Tarix fəlsəfəsi və tarixi analizin əhəmiyyəti
Tarixə üç şəkildə tərif vermək olar:
1. İnsanın keçmişdəki vəziyyət və yaşayışı, hadisə və olayları haqqında olan elm. Deməli,
bu mənada tarix elmi ötmüş və baş vermiş hadisələr, keçənlərin yaşayışı, məişəti və başlarına
gələnlər haqqında elmdir. Tarix elmi bu mənada indiyə deyil, keçmişə aid olan elmdir. Biz belə
bir tarixi,
nəqli və ya təsviri tarix
adlandırırıq.
2. Keçmişdə olmuş hadisələrin araşdırılmasından və təhlilindən əldə edilən, keçmişdəkilərin
həyatına hakim olmuş tarix qanunları və qanunauyğunluqları haqqında elm. Tarixçi, tarixi
hadisələri araşdırmaqla elə qanunlar axtarır ki, keçmişdə baş vermiş və hal-hazırda baş verən oxşar
hadisələrə tətbiq edilə bilsin. Biz belə bir tarixi,
Dostları ilə paylaş: |