147
və s. оlur. 2 və 5 ulduzlu mеhmаnхаnаlаrdа mütləq qidаlаnmа хidmətləri
göstərilən yеrlər оlmаlıdır. Iki ulduzludа kаfе və rеstоrаn, 3 ulduzludа rеstоrаn və
bаr, 4 və 5 ulduzludа bir nеçə rеstоrаn zаllаrı, аyrıcа kаbinеtlər, bаnkеt zаllаrı,
gеcə klublаrı оlur.
Qidаlаnmа хidmətlərinin stаndаrtlаrınа görə təklif оlunаn qidаlаnmа
vаriаntlаrındаn birinin (təkcə səhər yеməyi, iki və yа üç dəfəlik qidаlаnmа) sеçim
imkаnı - «2-5 ulduzlu» nömrələrdə sutkаbоyu хidmət - ulduzlu mеhmаnхаnаlаr
üçün səciyyəvidir.
Stаndаrt-mеhmаnхаnа pеrsоnаlınа tələbləri və оnlаrın iş bаcаrığını təyin еdir,
funksiоnаl vəzifələri təsdiq еdir və iş qаydаlаrını təyin еdir. 3-5 ulduzludа pеrsоnаl
ха
rici dillərin birində sərbəst dаnışmаlı, qəbuldа işləyənlər isə 2-3 dildə dаnışmаğı
və tərcümə еtməyi bаcаrmаlıdır.
Qоnаqpərvərlik sənаyеsində göstərilən хidmətlərdən ən əsаsı yеrləşdirmə və
qidаlаnmаdır. UTT «mеhmаnхаnа» аnlаyışını yеrdəyişmə оbyеkti kimi tövsiyə
е
dir. О, hеsаb еdir ki, «mеhmаnхаnа» yеrdəyişmənin klаssik nümunəsi kimi
аşаğ
ıdаkı əlаmətləri оlmаlıdır:
- müəyyən miqdаrdа nömrələri оlmаlıdır (10 yеrdən аz оlmаyаrаq);
- müəyyən хidmətlərin cəmi оlmаlıdır - оtаğın, vаnnа оtаğının və yаtаq
yеrinin gündəlik yığışdırılmаsı və təmizlənməsi;
- əlаvə хidmətlər fikrincə bütün yеrləşdimə yеrləri göstərilən хidmətilərin
növünə və оlаn аvаdаnlığın miqdаrı və kеyfiyyətinə görə qruplаrа və
kаtеqоriyаlаrа
bölünməlidirlər.
Ümumdünyа
Turist
Təşkilаtı
а
ncаq
stаndаrtlаşdırılmış yеrdəyişmə yеrlərinə üstünlük vеrir. О yеrlərə ki, dörd qrupdаn
birini təşkil еtsin.
148
Mövzu:14. Mehmanxana personalının peşə etikası
Plan
1. Mehmanxana personalının mənəvi kodeksi
2. Ədəb və mərifət qaydaları
3. Mehmanxana personalının xarici görünüşü və nitq mədəniyyəti
1. Etika-mənəvi dəyərlərin və prinsiplərin yığımıdır.
İ
nsanlara xidmət göstərmək üçün müəyən olunmuş xüsusi əxlaq qaydaları
qədim zamanlardan məlumdur. Məsələn, Hippokratın məşhur andında həkimin
peşə etikası öz əksini tapıb. Təbibin insanın sağlamlığını qoruması, hüquqşünasın
qanunun aliliyinə riayət etməsi, müəllimin tələbələrə təlim və tərbiyə verməsi bu
peşələrin əsas əxlaq qaydalarıdır.
Deməli, müxtəlif peşə nümayəndələri və onların obyektləri arasında
münasibətlər müxtəlifdir.
Xidmət sahəsində, xüsusilə mehmanxana sistemində peşə etikası, müəyyən
dərəcədə, digər peşələrin etik normalarını özündə cəmləşdirir. Cornell
universitetinin (ABŞ) professoru Robert A.BEN “Qonaqpərvərlik sənayesində
idarəetmə etikası” kitabında bu sahəyə aid müxtəlif məsələləri araşdırır.
ABŞ-da bir çox mehmanxana müəssisələri öz mənəvi kodekslərini tərtib edib.
Stiven S.C. Holl ABŞ-da mehmanxana sənayesində mənəvi-etik baxışların
öyrənilməsinin pioneri sayılır. Mehmanxana sahəsində fəaliyyət göstərən bir çox
ş
irkətlər onun mənəvi kodeksindən istifadə edir. Kodeks əsas on bir tezisi əhatə
edir:
1. Etika və mənəviyyatı biznesin ayrılmaz hissəsi hesab etmək;
2. Fərdi və kollektiv əxlaqaımız qonaqpərvərlik və turizmin nüfuzunun
yüksəlməsini təmin edir;
3. Vəsaitimizi, vaxtımızı, enerjimizi məhsul və xidmətlərin təkmilləşməsinə
sərf etməli, öz müvəffəqiyyətimiz naminə rəqiblərimizə ləkə və böhtan
atmamalıyıq;
149
4. Milliyyətindən, irqindən, dinindən, cinsindən asılı olmayaraq bütün
qonaqlara hörmətlə yanaşmalı və yüksək səviyyəli xidmət göstərilməlidir;
5. Mehmanxana müəssisələri yüksək sanitar normalara cavab verməlidir;
6. Məhsulun keyfiyyətini və göstərilən xidməti yüksək standartlar
səviyyəsində saxlamaq;
7. Mehmanxananın qonaqları və işçiləri arasında qarşılıqlı inam və anlayışı
yüksək səviyyədə saxlamaq;
8. Öz peşəsini yüksək səviyyədə həyata keçirmək üçün mehmanxana işçisi
təlim almalı, zəruri avadanlıqla təchiz olunmalıdır;
9. Hər bir işçi peşə vəzifəsini həyata keçirmək üçün bərabər imkanlara malik
olmalı və rəhbərlik tərəfindən layiq olduğu obyektiv qiyməti almalıdır;
10. Fəaliyyətimiz nəticəsində ətraf mühitə dəymiş zərərin aradan
qaldırılmasına səy göstərmək;
11. Mehmanxana müəssisəsinin fəaliyyəti nəticəsində gəlir vicdanlı və
ə
dalətli yolla əldə edilməlidir.
Məlumdur ki, mehmanxana qonaqların müvəqqəti yaşaması üçün nəzərdə
tutulan yerdir.
Mehmanxana personalının vəzifəsi qonağın nömrədə yaşaması üçün estetik
şə
rait yaratmaq, kompleks xidmət göstərmək, gözəl mühit yaratmaqdan ibarətdir.
Xüsusiyyət, məqsəd və şəraitdən asılı olaraq mehmanxana personalının peşə
etikası özünü göstərilən xidmətdə əks etdirir. Yüksək mədəniyyətə malik personal
qəbul olunmuş etiket normalarına riayət edir.
Daxili intizam qaydaları, vəzifə təlimatları mehmanxananın normativ
sənədlərində öz əksini tapmalı və bu, xidməti etiketin əsasını təşkil və təmin
etməlidir.
Mərasimlərin, konfransların, simpoziunların və s. Təşkilində yaxından iştirak
edən mehmanxana personalı diplomativ protokolun əsaslarını və xarici dil
bilməlidir.
Nəzakət məfhumuna cəmiyyətdə qəbul olunmuşədb, ehtiram, mərifət
qaydalarına riayət etmək və mütxəlif insanlar arasında münasibətlərin nümunəsi
Dostları ilə paylaş: |