15
formalaşdırılması ilə əlaqələndirən sosial bazar təsərrüfatı modelidir. İsveç modeli,onun klassik
şəklində – gəlirlərin geniş şəkildə yenidən bölüşdürülməsinə və müxtəlif «sərbəst
assosiasiyaların» yaradılmasına əsaslanan sosial zəmanətlərin yüksək səviyyəsi ilə səjiyyələnən
sosial modelidir. Yapon modeli – kapital yığımının əlverişli imkanlarının iqtisadi inkişafın
proqramlaşdırılması, struktur, investisiya və xarici iqtisadi siyasət sahəsində dövlət
tənzimlənməsinin fəal rolu və korporativ (firmadaxili) zəminin xüsusi sosial əhəmiyyəti ilə
birləşdiyi tənzimlənən korporativ kapitalizm modelidir.
Mövzu 5. İqtisadi institutlar və mülkiyyət
1.İnstitut - iqtisadi nəzəriyyənin institusional istiqamətinin əsas kateqoriyası kimi.
2.İqtisadiyyatda institutların rolu. Transaksiya xərcləri.
3.Mülkiyyət kateqoriyası və onun məzmunu
4.Mülkiyyətin tipləri və formaları, onların reallaşması
5.Milliləşdirmə və özəlləşdirmə. Azərbaycanda özəlləşdirmə
prosessi və onun
xüsusiyyətləri.
1.İnstitut - iqtisadi nəzəriyyənin institusional istiqamətinin əsas kateqoriyası kimi.
İqtisad elmində institut anlayışı iqtisadi nəzəriyyənin sosial- institusional istiqamətinin
yaranması ilə meydana gəlmişdir. İnstitut dedikdə iqtisadi subyektlərə təsir göstərən qayda və
normaların məcmusu, habelə bu norma və qaydalara əməl edilməsinə məcbur etmə mexanizmi
başa düşülür.
İnstitutlar formal xarakter daşıya bilər, yaxud qanunveriçilik yolu ilə təsbit oluna bilər,
həmçinin məsələn ənənə, vərdişlər ümumi qəbul edilmiş davranış normaları kimi, qeyri-formal
da ola bilər.
İqtisadiyyata təsir göstərən formal norma və qaydalar adətən iqtisadiyyatın dövlət
tənzimlənməsinin müxtəlif formalarını təcəssüm etdirir. Ancaq iqtisadi subyektlərin davranışına
çox zaman həmçinin qeyri - formal qayda və normalar da təsir göstərir. Buna biznesmenlər
arasında bağlanılan «centlmen sazişləri» dəyişən tarazlaşmalar da misal ola bilər.
İnstitutların olması təsərrüfat fəaliyyətinin qeyri-müəyyənliyini azaltmağa imkan verir,
iqtisadi subyektlərin qərarlar qəbul etməsi prosesini asanlaşdırır. Amma əgər institutlar iqtisadi
vəziyyətin dəyişməsinə uyğunlaşmırlarsa,
onda onlar qeyri- səmərəli olur və iqtisadiyyatın
inkişafına maneəçilk törədə bilər.
2. İqtisadiyyatda institutların rolu. Transaksiya xərcləri.
İqtisadiyyatda institutların rolu nəinki iqtisadi subyektlərə əməl edilməsi lazım gələn
iqtisadi seçimin asanlaşdırılmasından ibarətdir. İqtisadi institutlar həmçinin iqtisadiyyatın
səmərəliliyinin yüksəldilməsinə səbəb olur, belə ki, onlar transaksiya xərclərini ixtisar etməyə
imkan verir. Transaksiya xərcləri- mülkiyyət hüquqlarının verilməsilə əlaqədar mübadilə
sferasındakı xərclərdir. Onlar informasiya axtarışı ilə bağlı xərcləri, danışıqların aparılmasına,
müqavilələrin baglanmasına, bu müqavilələrin icrasına nəzarətə çəkilən məsəəfləri və sairəni
özünə daxil edir.
Transaksiya xərcləri əgər iqtisadi institutlar kifayət qədər inkişaf etmiş olmursa, son dərəcə
yüksək olur, çünki iqtisadi institutların zəifliyi fırıldaqçılıq, informasiyanın təhrif olunması,
bağlanmış sazişlərin pozulması üçün əlverişli şərait yaradır. Transaksiya xərcləri o yerdə
xüsusən böyük olur ki, orada mükliyyət hüquqları dəqiq müəyyənləşdirilmiş olmur. Qeyd
16
etmək lazımdır ki, bəzən iqtisadi subyektlərin hüquqlarının və onların müstəqilliyini
məhdudlaşdıranı müxtəlif inzibati baryerlər yaradan, bürokratiyanın genişlənməsinə şərait
yaradan güclü institutlar da tansaksiya xərclərinin artmasına səbəb ola bilər. Bura görə də
institutlar iqtisadiyyatda və bütövlükdə cəmiyyətdə baş verən dəyişikliklərə uyğun olaraq
inkişaf etməli və dəyişməlidir.
3. Mülkiyyət kateqoriyası və onun məzmunu
Mülkiyyət yalnız
iqtisadi deyil, həmçinin hüquqi kateqoriyanı ifadə edir.
Mülkiyyət
iqtisadi kateqoriya kimi, mənimsəmə və ya başqa sözlə desək, istehsal vasitələri və onların
köməyilə yaradılan nemətlərin məxsusluğu münasibətlərini əks etdirir. Yaxud mülkiyyət
münasibətləri mülkiyyətçinin öz əmlakına münasibətlərini təmsil edir.
Əgər mülkiyyətə hüquq nöqtəyi –nəzərindən baxsaq, onda mülkiyyət hüquqi mülkiyyət
üzrə mülkiyyət hüquqlarının butöv dəstini göstərir. Onların içərisində ən mühümləri kimi
yuxarıda xatırlanan mənimsimə hüququ özgəninkiləşmə (mülkiyyət hüququnun digər iqtisadi
subyektə verilməsi) hüququ, əmlaka sahiblik, istifadə etmə və sərəncam vermə hüquqlarını
ayırırlar. İstifadə etmə hüququ mülkiyyətçi tərəfindən digər şəxsə verilə bilər, məhz icarə
kimi, belə bir genişlənmiş iqtisadi hadisə buna əsaslanmışdır.
Müasir iqtisadi nəzəriyyədə mülkiyyət hüquqları nəzəriyyəsi getdikcə daha geniş yayılır
ki, bunun da əsasında resursların məhdudluğu kimi, onların belə bir xüsusiyyəti durur. Bu
nəzəriyyəyə uyğun olaraq mülkiyyət münasibətləri resurslara çatmaqdan istisna olunma sistemin
təmsil edir (qaydaya görə resurs nə qədər çox nadir olarsa ona çatmaq bir o qədər
məhduddur). Bu nəzəriyyədə mülkiyyət hüquqlarının spesifikləşdirilməsinə, yaxud onların
dəqiq müəyyinləşdirilməsinə mühüm əhəmiyyət verilir, çünki mülkiyyət hüquqlarının
müəyyənləşdirilməsindəki qeyri- dəqiqlik transaksiya xərclərinin artmasına və iqtisadi
səmərəliliyin aşağı düşməsinə səbəb olur.
4. Mülkiyyətin tipləri və formaları, onların reallaşması
İqtisad elmində adətən mülkiyyətin iki əsas formasını fərqləndirirlər: xüsusi və ictimai.
Xüsusi mülkiyyət ev təsərrüfatlarının mülkiyyətini (şəxsi əmlakı və əmanətləri) və ayrı-
ayrı şəxslərin mülkiyyətində olan müəssisələri təmsil edir. İctimai mülkiyyət birinci növbədə
dövlət mülkiyyət formasında mövcud olur. Dövlət mülkiyyəti iqtisadi nöqteyi-nəzərdən xüsusi
mülkiyyətə nəzərən daha az səmərəlidir, ancaq o mərkəzləşdirilmiş idarəetmənin tələb
olunduğu sfera və sahələrdə, strateji sahələrdə (həyati təminat sahələri – enerji, su, qaz təchizatı)
aşağı mənfəətli sahələrdə (məsələn, bir çox ölkələrdə kömür hasilatı sənayesi) habelə çox iri
kapital qoyuluşlarını tələb edən sahələr də münasibdir və hətta zəruridir. İctimai mülkiyyətə
həmçinin bələdiyyə mülkiyyət forması da aiddir.
Mülkiyyət formaları müxtəlif mülkiyyət formalı: xüsusi və dövlət müəssisələrinin
yaradılmasınada reallaşır. Müasir iqtisadiyyatda həm xüsusi, həm içtimai mülkiyyət
formalarının əlamətlərini uzlaşdıran kollektiv mülkiyyət müəssisələri geniş yayılmışdır. Belə
mülkiyyət növlərinə kooperativ mülkiyyəti şəriklik formasında müəssisələrin mülkiyyəti,
sahmdar çəmiyyətlərinin mülkiyyəti aiddir.
Mülkiyyət haqqında Azərbaycan Respublikası qanununa uyğun olaraq bizim ölkədə
mülkiyyət dövlət, kollektiv və xüsusi mülkiyyət formasında çıxış edir. Həmçinin qarışıq
mülkiyyət formasının yaradılmasına da yol verilir.
5.Milliləşdirmə və özəlləşdirmə. Azərbaycanda özəlləşdirmə prosessi və onun xüsusiyyətləri.
Müəssisələr özünün mülkiyyət formasını özəlləşdirmə və ya milliləşdirmə yolu ilə dəyişdirə
bilər. Müəssisələrin xüsusi mülkiyyət formasından dövlət mülkiyyət formasına keçidi