21
Mövzu 8. Bazarın sistem yaradan elementləri.
8.1.
Nemət və xidmətlər. Əmtəə və onun xassələri. İstehlak dəyəri.
Mübadilə dəyəri.
Bazar təsərrüfatı nəzəriyyəsinin əsas kateqoriyası əmtəə olsa da, bundan öncə
tarixi və məntiqi olaraq “nemət kateqoriyası” gəlmişdir.
Nemət dedikdə insanların müəyyən tələbatını ödəyən əşyalar daha doğrusu
şeylər nəzərdə tutulur. Nemətlər təbii və iqtisadi nemətlərə ayrılır. Təbii nemətlər
dedikdə hava, su, günəş, külək və s. başa düşülür. İqtisadi nemətlər dedikdə isə
təbii nemətlər vasitəsi ilə insanların fəaliyyəti nəticəsində istehsal olunmuş madii
nemət və xidmətlər nəzərdə tutulur. Xidmət də insan əməyinin nəticəsidir, lakin
onlar əsasən maddiləşmirlər. Əmtəə-mübadilə üçün nəzərdə tutulmuş və insanın
hər hansı tələbatını ödəyə bilən əmək məhsuludur. Əmtəə bir tərəfdən istehlak
dəyəri, digər tərəfdən isə mübadilə dəyəri xassəsinə malikdir. İstehlak dəyəri
dedikdə əmtəənin faydalılığı, insanın bu və ya digər tələbatını ödəməsi başa
düşülür. Mübadilə dəyəri xassəsi dedikdə müxtəlif istehlak dəyərlərinin bir-biri ilə
mübadilə oluna bilmək qabiliyyətidir.
8.2. Dəyər, dəyərlilik, faydalılıq.
Dəyər əmtəə istehsalçılarının əmtəədə maddiləşmiş əməyidir. Dəyər kəmiyyəti
isə əməyin sərf olunduğu vaxtla (iş vaxtı ilə) ölçülür. Dəyərin kəmiyyəti əməyin
fədi deyil, ictimai zəruri məsrəfləri ilə müəyyən edilir.
Əmtəənin dəyəri müəyyən konkret tarixi şəraitdə iqtisadi qiymətliliyin
(dəyərlilik) təzahürünü xüsusi izahıdır. Bəşəriyyət iqtisadi fəaliyyət, iqtisadi
fəaliyyət isə məqsəd və vasitənin vəhdəti kimi iqtisadi qiymətlilik olmadan
mövcud ola bilməz. Qiymətliliyin mahiyyəti onun məqsədi və vasitələri özündə
təcəssüm edən müəyyən iqtisadi fəaliyyətdir.
Nemətlərin faydalılığı onların məhdudluğu, tələbatların təmin edilmə
dərəcəsindən asılı olduğu üçün nemətlərin istehsalının artması onların iqtisadi
faydalılığının artmasına düz mütənasib deyil, belə ki, bu nemətlərin mövcud
miqdarının artması ilə onlar qiymətdən düşür, məhdudluğunu itirir, nisbətən az
faydalı olurlar.
8.3. Dəyər formalarının inkişafı.
Müasir cəmiyyətin həyatında mühüm rol oynayan pulun meydana gəlməsi
prosesi dəyər formalarının inkişafı ilə əlaqədardır.
Cəmiyyətin inkişafının aşağı mərhələsində sadə və ya təsadüfi dəyər forması
mövcud olmuşdur. Bu zaman natural təsərrüfatlar arasında mübadilə təsadüfi
xarakter daşıyırdı. Mübadilə edilən məhsulların biri nisbi, digəri isə ekvivalent
formada olmuşdur. Cəmiyyətin və mübadilənin inkişafı ilə əlaqədar olaraq sonralar
22
dolğun və ya geniş dəyər forması meydana gəlmişdir. Bu formanın xarakterik
cəhəti ondan ibarətdir ki, müəyyən bir əmtəə nisbi dəyər formasında, bir neçə
əmtəə isə ekvivalent dəyər formasında olmuşdur.
Əmtəə istehsalı və mübadiləsinin sonrakı inkişafı ümumi dəyər formasının
meydana gəlməsinə səbəb olmuşdur. Bu forma əvvəlkilərə nisbətən mütərəqqi olsa
da, əmtəə mübadiləsinin inkişafına maneçilik törədirdi. Belə bir şəraitdə bütün
bazarlarda ümumi ekvivalent rol oynayan pul meydana gəldi.
8.4. Pulun funksiyaları.
Pul ümumi ekvivalent rolu oynayan əmtəədir. O əmtəələrin dəyərini ölçür və
onların mübadiləsində vasitəçi rolunu oynayır. Pulun mahiyyəti, öz əksini onun
funksiyalarında tapır. Bunlar aşağıdakılardan ibarətdir.
1)
Pul dəyər ölçüsüdür. Bu o deməkdir ki, pul tədavül dairəsində olan
əmtəələrin dəyərini ölçür.
2)
Pul tədavül vasitəsidir. Pul bu vəzifəni yerinə yetirərkən əmtəə ilə öz yerini
dəyişir.
3)
Pul tədiyyə vasitəsidir. Pulun bu vəzifəsi əmtəələrin möhlətlə satılması
zərurəti ilə əlaqədardır.
4)
Pul yığımdır. Yığım dedikdə pulun tədavüldən götürülməsi ilə əlaqədardır.
5)
Pul dünya puludur. Bu öz əksini qızılda və dollarda tapır.Ölkələr arası
mübadiləyə xidmət edir.
8.5. Pul sistemləri və onların təkamülü.
Pul sistemi ölkədə tarixən yaranan və mili qanunvericiliklə təsbit edilən pul
tədavülünün təşkili formasıdır. Pul sistemlərinin aşağıdakı tipləri mövcuddur.
a)
pul əmtəəsinin bilavasitə tədavül etdiyi və pulun bütün funksiyalarını yerinə
yetirdiyi, kredit pulların isə metala dəyişdirilə bildiyi metal tədavülü sistemləri
b)
qızılın tədavüldə sıxışdırılıb çıxarıldığı kredit və kağız pulların tədavül
sistemidir.
Ölkədə ümumi ekvivalent və pul tədavülü bazası kimi qəbul olunmuş metaldan
asılı olaraq bimetalizm və monometalizm fərqləndirilir.
Bimetalizm ümumi ekvivalent rolunu iki nəcib metalın (qızıl və gümüş)
oynadığı tədavlü nəzərdə tutulan pul sistemidir.
Bazarın inkişafı sabit pul, vahid ümumi ekvivalent tələb edirdi. Ona görə də
bimetalizm yerini monometalizmə verdi.
Monometalizm bir metalın (qızıl və ya gümüş) ümumi ekvivalent və pul
tədavülünün əsası olduğu pul sistemidir.
Mövzu 9. Bazar mexanizmi: mahiyyəti, əsas elementləri və qanunlar
23
9.1.
Bazar mexanizmi və onun elementləri.
Bazar iqtisadiyyatı sistemində özütənzimlənən mexanizm kimi, bazar
mexanizmindən istifadəsiz bazar mümkün deyil. Bazar mexanizmi bazar
subyektləri və onların məhsul istehsalı və satışında, həmçinin kapital qoyuluşu
sahəsində maraqlarının qarşılıqlı əlaqəsini və qarşılıqlı təsirini təmin edir.
Məlumdur ki, istənilən təsərrüfat mexanizmi qarşılıqlı əlaqədə olan elementlərin
məcmusudur, elementlərin hərəkət dinamikasını, həmçinin iqtisadi sistemin
təşkilati quruluşunu müəyyənləşdirən iqtisadi qanunlar sistemidir.
Bazar mexanizmi bazarın əsas elementlərinin və bazarın əsas iqtisadi
qanunlarının qarşılıqlı əlaqə və s. qarşılıqlı təsir mexanizmidir. Bazarın əsas
elementləri, ünsürləri dedikdə tələb, təklif, qiymət, rəqabət, inhisar nəzərdə tutulur.
Bunlar bir-biri ilə sıx bağlı olan, biri digərini tələb edən, bəzən isə biri digərini
məhdudlaşdıran tənzim edən iqtisadi kateqoriyalardır.
9.2.
Dəyər qanunu, mahiyyəti və funksiyaları.
Dəyər qanunu əmtəə, istehsalının ümumi iqtisadi qanunudur. Bu qanuna görə
əmtəə istehsalı və mübadiləsi və deməli iqtisadiyyatın nisbətlərinin
müəyyənləşdirilməsi ictimai zəruri əmək sərfinə müvafiq olaraq həyata keçirilir.
Dəyər qanununun mahiyyəti onun funksiları vasitəsilə reallaşır.
a)
istehsal sahələri və dairələr arasında əmək, kapital və təbii resursların
bölgüsü. Bu o deməkdir ki, dəyər qanunu kortəbii olaraq istehsal
vasitələri və işçi qüvvəsinin iqtisadiyyatın müxtəlif sahələri araında
yenidən bölgüsünü həyata keçirir.
b)
əmək məhsuldarlığının artması və elmi texniki tərəqqinin
həvəsləndirilməsi. Bu o deməkdir ki, dəyər qanunu məhsuldar qüvvələri
inkişaf etdirir.
c)
Əmtəə istehsalçılarının təbəqəşməsi. Bu funksiyanın mahiyyəti o
deməkdir ki, əmtəə istehsalçıları arasında təbəqələşmə baş verir.
9.3.
Bazar mexanizmi sistemində rəqabət və onun növləri.
Rəqabət əmtəə istehsalı və realizə edilməsinin (alış və satışının) ən yaxşı
şəraitləri uğrunda bazar təsərrüfatının ayrı-ayrı subyektləri arasında mübarizədir.
İstehsal vasitələri üzərində mülkiyyət müxtəlifliyi istehsalçılar və həmçinin
istehlakçılar arasında rəqabətin baş verməsinə səbəb olur. Rəqabət bazar təsərrüfatı
sisteminin ağırlıq mərkəzi, bazarda qiymətlərin və təklif olunan əmtəələrin həcmini
müəyyənləşdirmək istiqamətində istehsalçılar arasında olan münasibətləri əks
etdirir. İnsani rəqabət mübarizəsinə girməyə sövq edən amil bşqalarına üstün
gəlmək arzusudur.
Rəqabət iqtisadi tərəqqinin hərəkətverici qüvvəsidir. Marksizmə görə rəqabət
iqtisadi bəhsləşmənin antoqonist cəmiyyətə xas olan formasıdır. Bu da öz əksini
sahələrarası və sahələrdaxili rəqabət növlərində tapır.
24
Müasir nəzəriyyəçilərə görə isə rəqabət, istehsalçı və istehlakçıların bazara azad
surətdə daxil olmalarını və çıxmalarını nəzərdə tutur. Bu da öz əksini azad
(mükəmməl) və inhisarçı (qeyri mükəmməl) rəqabət növlərində tapır.
9.4.
İqtisadiyyatda inhisarçılıq və onun növləri.
İstehsalın təmərküzləşməsi və mərkəzləşdirilməsi sonda inhisarların
yaranmasına gətirib çıxarır.
Bu rəqabətə əks olan bir kateqoriyadır. İnhisar hər hansı bir təsərrüfat
fəaliyyətinin həyata keçirilməsi dövlətin, müəssisənin, təşkilatın müstəsna
hüququnu ifadə edir.
İnhisarların aşağıdakı növləri vardır.
a)
kartel “Bu elə bir inhisar formasıdır ki, onun iştirakçıları xüsusi
mülkiyyət hüququnu saxlayır, istehsal və satış proseslərini müstəqil
həyata keçirirlər. Lakin onlar müəyyən şərtlər üzrə razılığa gəlirlər.
b)
Sindikat – şərtlər karteldə olduğu kimidir. Lakin onun iştirakçıları istehsal
etdiyi əmtəələrin satışı və istehsalı üçün lazım olan istehsal vasitələrinin
alınması müəyyən bir təşkilat tərəfindən həyata keçirilir.
c)
Trestdə isə istehsal vasitələri üzərində xüsusi mülkiyyət hüquqi itirilir.
d)
Konserndə - isə təkcə istehsal müəssisələri deyil, nəqliyyat, sığorta,
ticarət və s. iştirak edir.
9.5.
Tələb və təklif.
Tələb ayrı-ayrı şəxslərin, cəmiyyət üzvlərinin müəyyən dövr ərzində məhsul və
xidmətlərdən müəyyən qiymətdə, müəyyən kəmiyyədə əldə etmək arzusudur.
Onların tələblərinin yerinə yetirilməsi, malik olduqları pulun miqdarından asılıdır.
Tələbin həcmi dedikdə konkret zaman kəsiyində alıcının müəyyən qiymətə
almaq istədiyi əmtəənin həcmi nəzərdə tutulur.
Təklif dedikdə bazarda mövcud olan və ya bazara çıxarıla biləcək məhsul və
xidmətlərin məcmusunəzərdə tutulur. Təklif satıcının müəyyən dövr ərzində hər
hansı bir əmtəəni müəyyən qiymətə, müəyyən miqdarda satmaq arzusu və
imkanıdır. Təklif bazarın maddi əsasını təşkil etməklə, təkrar istehsal prosesinin
fasiləsizliyini təmin edir.
Mövzu 10. Bazar iqtisadiyyatında ev təsərrüfatı.
10.1.
Ev təsərrüfatı və ailənin iqtisadi fəaliyyəti.
Ailə və ev təsərrüfatı bazar iqtisadiyyatında bir və ya bir neçə şəxsdən ibarət
olan, müstəqil surətdə qərarlar qəbul edən tələbatlarını maksimal ödəməyə çalışan
25
və onlara müəyyən üstünlük verən, hər hansı bir istehsal amilinin sahibi olan insan
kapitalının istehsalını və təkrar istehsalını təmin edən iqtisadi vahiddir.
Ailə-həyat fəaliyyəti fərdin, ailənin və ümumilikdə cəmiyyətin sosial, iqtisadi
və mənəvi tələbatını ödəməyə yönəldilmiş bir qayda olaraq dərk edilmiş qohumluq
əlaqələrinə və məişətin ümumiliyinə əsaslanan şüurlu təşkil olunmuş kiçik insan
qruplarına deyilir.
Hər bir cəmiyyətdə ailə əmtəə və xidmətlər istehsalı və bölgüsündə həmişə əsas
qüvvə olub. Üzvlərinin təmiz adının zəmanətçisi kimi, ailə xüsusilə uşaqların
dünyaya gətirilməsi və onlara qulluq edilməsi və onların tərbiyyə olunması, qida
ilə təminatında, xəstəliklər və başqa təhlükələrdən qorunmasında vacibdir.
10.2.
Ev təsərrüfatı, onun modelləri və bazar iqtisadiyyatında onun rolu.
Ailənin bazar münasibətlərində iqtisadi rolu olduqca mürəkkəbdir. Ailə ev
təsərrüfatının müxtəlif problemlərini, ailə biznesinin idarə olunması, işçi
qüvvəsinin istehsalı, istehlak tələbatımım lazımi səviyyəsinin təmin edilməs,
investisiya potensialının yaradılması və digər məsələlər həll edir.
Tarixin müxtəlif dövrlərində və ictimai-münasibətlərin xarakterindən asılı
olaraq ailə onun cəmiyyətdə yeri və rolu, həcmi və sabitliyi, mövqeyi, sosial-
iqtisadi statusu dəyişmişdir.
Ailənin sosial-iqtisadi statusu ailə münasibətlərində dövlətin sosial-siyasi
quruluşunun xüsusiyyətlərini, onun hüquqi əsaslarını, iqtisadiyyatın, mədəniyyətin,
ictimai özünüdərkin inkişaf səviyyəsini əks etdirən inteqral göstəricisidir.
10.3.
Ev təsərrüfatının funksiyaları: sosial və iqtisadi funksiyalar.
Ailənin funksiyaları müxtəlifdir. Onlar cəmiyyətin fəaliyyətinin ən vacib sahə-
lərinə toxunurlar və ümumilikdə onda baş verən sosial-iqtisadi prosesləri müəyyən-
ləşdirirlər. Bazar iqtisadiyyatı şəraitində ailə insan kapitalının formalaşması və top-
lanmasında əsas rol oynayır. “İnsan kapitalının” formalaşmasının və fəaliyyətinin
müxtəlif mərhələlərində ailənin funksiyaları qarşılıqlı əlaqəlidirlər. Məsələn, do-
ğum funksiyasının aşağı düşməsi, ailənin əmək potensialını azaldır, onun istehsal
imkanlarını zəiflədir və tərbiyəvi rola mənfi təsir göstərə bilər.
İctimailəşmə funksiyası insanın dövlətin köməkliyi ilə təhsil, səhiyyə xidmətlə-
ri, uşaqların tərbiyyələndirilməsi, mədəniyyətin və s. vasitəsilə ictimai sistemə qo-
şulması deməkdir.
Cəmiyyətin müasir inkişaf mərhələsində rekreasiya funksiyasının əhəmiyyəti
artır, gərgin əməklə işləyən insan iş qabiliyyətini bərpa etmək üçün çox imkanlara
malik olmalıdır.
10.4.
Ev təsərrüfatının gəlirləri və xərcləri.
İnsan amilinin istehsalı üçün normal şəraitin yaradılması ailə büdcəsinin for-
malaşdırılmasını tələb edir.
26
Ailə büdcəsi iki hissəyə bölünür: gəlir və xərclər.
Gəlirlərə daxildir:
1)
əmək haqqı
2)
sahibkar gəliri
3)
şəxsi mülkiyyətdən əldə olunan gəlir
4)
dövlət transfert ödənişləri
5)
digər mənbələrdən əldə olunan gəlirlər
Xərclərə daxildir:
1)
sosial sığorta
2)
vergilər
3)
mənzil-kommunal xərclər
4)
nəqliyyat
5)
ictimai təşkilatlara könüllü ianə və pul köçürmələri.
10. 5. Əhalinin pul gəlirləri və istehlak səbəti.
Gəlirlər içərisində əhalinin pul gəlirləri xüsusi əhəmiyyət kəsb edir.
Əhalinin pul gəlirləri nominal, sərəncamda qalan və real gəlirlərə ayrılır.
Nominal gəlirlər dedikdə ayrı-ayrı şəxslərin, ev təsərrüfatların müxtəlif
mənbələrdən əldə etdikləri pul nəzərdə tutulur. Sərəncamda qalan gəlir isə nominal
gəlirlərdən, vergiləri və digər məcburi ödəmələri çıxdıqdan sonra yerdə qalan
hissəsidir. Bu hissə ev təsərrüfatının şəxsi istehlakına və yığımına sərf olunur.
Real gəlirlər isə sərəncamda qalan gəlirlər hesabına mövcud qiymətlərlə əldə
etdiyi əmtəələrin miqdarında ifadə olunan gəlirlərdir. Real gəlirlər əhalinin həyat
səviyyəsini əks etdirən əsas göstəricisidir. Real gəlirlərin miqdarı, nominal
gəlirlərin, vergi və digər məcburi ödəmələrin və qiymətlərin səviyyəsindən
asılıdır.Bu da öz əksini istehlak səbəti anlayışında tapır.
Dostları ilə paylaş: |