edilir. Lakin cinayətlərin məcmusu üzrə cəza təyin edilərkən
azadlıqdan məhrum etmə müddətinin qismən və ya tamamilə toplandığı hallarda,
azadlıqdan məhrum etmənin yuxarı həddi on beş ildən, hökmlərin məcmusu üzrə isə
iyirmi ildən artıq ola bilməz.
13. Azərbaycan Respublikası ölüm cəzasının ləğv olunması ilə əlaqədar 10
fevral
1998-ci il tarixli qanunu qəbul etməklə beynəlxalq aləmdə özünün demokratik,
dünyəvi və hüquqi dövlət olduğunu bir daha sübut etdi.
Əsas cəza növü kimi ömürlük azadlıqdan məhrum etmə də məhz bu qanunla
respublikamızın cinayət qanunvericiliyinə daxil edildi.
Qanunvericilik yalnız sülh və bəşəriyyət əleyhinə, müharibə cinayətləri ilə
əlaqədar, şəxsiyyət və dövlət hakimiyyəti əleyhinə törədilmiş xüsusilə ağır cinayətlərə