Rasionalist metodologiya:
rasionalistlər (R.Dekart, B.Spinoza, Q.Leybnits və s.) hissi
idrakın
1
(təcrübi bilik) rolunu lazımınca qiymətləndirmir və güman edirlər ki, insan dünyanı hər
hansısa təcrübədən kənarda ağıl və təfəkkür vasitəsilə dərk edə bilər. Rasionalizm tərəfdarları
həqiqətin meyarı kimi təfəkkürün özünü götürürdülər. Yəni insanın ağlı həqiqətin meyarıdır və
ağıl özü səhv və düzü, yaxşı və pisi ayırd edə bilir. Empirist (təcrübəçilər) filosoflara (C.Lokk,
T.Hobbs, D.Yum və s.) görə insan doğularkən zehni “ağ lövhə” kimi olur və bütün bilikləri
sonradan təcrübə ilə əldə edir. Rasionalistlər isə təcrübədən əvvəl, doğularkən bizdə mövcud olan,
ağılla daxilən duyulan və təcrübədən asılı olmayan apriori (təcrübədən kənar) biliklərin mövcud
olduğunu müdafiə edirlər və təcrübədə duyulmayan bir şeylər də mövcuddur.
Dostları ilə paylaş: |